05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xalq şairi: “Köhnə dostum məni Heydərizmə işləməkdə günahlandırdı”

09 Sentyabr 2019, 10:50
Seçmə
A A
Xalq şairi: “Köhnə dostum məni Heydərizmə işləməkdə günahlandırdı”
Sabir Rüstəmxanlı
Köhnə dostum Mahmudəli Çöhrəqanlı Qurban Məmmədovun proqramında məni Heydərizmə işləməkdə və müxalifətçilikdən uzaqlaşmaqda ittiham etdi. Bu, öyrəşdiyimiz sözlərdir, bizdə uzun illər davam edən və ən dəbdə olan qarayaxma üsulu budur: əldə əsas oldu- olmadı, təmkinli danışanları KQB agenti, ya iqtidarın adamı, sərt danışanları da xaricə satılmış adlandırırlar. Bunun da çürük təfəkkürdən başqa bir adı yoxdur.
İnana bilməzdim ki, Çöhrəqanlı da həmin səviyyəyə düşə bilər və onun da dilindən həqiqətə daban-dabana zidd olan belə mənasız və ümumi mənafelərimizə zidd, birliyimizi pozan və nəticə etibarı ilə fars-erməni irticasına xidmət edən ittihamlar səslənə bilər… Bu anlamda onun böhtanları məni çox təəccübləndirdi… Bir daha əmin oldum ki, mənim çörəyimin duzu yoxdur; Ona da əmin oldum ki, sayca bizdən çox olmalarına və möhtəşəm tarixlərinə baxmayaraq, güneyli qardaşlarımızın ən xırda milli haqlardan məhrum olmalarının bir günahı da onların özlərindədir. (Bunu illər uzunu apardığım müşahidə əsasında deyirəm…)
Çöhrəqanlının Quzey Azərbaycanla və millətimizin taleyi ilə bağlı arzu və istəklərini təbii qəbul etsəm də, onun yaşına-başına yaraşmayan söyüş üslubu qəbul edilən deyil. Çünki ondan soruşarlar ki, sən Güney Azərbaycanımız üçün nə etmisən ki, məni Quzey Azərbaycanda xalq üçün çalışmamaqda ittiham edirsən? Mən sənin kimi irticadan qorxub xaricə qaçmamışam, 1988–ci ildən mübarizə meydanındayam və bütün başqa ədəbi, ictimai-siyasi fəaliyyətimi bir kənara qoyub təkcə ölkəmin Müstəqillik aktına qol çəkdiyimi xatırlatsam bu, sənin mənə dil uzatmağınının nə qədər gülünc bir iş oldugunu sübut etməyə yetər…
İşin bir insani tərəfi də var. Çöhrəqanlının Azərbaycan ziyalılarından, müxalifətindən məhz məni hədəf seçməsinin səbəbini yaxşı bilirəm və təəssüf ki, bir çox hallarda olduğu kimi indi də öz ağlıyla danışmır, onu mənə qarşı itələyən qüvvələr var. Lakin bütün hallarda o, məni qaralamazdan öncə heç olmazsa, mənimlə görüşmək üçün Təbrizdən Şərəfxanaya iki gün dalbadal üç nəfərlik bir heyət göndərdiyini, mənimlə görüşərkən hansı mədhiyyələr söylədiyini, Bakıya gələndən sonra onun üçün nə qədər əziyyət çəkdiyimi, mənim zəngim və xahişimlə Türk Dünyası Araşdırmalar Vəqfinin Genəl Başqanı rəhmətlik Turan Yazqanın və general Vəli Küçüyün Türkiyədə onun üçün çəkdikləri əziyyətləri, İstanbul ətrafında onun şərəfinə hansı səviyyədə ziyafətlər verildiyini, Vaşinqtonda cənublu yoldaşlarımın etirazına baxmayaraq, onu axtarıb tapdığımı, onu DAK-ın Ukrayna qurultayına dəvət edib Məclis sədri seçdirməyimi və nəhayət Bakı aeroportunda onun Azərbaycana buraxması üçün saatlarla müxtəlif rəsmilərimizlə danışıb keçirdiyim həyəcanları da yada salaydı. Hansı cəbhədə dayanmağından asılı olmayaraq, bizdə bir kişilik anlayışı da var, kəsilən çörəyi itirmir, “kişinin çörəyi dizinin üstə olmaz” deyirlər. Bu mənada hətta söydüyün insandan da öyrənməli bir şey varsa öyrənməlisən. Heydər Əliyev çörək kəsdiyi, yaxşılığını gördüyü və ya bir yolda oldugu adamı yaddan çıxarmaz və dedi-qoduya uyub fikrini dəyişməzdi. Başqalarından fərqli olaraq mən illər uzunu sözümü-tərifimi də, tənqidimi də onun üzünə demişəm, sağlığında… Ömrü boyu mənim təkcə ”Dərdə əyilmə” kitabımın beşcə səhifəsini yaza bilməyənlər və milli davamız yolunda getdiyim beynəlxalq qurumların yolunu tanımayanlar, MM-dəki çıxışlarımdan bixəbərlər mənə müxalifətçilik dərsi verə bilməzlər.
