Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Cəmiyyət

Xəzər dənizini hasarlayan məmurlar – Fotolar

2019-05-27
in Cəmiyyət, Sosial
0
Xəzər dənizini hasarlayan məmurlar – Fotolar
0
Paylaşılıb
17
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

 

Bənzər Yazılar

Bu yolda hərəkətin təşkilində dəyişiklik edildi

“Uşqapulunun verilməsi üçün yetərli qədər mənbə var” – Ekspert

Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir

Yenə yay gəldi, yenə də kasıb əhali “hansı çimərlikdə  sərinləyək” sualı aktuallıq kəsb etməyə başlayır.   Xəzərdəki qanunsuz tikililərlə bağlı rəsmilər danışsa da, qanunlara əlavə və dəyişikliklər artsa da, hasarların uzunluğu da azalmır, əksinə artır. 

İllərdir ki, Xəzər dənizi Abşeron yarımadası ərazisində sahilboyu uzanan hasarlarla əhatələnib. Sahilboyu hündürlüyü 4-5 metr, 100 metrlərlə, bir çox ərazidə kilometrlərlə hasarlar çəkilib. Türkan, Hövsan, Buzovna, Bilgəh, Kürdəxanı, Pirşağı, Corat, bir sözlə, Abşeron yarımadasının  bir çox ərazilərində  çimərlik i xalqın üzünə hasarlanıb.

“Get dənizə çat, torunu at, 3 balıq tut. Bircə qırıcı təyyarələri qaldırmayacaqlar. Əynində forma olan, əlində bir balaca səlahiyyəti olan azı 10 nəfər başının üstünü kəsdirəcək. Bir vay-şüvən çıxaracaqlar ki, bəs qanunu pozmusan. Bu hasarları isə görmürlər” – Buzovna sakini Həsənbala Gülverdi oğlu belə deyir. Onun sözlərinə görə, Buzovnada dənizə çatmaq artıq igidlik hesab olunur: “Mənim 76 yaşım var. Baxın da, baxın bir qarış yol qoyublar? Bu adamlar nə yeyib-içirlər, nə fikirləşirlər? Guya balaca bir yol qoysaydılar, hasarlarını 3 addım o tərəfə çəksəydilər, kasıb olacaqdılar? Dənizi camaatın üzünə bağlayıblar, heç özlərinə də qismət olmur burada yaşamaq. Camaat bütün yayı hasar çəkənləri söyür, hasarlarına söyüşlər yazır”.

O, deyir ki, vaxtilə şəhərin səs-küyündən bezən, yorulanlar dincəlmək, Xəzərə tamaşa etmək üçün şəhərdən çıxardı: “İndi daha gələn də yoxdur. Adamlar evindən çıxır, gəlir, sahilə yol tapınca əsəbləri dözmür. Yol olan yerlərə də hərəsi bir şlaqbaum qoyub. Camaatla düşmən kimi davranırlar.

“Dəniz vəzifəlilərindir təkcə? Hasarlayırlar, hasarlayırlar, hər il təzə hasarlar çəkirlər. Camaatı heç fikirləşmirlər. Bax elə bu hasarı çəkən 4 ildir ki, bu tərəfə hərlənməyib. Gözətçisi kef çəkir orda. Qala kimi ev tikib, hasarının uzunluğu da yarım kilometr. Deyirlər Dubayda bizneslə məşğuldur. Bir ətək pul verib buranı alıb, bir o qədər  verib bu boyda nataraz hasar çəkdirib. Amma gəlib-getmir. Camaat da 4-5 yaydır ki, bunun nəsil-nəcabətini yolkəsənliyinə görə döşəyir. Belə də insafsızlıq olar? Yaxşı insan yolkəsənlik eliyər? Başqasını yolda qoyar?”

Bakının Türkan qəsəbəsi də Xəzər sahilində yerləşir. Bu kəndə də durum fərqli deyil. Dəniz sahilinə ayrılan adına yol deyilən, faktiki isə cığırlar qumsaldır. Maşınların sahilə yolu demək olar ki, yox səviyyəsindədir. Əvəzində dəniz sahili boyunca bir-biri ilə bəhsə girən restoranların pullu dayanacaqlarına rahat yollar var. Azərbaycanda dəniz bahalı əyləncəyə çevrilib. Pulu olmayan, maaşla dolananlar dəniz çimərliklərinə baş çəkməsələr də olar. Dəniz sahili boyunca uzanan hasarları cəmiyyətdəki anormal təbəqləşmənin simvolu da hesab etmək olar. Hasarlar var-dövlətin, cəh-calalın göstəricisinə çevrilib. Hansılar ki, Xəzəri kasıbların üzünə bağlayıb. Baş çəkdiyimiz Buzovna, Türkan və Pirşağı çimərliklərində real durum belədir. Görünən odur ki, rəsmilər hasar sahibləri ilə bacarmır, qanunlar işləmir, dənizi isə xalqın üzünə yalnız buldozerlər aça bilər…

