11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xəstə qəbul şöbəsində bir saatdan çox ağrı çəkdi – “niyə zarıyır bu? Harası ağrıyır?”

30 Aprel 2019, 10:41
Cəmiyyət
A A
Xəstə qəbul şöbəsində bir saatdan çox ağrı çəkdi – “niyə zarıyır bu? Harası ağrıyır?”
Rəsul Mehrəliyev iddia edir ki, həyat yoldaşını kəskin ağrılarla apardığı xəstəxanada tibbi yardım olunmayıb
“Yoldaşımı Quba Mərkəzi Xəstəxanasına aparmışdım. Bir saatdan çox qəbul şöbəsində qaldı, heç kim yaxın durmadı. Eləcə, tibb bacıları qəbul şöbəsinə girib-çıxanda “niyə zarıyır bu? Harası ağrıyır?” soruşub keçirdilər”.
Qubanın Gədik kənd sakini Rəsul Mehrəliyev Meydan TV-yə danışır ki, həyat yoldaşı Günel Mehrəliyevada kəskin ağrılar baş verib. Rəsul Mehrəliyev onu Quba Rayon Mərkəzi Xəstəxanasına götürüb. Deməsinə görə, həyat yoldaşının kəskin ağrıları olsa da, həkimlər tibbi yardım göstərməyib.
“Dedi, gədiklilər əlləri ətəklərindən uzun gəlir xəstəxanaya…”
“Sancılanmışdı, ağrıdan qışqırırdı yazıq. Bir saatdan çox qəbul şöbəsində bu vəziyyətdə qaldı. Hamı bir-birinin üstünə ötürürdü. Biri deyirdi: “bu şöbəlik deyil, apar başqa şöbəyə”, o biri deyirdi: “elə bu şöbəlikdir, gözlə, həkim yaxınlaşacaq”. Tibb bacıları da hər qəbul otağına girib çıxanda soruşurdular ki, niyə qışqırır bu, harası ağrıyır. Dedim, adam bəxtəvərlikdən qışqırmır, bir çarəsini edin, ölür. Dəhlizdə iki həkim söhbət edirdi, özüm eşitdim, biri o birinə deyir: “Gədikdəndir yenə? Əşşi, onlar da əlləri ətəklərindən uzun gəlirlər həmişə,”- Rəsul Mehriəliyev deyir.
Bir saat ərzində bir neçə dəfə xəstəyə yaxınlaşan tibbi personalın üzvləri hər dəfəsində ad-soyadını, doğum tarixini və səhhətiylə bağlı şikayətlərini qeydə alıb, ancaq tibbi yardım göstərməyib.
“Çarəsizlikdən gətirdim evə…”
Nəhayət, Rəsul Mehrəliyev səs-küy salıb:
“Səs-küy saldım, Ramazan həkim var, o gəldi, dedi, xəstəni qaldırın palataya, sistem qoşun. Nə müayinə olundu, nə dərdi bilindi, eləcə qaldırdılar palataya, ağrılarını kəsmək üçün sistem qoşdular. Təxminən 1 saata yaxın da bu proses çəkdi. Sonra da hansı həkimə yaxınlaşdımsa, dedi, iş vaxtım bitib, evə gedirəm. Yoldaşım dedi, burda baxımsızlıqdan adam ölər, apar məni, öləcəmsə, evimdə ölüm. Çarəsizlikdən götürüb gəldim evə…”
Rəsul Mehrəliyevin həyat yoldaşını müayinə və müalicə etdirməyə maddi imkanı yoxdur:
“Hamımız özümüzü Allahın ümidinə buraxmışıq. Dövlət xəstəxanalarında üzümüzə baxan yoxdur, özəl xəstəxanalara da pulumuz çatmır. Xəstəni müayinə etməmiş sistem qoşurlar, o sistem bitincə yoldaşımla bir-birimizin üzünə baxa-baxa qaldıq, ikimiz də qorxu içində. Bəlkə o dərmanlar zərər verərdi xəstəyə. İndi imkanım ona çatır ki, ağrıları başlayanda aptekdən ağrıkəsici alım, vurum”.
“Qızım da az qalmışdı ölsün”
Rəsul Mehrəliyevin sözlərinə görə, bir müddət əvvəl qızını da kəskin ağrılarla həmin xəstəxanaya götürüb, müayinələrdən sonra həkimlər bilririblər ki, uşaq sağlamdır:
“Bir müddət əvvəl qızım da bunların səhlənkarlığından az qalmışdı ölsün. Demişdilər, heç nə yoxdur, sağlamdır, gətirdim evə, gecə yenə kəskin ağrıları başladı, götürdüm qaytardım xəstəxanaya, başqa bir həkim baxdı, dedi, bunun korbağırsağı partlamaq üzrədir, zəhər qana keçsə, qalmayacaq. Təcili əməliyyata götürdü”.
Quba Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirilib ki, aprelin 25-də, saat 5 radələrində Gədik kənd sakini, 1985-ci il təvəllüdlü Günel Mehrəliyeva qarın boşluğundakı kəskin ağrılarla xəstəxanaya qəbul olunub, ona ilkin tibbi yardım olaraq ağrıkəsicilər vurulub, qan analizi və ultrasəs müayinəsi olunub. Lakin xəstə xəstəxanada qalmaq istəməyib və ağrıları kəsildiyini deyərək könüllü şəkildə xəstəxananı tərk edib.
Rəsul Mehrəliyev xəstəxanada olarkən Səhiyyə Nazirlyinin “Qaynar xətt”inə də zəng vurub. Bildirib ki, kəskin ağrılarla xəstəxanaya gətirdiyi həyat yoldaşına həkimlər baxmır. Deməsinə görə, “Qaynar xət”dən ona bildirilib ki, şikayətinə 15 gün ərzində baxılacaq.

 

Müəlliflər: Meydan TV
Əvvəlki yazı

Sehrli çubuğunuz var, cənab Mehdiyev? Saxta və həqiqi FOTO

Sonrakı yazı

Şimali Osetiya – Alaniya Respublikasında möhtəşəm açılış olacaq

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.