Çöhrəqanlının bizim ağzımızdan eşitdikərini sonralar öz sözləri kimi pafosla təkrarladığının dəfələrlə şahidi olmuşdum, lakin DAK həmsədri hörmətli Firudin Pərvizniya ilə ABŞ-a son səfərimiz zamanı, Vaşinqtonda baş vermiş bir olay onun şüur səviyyəsini göstərdi və ona olan inamım sarsıldı. İndi məni ittiham etməsinin də kökü həmin hadisədədir. Biz Firudin bəylə ABŞ konqresinə görüşə getməliydik. Proqram tutub vaxt müəyyənləşdirilmişdi. Oteldən çıxmazdan yarım saat əvvəl Çöhrəqanlı gəldi, hara getdiyimizi biləndə dedi ki, məni də aparın. Böyük məmnuniyyətlə onun da bizimlə getməsini istərdik. Zəng vurub maraqlandıq, pratokolda görüşdə Firudin bəylə mənim nəzərdə tutulduğumu dedilər. Çöhrəqanlının çığır-bağırı (sözün əsl mənasında) başlandı. “Mən getmirəmsə siz də getməyin!”. Hətta bizi Ermənistan səfirliyinə gedəcəyi ilə hədələdi. “Sən illər uzunu burdasan, istədiyin vaxt müraciət edib görüşə bilərsən, bizim gəlişimizi niyə gözləməlisən?” və s. sözlərimiz təsir etmədi… Onda mən sərtləşdim: ”Mən bu boyda yol gəlib burda sənin ərköyünlüyünə görə işimi poza bilmərəm” deyib görüşə getdim. Çöhrəqanlı getməsə də, oğlu həmin görüşdə mənim tərcüməçim idi və görüşün hansı səviyyədə keçdiyinin şahidi oldu. Aramızdakı soyuqluq həmin gündən başlandı…
O məni müxalixətçi olmamaqda ittiham edərkən unudur ki, ömrümün son 20 ili Güney Azərbaycan probleminin dünyada müzakirələrinə sərf olunub. Bu artıq iqtidar, müfalifət məsələsi deyil.
Mahmudəli bəydən soruşmaq istərdim ki, sən ABŞ-da olduğun uzun illər ərzində Güney üçün nə iş görmüsən? Burda yaxşı-pis bir dövlət var, sən İran hakimiyyəti əvəzinə burdakıları söyürsən. Xeyir olsun, onların qarşısında nə öhdəliyin var? Cənabın bilsin ki, Quzey Azərbaycan müstəqillik qazanandan sonra Bakı universitetlərində 50-dən çox güneyli tələbə oxutdurmuşam, Bakıda Güney Azərbaycanın qeyri-rəsmi səfiri olmuşam, onlarla gəncın geri qaytarılmasının qarşısını alıb BMT xəttiylə miqrasiyasına kömək etmişəm, ən sıradan məişət problemlərində də güneylilərə əlimdən gələn yardımı göstərmişəm, onlarla konfrans, piket, dünyanın bir çox ölkəsində yüksək səviyyəli görüşlər, saysız yazı yazmışam və nəhayət bütün bunlara görə qazancım İran rejiminin ölüm fitvası və indi də sənin fitvan olub… Buna taleyin ironiyası deyirlər. Deyə bilərsənmi səni hansı daha çox maraqlandırır bu işlərin görülməsi, yoxsa mənim sənin kimi söyüş yolunu tutub əlimin-qolumun bağlı olması?
Bu gün iki cəbhəyə bölünüb bir-birini söyməklə məşgul olan insanlarımızın durumunu ağrıyla seyr edirəm. Bu cəbhələşmədə mövqeyim həmişə aydın olub, mən daim xalqın, haqqın, demokratiyanın, Rəsulzadə yolunun və Vətəndaş həmrəyliyinin tərəfindəyəm. Lakin bu gün Azərbaycanın sürükləndiyi münaqişələrin nəticələri haqda, qazanacaqlarımız və itirəcəklərimiz barədə düşünmək, daha optimal yol axtarmaq da mənim haqqım və borcumdur. Bizim küyə getmək və sonu bəlli olmayan iç münaqişələri xilas yolu və yeganə yol kimi təbliğ etmək vaxtımız keçib. Hakimiyyəti kürsüdən itələrkən özün də ətalətlə onun arxasınca uçuruma yuvarlanmamalısan. Mən heç vaxt söyüş müxaləfəti olmamışam, əxlaqdan və milli dəyərlərimizdən kənar mübarizəni qəbul etmirəm. İçimizdə və dünyada gedən proseslərdən xəbərsiz adamlar bunu anlamaz… Bu sözləri yazmaq istəməzdim, çünki bizim qarşı-qarşıya yox çiyin-çiyinə dayanan vaxtımızdır. Nəhayət, onu da deyim ki, vaxtilə Çöhrəqanlının adı Güneydə yeni bir ümidlə səsləndiriləndə mən ona “Atəş böcəyi” adlı poema həsr etmişdim… Heyif atəş sönüb artıq…”
Əvvəlki yazı

Əziz Əzizov Yeni Yasamalı belə satır – Fotolar

Sonrakı yazı

Vasif Talıbovdan yeni təyinat

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.