Xalq şairi Nəriman Həsənzadə təzyiqi yüksək olduğu müalicə olunduğu xəstəxanadan evə buraxılmır.
Bu barədə Pravda.az-a Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost məlumat verib.
“Danışığında, yemək-içməyində heç bir problem yoxdur, huşu özündədir. Hazırda Mərkəzi Klinik Xəstəxanadadır, hələ evə buraxmırlar. Təzyiqi yüksəkdir…”, – o bildirib.
Qeyd: Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.




















