22-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xalqın qəlbində əbədi yaşayan ümummilli lider

10 Dekabr 2022, 15:02
Uncategorized
A A
Xalqın qəlbində əbədi yaşayan ümummilli lider

 

Dekabrın 12-si Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazanmış böyük tarixi şəxsiyyət, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür. Bu böyük insan öz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır. Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, Ulu öndər, Ümummilli lider, müasir müstəqil Azərbaycanın qurucusu kimi daim qalacaqdır.
1993-cü ilin iyununda, Azərbaycanın vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda хalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev tezliklə Azərbaycanı bu bəladan qurtardı. Vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasından və ölkədəki qeyri-qanuni silahlı birləşmələrin ləğv edilməsindən sonra Heydər Əliyevin qarşısında duran digər başlıca vəzifə Azərbaycanı inkişaf etdirmək, onun beynəlхalq aləmdəki yeri və rolunu artırmaq idi. Siyasi təcrübəsi və dövləti idarəçilik qabiliyyətinə əsaslanaraq Heydər Əliyev Azərbaycanı inkişaf etdirdi, onu supergüclərin əsas tərəfdaşına çevirdi. 1990-cı illərin birinci yarısında əsas diqqəti siyasi sabitliyin bərqərar olmasına yönəldən Heydər Əliyevin sonrakı mərhələ üçün planları ölkəni iqtisadi cəhətdən inkişaf etdirmək və хalqın sosial rifah halını yaхşılaşdırmaqdan ibarət idi. Ümummilli liderin gərgin əməyi və siyasi uzangörənliyi nəticəsində 1994-cü il, sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Heydər Əliyevin bu istiqamətdə olan istək və arzularının reallaşdırılmasına yaşıl işıq yandırmış oldu. Məhz həmin müqavilənin imzalanması Azərbaycanı хarici investorlar üçün etibarlı tərəfdaşa çevirdi. Qısa müddət ərzində dünyaca məşhur olan neft şirkətlərinə ölkəmizdə fəaliyət göstərmələri üçün geniş imkanlar yaradıldı. Xarici şirkətlərin sərmayə qoyması ölkəmizin iqtisadi cəhətdən inkişafına stimul yaratdı. Azərbaycanda neft sektorunun inkişaf etdirilməsi nəticəsində ölkədə хeyli sayda müəssisə və zavodlar fəaliyyətə başladı, yeni iş yerləri açıldı ki, bu da əhalinin sosial rifah halının yaхşılaşdırılmasına öz müsbət təsirini göstərdi.
Abşeronluların Heydər Əliyevə sevgi və məhəbbəti sonsuzdur.
Abşeronun inkişaf və tərəqqi tarixində də Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Belə ki, Abşeron rayonunun ən uğurlu göstəricilərlə zəngin olan təsərrüfat ilinin də Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi birinci dövrə düşməsi təsadüfi deyil, qanunauyğunluğun məntiqi nəticəsidir. Məhz Heydər Əliyevin rəhbərliyi dövründə Onun Abşerona göstərdiyi xüsusi diqqət və qayğısı rayonun tarixi mərhələsinin əsası rolunu oynadı. Heydər Əliyev ölkə rəhbərliyinin birinci dövründə Abşerona diqqət və qayğısını əsirgəməmiş, rayonun sosial və iqtisadi həyatının uğurları istiqamətində əhəmiyyətli işlər aparılmışdır. Abşeronlular Heydər Əliyevin Abşeron rayonuna 1981-ci ildəki tarixi səfərini bu gün də unutmayıblar. Dahi şəxsiyyətin bu rayona səfəri, sadə insanlarla səmimi söhbətləri onların qəlbində silinməz izlər qoymuşdur.
Ulu Öndərin Moskvaya – ittifaqın ali rəhbərliyinə, siyasi büroya təyin olunmasından sonra Azərbaycanda sürətlə yüksələn sosial-iqtisadi temp aşağıya düşməyə başladı. Təbii ki, bütün ölkə kimi, Abşeron da iqtisadi tənəzüldən kənarda qalmadı. Lakin taleyin gərdişi elə gətirdi ki, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev ikinci dəfə Azərbaycana hakimiyyətə gəldi. Xalqın təkidli tələbi və çağırışlarına səs verən Ulu Öndər Azərbaycana xilsakarlıq missiyasını yerinə yetirmək üçün geri döndü. Bundan sonra durğunluq və tənəzzül dövrünü yaşayan Azərbaycan xalqı, Azərbaycan dövləti Onun rəhbərliyi altında müasirliyə, tərəqqiyə və inkişafa qədəm qoymağa başladı. Əlbəttə ki, tərəqqi və inkişaf tendensiyası Abşerona da aid idi.
Uzun müddət müstəqilliyini itirmək təhlükəsini yaşayan, Heydər Əliyevin sayəsində bundan xilas olan Azərbaycan xalqının taleyinə ikinci sevinc payı da düşdü. Məhz bu tale payı Ulu Öndər Heydər Əliyevin Özü qədər inandığı İlham Əliyev məfkurəsi idi. İlham Əliyev Azərbaycan Respublikasının rəhbəri və Azərbaycan xalqının Lideri missiyasını uğurla, məharətlə, çevik və məqsədyönlü siyasətlə, inamla, qətiyyətlə davam etdirir.
Qarabağın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu idi. Prezident olaraq onun vaxtının və enerjisinin böyük hissəsinin həmin problemlərə həsr olunduğunu özü dəfələrlə etiraf etmişdi. Dahi siyasətçinin titanik səyləri öz bəhrələrini verdi. Qarabağ problemi onun zamanında həll olunmasa da, münaqişənin ədalətli şəkildə nizama salınmasının ümdə şərtlərinin formalaşmasında çox ciddi uğurlar əldə edildi. Nizami ordu yaradıldı, onun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm nailiyyətlər qazanıldı, beynəlxalq rəydə problemə baxış köklü surətdə dəyişdirildi. Ümummilli Lider 2003-cü ildə növbəti prezident seçkiləri ərəfəsində xalqa müraciətində özünəməxsus daxili inamla deyirdi: “Mənim edə bilmədiklərimi İlham Əliyev həyata keçirəcəkdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Heydər Əliyevin bu müdrik kəlamları möhtəşəm siyasi uzaqgörənlik nümunəsinə çevrildi. İlham Əliyev onun bütün ümidlərini doğrultdu. 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın azad edilməsi bu fikirlərin ən qabarıq təcəssümüdür. İlham Əliyev Heydər Əliyevin başladığı, lakin çatdıra bilmədiyi işi – Qarabağın azad edilməsini uğurla başa çatdırdı, Azərbaycana qeyri-adi qürur, iftixar mənbəyi bəxş etdi. Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin qüdrət və əzəmətinə tarixi möhür vurdu. 2020-ci il noyabr ayının 8-də Şuşanın azad olunması münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” fikirləri Heydər Əliyevin arzularının ən böyük təntənəsi idi.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu baxımdan Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında yanaşılma və verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.

Rafəddin Nağdalıyev
50 saylı Abşeron-Qobustan dairə seçki komissiyasının sədri

Əvvəlki yazı

Qusarda məktəblilərlə görüş keçirilib

Sonrakı yazı

Misir Qasımlıdan Ukraynadakı səfirimizə ağır ittiham: “Məni satdı”

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.