23-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Xalq olaraq bir olmalıyıq”

27 Yanvar 2022, 15:35
Cəmiyyət
A A
“Xalq olaraq bir olmalıyıq”

Könül İsmayılova: “İqtidarlı, muxalifətli dövlət əleyhinə həyata keçirilən təxribatlarda mövqeyimiz eyni olmalıdır”

Son vaxtlar istər daxili, istərsə də xarici faktorların təsiri baxımından ölkədə mənfi tendensiya müşahidə edilməkdədir. Bəzi xarici faktorlar Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi zəfərini həzm edə bilməyib ölkəmizə qarşı təzyiqlərə, təxribatlara başladığı halda, daxildəki bəzi faktorlar isə ölkədə vətənpərvərlik hislərinə zərbə vurmaq, tarixi qələbəmizi kiçiltmək, aşağılamaq məqsədilə hərbiçilərimiz hədəf alır, onları təhqir edirlər. Cəmiyyət haqlı olaraq bu kimi mənfi nüanslara qarşı öz etiraz səsini qaldırır. Bəs görəsən siyasi partiyalar bu barədə nə düşünür və ölkəmizə qarşı bu cür məkirli oyunların arxasında dayanan əsas məqam nədən ibarətdir? Bu və ya digər suallarla Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılovaya müraciət etdik.

-Könül xanım, son vaxtlar mənfi bir tendensiya müşahidə edilməkdədir. Birisi sosial şəbəkə üzərindən hərbiçiləri, MAXE-ləri təhqir edir, digəri beynəlxalq yarışda Şuşa adından imtina edir. Sizcə ard-arda baş verən bu proseslər təsadüfdür, yoxsa həm ordumuzu, həm də ordunun azad etdiyi əraziləri gözdən salmaq, onu ləkələmək cəhdidir?

-Cənab prezidentin bu ili “Şuşa ili”, mədəniyyətimizin paytaxtı elan edəndən sonra elə bu ildə sözügedən hadisənin baş verməsi onun təsadüfi olmamasına şübhə yaradır. Dövlət qurumunun da bu barədə olan mövqeyi bizə burada hansısa əlin oyuncaqlarını işə saldığına işarədir. Lakin çox ustaca deyil. Tez ifşa edilir. Sosial şəbəkələrdə bu mövzuya reaksiya da xalqın mövqeyini birmənalı şəkildə bəyan edir. Özünü jurnalist adlandıran şou-biznes nümayəndəsinin bu cür çıxışı onun hərbi biliyinin olmamasından irəli gəlir. Hərbi xidmət keçməyən biri bu mövqedə ola bilər.Yox varsa və bu cür çıxış edirsə,  bu eyni nöqtəyə diqqəti çəkir.

-Sizə elə gəlmirmi ki, daxildə baş verən bu kimi neqativ hallar ölkəmizin xaricdən təzyiqlərlə, təxribatlarla üzləşməsinə daha da stimul verir. Yəni igidlərimizin canı bahasına azad edilən bir ərazinin adından imtina etmək Fransa kimi dövlətin rəsmilərinin ərazi bütövlüyümüzü pozmasına yol açır?

-Fransızlar hər həmləyə, təxribata əl atırlar. Bu yaxınlarda prezidentliyə namizədin icazəsiz Laçın ərazisindən Qarabağa gəlməsi də bunun əyani sübutudur.

-Bu arada Fransanın zaman-zaman Azərbaycana qarşı bu kimi təxribatçı əməllərinin kökünü nədə görürsünüz? Konkret Fransanın Azərbaycana olan düşmənçiliyinin məğzində nə dayanır?

-Fransada erməni lobbisi çox güclü kök salıb fəaliyyət göstərir. Fransızların erməni sevgisi və bizə olan nifrətlərini 44 günlük müharibədə açıq şəkildə gördük.

Onu da qeyd edim ki, biz Müasir Müsavat Partiyası olaraq Fransanın Ermənistanı müdafiə etməsini və Azərbaycana qarşı apardığı düşmən münasibəti qətiyyətlə pisləyirik.

Eyni zamanda Fransada yeni yaranacaq hökümətin Azərbaycanla bağlı münasibətlərinə müsbətə doğru dəyişəcəyinə ümid edirik. Əks halda biz düşünürük ki, əgər erməni lobbisi yenə öz işini Fransada rahat görə biləcəksə, o zaman Azərbaycan-Fransa münasibətləri bütün sahələrdə tamamilə sıfır vəziyyətə endirilməlidir.

-Bu kimi xarici təsirlər, təxribatların qarşısını dövlət, xalq olaraq necə ala bilərik? Sizcə hansı addımlar atılmalıdır?

-Xarici ölkələrdə fəaliyyət göstərən səfirliklər, diaspor təşkilatları daha yaxşı işləməli, haqq səsimizi dünyaya çatdırmalıdırlar.

Xalq olaraq bir olmalıyıq. Bu istiqamətdə siyasi partiyaların üzərinə böyük yük düşür. Çünki xalqı maarifləndirən siyasi institutlardır. İqtidarlı, muxalifətli dövlət əleyhinə həyata keçirilən təxribatlarda mövqeyimiz eyni olmalıdır. Necə ki 44 günlük Vətən müharibəsində bunu etdik.

-Müasir Müsavat Partiyası olaraq bu ildən gözləntiləriniz nədən ibarətdir?

-Ölkədə real  islahatların aparılmasını, konstitusiyada dəyişiklik edilməsini, referendum keçirilməsini, demokratik seçkilər yolu ilə çoxpartiyalı yeni parlamentin formalaşmasını yaxın gələcəkdə görmək istəyirik. Ən əsası hələ də işgalda qalan torpaqlarımızın azad olunmasını gözləyirəm. Ümumilikdə isə, gələcəyini düşünən hər kəsi siyasi partiyalarda çəmləşməyə çağırıram.

 

Əvvəlki yazı

“10 noyabr sənədinə əməl olunmasa…” – Deputatdan şok müsahibə

Sonrakı yazı

“Bəsdir özümüzü aldatdıq, yalanlarla yaşadıq” – Erməni nazirdən etiraf

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.