23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Xalqdan oğurladıqlarını qaytarsınlar…” – Əjdər Olun həbsinə reaksiyalar…

11 Fevral 2021, 11:13
Gündəm
A A
“Xalqdan oğurladıqlarını qaytarsınlar…” – Əjdər Olun həbsinə reaksiyalar…

Ədəbi mühitin yazıçı – şair kimi tanıdığı Əjdər Ol (Cəbiyev) korrupsiya işi üzrə həbs edilib. Əjdər Cəbiyevin qardaşı Şahəli Cəbiyev bildirib ki, qardaşı ötən həftədən istintaq altındadır.

O, ədəbi fəaliyyətindən əlavə vaxtilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri işləyib.

Keçmiş nazir Səlim Müslümov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçiləndən  sonra çox çəkmədən Ə.Ol da saxlanılıb. Lakin ona hansısa ittiham irəli sürüldüyü haqda rəsmi məlumat verilməyib.

Ə.Ol bir məmurdan daha çox ədəbiyyat adamı, şair kimi tanınıb. O səbəbdən şairin saxlanması ədəbi cameədə məyusluq doğurub. Onun həbsə göndərilməsi barədə rəsmi xəbər olmadığı və məhkəmə qərarı verilmədiyi üçün sərbəst buraxılacağına ümid edənlər var.

Ə.Olun yaradıcılığında sonuncu şeirlərindən biri Qarabağ haqda olub, həmkarları onu istedadlı qələm adamı kimi tanıyırlar, indi isə şair ƏƏSMN-dəki əməllərinə görə sorğu-suala tutulur.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, yazıçı-şair Seyran Səxavət “Yeni Müsavat”a bildirdi ki, ölkədə xeyli korrupsioner var, ilk növbədə onları tutmaq lazımdır: “Əjdər istedadlı, yaxşı şair, istiqanlı yoldaşdır. Bu ölkədə korrupsiyaya bulaşanların hamısını tutandan sonra keçib yazıçını, şairi həbs eləmək olar. İntəhası, Əjdərin korrupsiyaya bulaşmasına inanmıram, inana bilmirəm”.

S.Səxavət hesab edir ki, məmləkətdə milyardlar yığıb tutulanlar var: “Onların hamısının oğurladığı pulu geri alıb Qarabağda işğaldan azad edilmiş 5-6 rayonu birdən-birə cənnətə çevirmək olar. Mənim fikrimcə, həmin məmurların pullarını alsınlar, sonra azadlığa buraxsınlar. Onlara da azadlığa çıxmağı arzu edirəm, amma xalqdan oğurladıqlarını qaytarsınlar.

Seyran Səxavət ile ilgili görsel sonucu

Seyran Səxavət: “Onun korrupsiyaya bulaşmasına inana bilmirəm””

Yəni xalq amnistiyası olsun, sonra xalq kimi yaşasınlar. Əjdərə də Allah kömək olun, inanmıram ki, belə iş görüb. İstedad adamı nataraz işlərlə məşğul olmağa qoymaz”.

Qəşəm Nəcəfzadə ile ilgili görsel sonucu

Qəşəm Nəcəfzadə: “İki Əjdər var – bir məmur Əjdər, bir yazıçı Əjdər…, Allah qapısını açsın”

AYB-də İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə “Yeni Müsavat”a bildirdi ki, onun həbsinə təəssüf edir: “Mənim üçün iki Əjdər var, bir məmur Əjdər, bir ziyalı-yazıçı Əjdər… Nə demək olar, Allah qapısını açsın. Əjdər Vətənini sevən oğlandır. Onun Azərbaycan, Vətən haqqında gözəl şeirləri var. Ədəbiyyat sahəsində böyük nüfuza malikdir”.

Q.Nəcəfzadə ümid edir ki, hüquq-mühafizə orqanları işi obyektiv araşdıracaq və onu azad edəcəklər: “İnanıram ki, Əjdər Ol günahsızdır”. Qeyd edək ki, Əjdər Ol 1958-ci il avqustun 17-də Hacıqabulda anadan olub.

Prezident Aparatında Milli məsələlər üzrə məsləhətçi, “Şur” nəşriyyatında baş redaktor, Maliyyə Nazirliyində protokol və mətbuat xidməti bölməsinin rəisi işləyib.

Sonrakı illərdə Dövlət Sosial Müdafiə Fondunda Kadr və Hüquq Departamentinin direktoru, Dövlət Sosial Müdafiə Fondunda Aparatın  rəhbəri  vəzifələrində çalışıb.

Son iş yeri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri olub. O, fevralın 8-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Əvvəlki yazı

Tovuzda öldürülüb yandırılan Nərmin işində sensasion detallar – İlkinin qardaşı və vəkili istintaqı darmadağın etdi…

Sonrakı yazı

DİN Siyavuş Novruzova cavab verdi

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.