25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xalqa zəhər yedirən iki məmur haqda Baş Prokurora müraciət edildi

16 Aprel 2024, 12:14
Seçmə, Manşet
A A
Xalqa zəhər yedirən iki məmur haqda Baş Prokurora müraciət edildi

Rusiyada “Krokus” konsert zalında, İranda Kirman şəhərində anım yürüşündə terror törədilirsə, şimal və cənub qonşularımızdan fərqli olaraq, Azərbaycan təhlükəsizlik adası olaraq nümunəvi dövlətdir. Lakin bizim ölkəmizdə olan “terror” və “təhlükəsizlik” problemi qida sektorundadır. Respublikada “qida terroru” ən dəhşətli şəkildə tüğyan etməkdədir. Buna şərait yaradan isə müftəxor, korrupsioner, xalqın övladlarının genefonduna qənim kəsilmiş “qida terrorçu” su olan məmurlardır.

Bir qədər sonra təqdim edəcəyimiz faktlar Niderlandda, Avstriyada, Yaponiyada açıqlansaydı, nəinki bu cinayətə qol qoyan məmurlar işdən qovulardılar, ən ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilərdilər. Amma Azərbaycanda toxunulmaz şəxs kimi özlərini aparan bu yırtıcı məmurların xalqa düşmən kəsilməsi ucbatından hər gün milyonlarla insan orqanizmə zərərli, ağır xəstəliklər yaradan, onkoloji problemlərə yol açan qidalardan istifadə edir. Bəs, deyə bilərsiniz ki, konkret olaraq nəyi nəzərdə tutursunuz? Gəlin onda tanış olaq:

Əvvəla, Azərbaycan yeyinti məhsulları istehsal etsə də, əsasən idxaldan asılıdır. Yəni “Azərsun”, “Milla” və bazarda digər qida istehsal edən müəssisələr mövcuddur. Hərçənd onların istehlakçıya təklif etdiyi məhsullar da keyfiyyətli deyil. Lakin əsasən qida məmulatları xaricdən idxal olunur. Bunu marketlərin vitrinlərində hər gün müşahidə edirik. Amma ölkəyə gətirilən məhsulların nə dərəcədə keyfiyyətli olduğunu söyləmək gülməli olar. Çünki Rusiya, İran və digər ölkələrin “üçüncü respublikalar üçün” istehsalı olan məhsulları gətirilir. Təbii ki, buna nəzarət iki qurumun üzərindədir – Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi…

Hazırda hər iki orqan xalqa zəhərli, xəstəlik mənbəyi olan və övladlarımızın inkişafına zərbə vuran məhsulların  idxalına şərait yaradır. Biri gömrükdən zay malları buraxır, digəri də həmin qidanın keyfiyyətini və təhlükəsizliyini başdansovdu yoxlayıb yola verir. Bununla da məlum olur ki, gömrük şefi Şahin Bağırov və qida təhlükəsizliyinə cavabdeh Qoşqar Təhməzli Azərbaycan xalqına zəhər yedirir. Anaxeber.info bildirir ki,  bu iddianı biz səsləndirmirik, Huriyyet TV efirində aparıcı və verilişə səs göndərərək faktlar təqdim edən bir yük maşını sürücüsü təsdiq edirlər. TIR sürücüsü bildirir ki, Rusiyadan Azərbaycana 100 tonluq yağ gətirilib.

Ancaq məhsulun nəinki marqarin olduğu, ümumiyyətlə, marqarinin əvəzləyicisi olduğu üzə çıxıb. Belə desək, bir var zay məhsul, bir də var zir-zibil… Sürücü bu barədə xəbər tutanda səbəbini soruşub, ona cavab verilib ki, tort bişiriləcək. Hər halda, bütün ölkə tort yemir ki, bu qədər marqarin əvəzi bir öldürücü yağa tələbat olsun. Həmin məhsul gömrükdən keçirilib və “Meyvəli”yə gətirilib, oradan da satış məntəqələrinə paylanıb. Bu qədər sadə bir “qida terroru” və nə Şahin Bağırov, nə də Qoşqar Təhməzli bu cinayətdən narahat olurlar. Axı özləri və yaxın çevrələri bu yağlardan istifadə etmir, niyə də veclərinə olsun ki?!

Sürücü həmçinin, başqa məhsullar haqda da oxşar məlumatları canlı efirdə açıqlayıb. Və görünən budur ki, tükürpədici qida cinayətləri törədilir, di gəl, aidiyyatı orqanlar göz yumur, millətin apteklərdə, xəstəxanalarda qalmasına rəvac verir. Bu, birbaşa cinayət məsuliyyəti yaradır və araşdırma aparılmasını zəruri edir. O baxımdan aparıcı efirdə Baş Prokuror Kamran Əliyevə müraciət edərək bu istiqamətdə təhqiqat aparılmasını xahiş edib. Jurnalist bildirib ki, gömrük şefi Bağırov və agentlik sədri Təhməzli barəsində yoxlama olmalıdır. Hər iki məmur xaricdən idxal olunan keyfiyyətsiz məhsulların bazarlara çıxmasına şərait yaradırlar. Halbuki əhali və dövlət onlara güvənib, inanıb ki gömrük və qida agentliyi bu sahəyə nəzarət edir. Onlar isə…


Anaxeber.info

Əvvəlki yazı

Qafqazda vəziyyət mürəkkəbdir – Markedonov

Sonrakı yazı

Sülhməramlılar bu ərazini tərk etdi

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.