29-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xəzərdəki zəlzələlər sunamiyə çevrilə bilərmi? (AÇIQLAMA)

03 Yanvar 2024, 16:43
Cəmiyyət
A A
Xəzərdəki zəlzələlər sunamiyə çevrilə bilərmi? (AÇIQLAMA)

“Xəzər dənizində baş verən zəlzələlər Yaponiya ilə müqayisə oluna bilməz. Yaponiya seysmik cəhətdən dünyanın ən kəskin sahəsidir. Sakit okeanın hər iki sahilində dünyanın 3 ən seysmik sahələri yerləşir. Yaponiya Şərq ölkəsidir, 3 nəhəng seysmik qurşağın ən aktiv yerindədir, qorxulu sahədir. Orada tarixən də belə güclü zəlzələlər olub. Yapon adalarının taleyi özü də şübhəlidir ki, bu adalar gələcəkdə qalacaq, ya yox.

Xəzər dənizindəki zəlzələlər isə qorxulu deyil. Bəzən deyirlər ki, yerdə çat əmələ gəldi, çimərlik belə oldu… Bu, qətiyyən düzgün fikir deyil. Çatlar olsaydı, biz də görərdik. Zəlzələnin balı onun maqnitudasına uyğun şəkildə hesablanır. Bu bala görə fəsadlar yaranır. Yerdə çatın əmələ gəlməsi üçün ən az 7-7,5 bal gücündə zəlzələ olmalıdır. Müəyyən çuxurlar ola bilər, bu da heç inandırıcı deyil. Xəzərdə belə sahələr hələlik müşahidə olunmur. Zəlzələnin olub-olmayacağı barədə əvvəlcədən nəsə demək mümkün deyil. Silkələnmələr, xırda təkanlar təbii haldır. Buna görə də qorxmaq, hay-haray salmaq, təşvişə düşmək olmaz, normal qəbul etmək lazımdır. Bu, Azərbaycanın yerləşdiyi mühitin mahiyyətindən irəli gəlir”.

Bu sözləri Pravda.az-a müsahibəsində AMEA-nın Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, seysmoloq Ənvər Əliyev deyib.

O bildirib ki, Bakı və Abşeron yarmadasında elə də güclü zəlzələlər olmayıb:

“Lakin işlərimizi bu istiqamətdə qurmalıyıq. Abşeron yarımadasına nisbətən Şimal-şərq hissəsində Xəzərə nisbətən bir-iki bal artıq zəlzələ ola bilər. Abşeron yarımadası ilə Kür deltasının arasında belə sahə var. Yaponiya ilə Azərbaycanı müqayisə etmək düzgün deyil, çünki tamam başqa qurşaqlardır. Məsələn, Türkiyə ərazisi, Aralıq dənizinin sahilləri zəlzələnin ən aktiv sahələridir. Bu ərazilərdə kütləvi şəkildə sivilizasiya gedir. Allaha şükür, bizim ərazimizdə axı belə şeylər olmayıb. Şamaxıdakı zəlzələ regionun ən böyük zəlzələsi idi.

Amerikanın seysmoloji siyahısında da var, 1667-ci il zəlzələsində 70 min adamın həlak olduğu deyilir. Avropanın elə ölkəsi var, heç o boyda əhalisi yoxdur. Şamaxıda tikinti texnologiyası elə də güclü inkişaf etməmişdi. 1902-ci il zəlzələsində Şamaxıda çox ev dağıldı, amma rəhmətlik Zivər bəy Əhmədbəyovun tikdiyi məscid salamat idi. Onu yanmış ermənilər yandırdılar. Türkiyədə də belə kadrlar var, bir tərəf yerlə-yeksandır, arasında bir bina dimdik durub, heç nə olmayıb. Deməli, insanlarımızın zəlzələ haqqındakı fikirləri ilə gördükləri işlər münasib deyilsə, ərazilərin seysmik aktivliyinə uyğun binalar tikmiriksə, sabah dağıntı, itki olsa, insan əməlinin ziyanıdır, zəlzələnin yox. Bu, artıq tikinti texnologiyasından istifadə edənlərin ixtiyarındadır. Onlar bu millətin, Vətənin övladları, gələcəyi haqqında məsuliyyətli, diqqətli olmalıdırlar”.

Əvvəlki yazı

11 ədəd dezodarant oğurlayan şəxs 180 saat məcburi işləyəcək

Sonrakı yazı

Lalə Prezidentin ona bağışladığı evdən DANIŞDI: “Köçəri həyat yaşayırdım”

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49
Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

28 Avqust 2025, 14:40
Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

28 Avqust 2025, 14:32
“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

28 Avqust 2025, 14:29
Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

28 Avqust 2025, 14:18
Döyülən uşaqların vəziyyəti – Açıqlandı

Döyülən uşaqların vəziyyəti – Açıqlandı

28 Avqust 2025, 14:15
182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

28 Avqust 2025, 14:12
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

28 Avqust 2025, 14:10
“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

28 Avqust 2025, 14:07
“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

28 Avqust 2025, 13:57
Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

28 Avqust 2025, 13:49
Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.