Xətai rayonunda yaşıl soyqırım baş veir. 20 illik ağaclar kəsilir. Reportyor.info xəbər verir ki, bu barədə jurnalist Orxan Kərimov “Facebook” hesabında yazıb.
“Xətai rayonunda (3-cü və 4-cü kvadrat binaların arası) 20 illik ağacları 20 saniyəyə öldürdülər. Bezdik mübarizə aparmaqdan. Görüntü üçün gətirib qıraqlara ağac əkiblər hələ…”, – deyə jurnalist bildirib.
Orxan Kərimov ağacların kəsildiyini,əks etdirən fotolar da paylaşıb.
Jurnalistin yazdıqları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri müvafiq qurumları təcili olaya müdaxilə etməyə çağırıblar.