09-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xətainin icra başçısından prezidentə şikayət olundu

10 Mart 2020, 12:29
Sosial
A A
Xətainin icra başçısından prezidentə şikayət olundu

“Conflict.az” saytının Baş redaktoru Bakir Həsənbəyli ölkə Prezidenti cənab İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:
Cənab Prezident!
Yaşadığım Xətai rayonu, Cavanşir küçəsində, mənzilimin qarşısında ikimərtəbəli, birinci mərtəbəsi avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən obyektdən gələn səs-küy illərdir ki, normal və sakit yaşayışıma ciddi mane olur. Sizin 8 saatlıq iş günü göstərişinizin əksinə olaraq, gün ərzində 17-18, bəzən isə hətta 24 saat fəaliyyət göstərən bu obyektdən gələn yüksək təzyiqli suyun səsindən narahatlığımla bağlı dəfələrlə Xətai rayon polis İdarəsinə, Bakı şəhər Baş Polis İdarəsinə, DİN-in “102” xidmətinə tərəfimdən məlumat verilsə də, polis yalnız öz səlahiyyətləri çərçivəsində məsələyə münasibət bildirib. Onu da qeyd edim ki, həmin münasibətlər avtoyuma məntəqəsinin fəaliyyətinə hər hansı təsir etməyib. Çünki bu günə qədər həmin avtoyuma məntəqəsi mənə psixoloji işgəncə verməklə öz işini davam etdirir.
Cənar Prezident!
Məsələ ilə əlaqədar 26.02.2020-ci il tarixdə Sizin yeni təyin etdiyiniz və qarşısına vətəndaşa xidmət etmək kimi böyük vəzifə qoyduğunuz Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə poçt vasitəsilə rəsmi müraciət etmişəm. Onu da xatırladım ki, həmin obyektin bağlanması və ya təyinatının dəyişdirilməsi ilə bağlı hələ ötən il hüquq-mühafizə orqanlarına dəfələrlə tərəfimdən müraciətlər olub.

Ərizələrimdən birinə cavab olaraq BŞBPİ-nin, İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlının imzası ilə 29.08.2019-cu il tarixli, № 044-7736-3219 nömrəli məktubda qeyd edilirdi ki, həmin obyektin təyinatının dəyişdirilməsi üçün BŞİH-nin Ticarət və Xidmət Departamentinə və Xətai rayon İH-nə təqdimatlar göndərilib. Həmin vaxt Rafiq Quliyev Xətai RİH başçısının I müavini idi. Eyni zamanda başçının vəzifəsini müvəqqəti icra edirdi. Lakin R.Quliyev nə o vaxt, nə də indi müraciətimə cavab verməyi özünə rəva görmür.
Cənab Prezident!
Həmin obyektin icarədarı Şükürov Mikayıl Bakir oğlu dəfələrlə mənə bildirib ki, OBYEKTİN SAHİBİ XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAFİQ QULİYEVDİR. Lakin obyekt bilərəkdən başqa adamın adına rəsmiləşdirilib. Mən bu faktı Rafiq Quliyevə ünvanladığım 26.02.2020-ci il tarixli ərizəmdə də qeyd etmişəm. Və ərizəmdə Rafiq Quliyevə obyektin hansı istiqamətdə təyinatının dəyişdirilməsi ilə bağlı təklifdə vermişəm.
Sonuncu dəfə 06.03.2020-ci il tarixdə BŞBPİ-yə şikayətimlə bağlı dəvət olunarkən polis zabitlərindən biri mənə bildirdi ki, İntiqam adlı şəxs mənim müraciətimə baxılmasına təsir göstərmək üçün həmin zabitə telefon açıb. Xatırladım ki, İNTİQAM XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAFİQ QULİYEVİN BİZNESİNƏ RƏHBƏRLİK EDƏN ŞƏXSDİR. Bu informasiyanı da həmin obyektin icarədarı Şükürov Mikayıl Bakir oğlu mənə verib.
Cənab Prezident!
Hal-hazırda 5 nəfərlik ailə üzvimlə yaşadığım ikiotaqlı mənzilimdən başqa yaşayış yerim yoxdur. Əks halda mənzilimi dərhal tərk edərdim. Çünki bu ölkədə hələ ki, XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAFİQ QULİYEVƏ DUR DEYƏN YOXDUR. Və məndə bu şəraitdə yaşaya bilmirəm. Mərhum Prezident Heydər Əliyev deyirdi ki: “Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz.” Çöx təəssüf ki, hələ də xırda mənfətləri güdən məmurlar var Azərbaycanda.
Cənab Prezident!
Xahiş edirəm Azərbaycan Respublikası Konstitusiyasının mənə verdiyi imkanlar çərçivəsində sakit yaşamağımın təmin olunması, eyni zamanda Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə məxsus olduğu deyilən həmin obyektin təcili bağlanması və ya təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq qurumlara tapşırıq verəsiniz.

Ərizəyə əlavə edilir:
1. BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlının imzası ilə aldığım 29.08.2019-cu il tarixli, №044-7736-3219 nömrəli məktubun surəti – 1 vərəq
2. BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlının imzası ilə aldığım 15.10.2019-cu il tarixli, №044-48094 H-3229 nömrəli məktubun surəti – 1 vərəq.
3. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə 26.02.2020-ci il tarixdə ünvanladığım məktubun surəti – 1 vərəq
4. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə poçt vasitəsilə ünvanladığım məktubun qəbzinin surəti – 1 vərəq.

Əvvəlki yazı

İlham Əliyev Milli Məclisin ilk iclasında

Sonrakı yazı

İtaliyanın bütün ərazisi karantində

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.