Azərbaycanda Xəzərlə bağlı qanunlar çoxdur. Hər il də artır. Hasarlar təkcə Xəzəri xalqın üzünə bağlamır, həm də ekoloji durumuna təsir edir. Bu haqda Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin direktoru Ərəstun Həsənov “Novoye Vremya” qəzetinə olduqca maraqlı açıqlama verib. Direktor deyib ki, bu ilin yazında bir sıra dövlət qurumlarının Xəzər sahili zolaqda yerləşən obyekt sahiblərinə verdiyi xəbərdarlığın vaxtı bitib.

Direktor vurğulayıb ki, Xəzər sahillərini çoxsaylı villalar zəbt edib, nə Bakıda, nə şəhərdən kənarda Xəzərətrafı zonada bir qarış belə boş sahə qalmayıb, dəniz sahili tam hasarlanıb. Ə.Həsənov xatırladıb ki, dəfələrlə sahilləri zəbt edənlərin cəzalandırılacağı deyilsə də, bu, söz olmaqdan o yana keçməyib: “Hətta dənizin içinə doğru uzanan villalar var ki, ümumiyyətlə hər hansı icazə sənədi yoxdur. Belə hallar isə vətəndaşın istirahət hüququnun əlindən alınmasıdır. Görünən də budur ki, oliqarxlar bu yerləri asanlıqla qaytarmaq fikrində deyildirlər, bunun üçün isə dövlət başçısı işə qarışmalıdır”.

Ə.Həsənov deyib ki, bu işə məsul olan şəxslər acizdir və onlar dəniz sahilindədki villalara yaxın getməyə belə cürət etmirlər: “Görünür bizim oliqarxalara anlatmaq olmur ki, dəniz sahili bütün vətəndaşlara aiddir, bura ”oliqrax şıltaqlıqları” məkanı deyil. Bunu indi etmək lazımdır, əks halda sahildə boş bir qaya belə qalmayacaq”.

Respublika ərazisində Torpaq Məcəlləsi, Su Məcəlləsi və hətta Cinayət Məcəlləsində də torpaqların zəbt edilməsi ilə bağlı müəyyən müddəalar olsa da, təəssüf ki, bu mövzuda “qanun şah ola bilmir”.

Qeyd edək ki, Torpaq Məcəlləsinin 46-cı maddəsində qeyd olunur ki, Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Mövcud duruma nəzər salanda, məsuliyyətin müvafiq icra hakimiyyətinin üzərində olduğunu görürük. Ancaq icra hakimiyyəti orqanları bu səlahiyyətləri canla-başla həyata keçirəndə, məcəllədə qeyd olunmuş digər nüanslara da diqqət yetirməlidir. Çünki istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının verdiyi xüsusi icazədə nəzərdə tutulmayıbsa, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu günə qədər dəniz sahilinə hasar çəkdiyinə görə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan olubmu?..

“Yeni Müsavat”

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

“İlk növbədə Ermənistan təcavüz və işğalçılıq siyasətindən əl çəkməlidir” – XİN başçısı

Sonrakı yazı

Yevlaxda gənc qadın qətlə yetirildi

Sonrakı yazı
Yevlaxda gənc qadın qətlə yetirildi

Yevlaxda gənc qadın qətlə yetirildi

BŞİH sakinlərə və sürücülərə xəbərdarlıq etdi –Güclü küləklə əlaqədar

BŞİH sakinlərə və sürücülərə xəbərdarlıq etdi –Güclü küləklə əlaqədar

Britaniya səfiri:”Bakı buna ciddi hazırlaşıb”

Britaniya səfiri:"Bakı buna ciddi hazırlaşıb"

Discussion about this post

Bizə Qoşulun

  • 21.2k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

İlham Əliyev: “İtaliya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcək”

İlham Əliyev: “İtaliya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcək”

2021-04-13
“Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir? – Rövşən Rzayevin tender oyunları

“Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir? – Rövşən Rzayevin tender oyunları

2021-04-13
Bu yolda hərəkətin təşkilində dəyişiklik edildi

Bu yolda hərəkətin təşkilində dəyişiklik edildi

2021-04-13
25 həkimimiz koronavirusdan ölüb – Adlar

Azərbaycanda yoluxanların və sağalanların sayı artdı

2021-04-13
Hərbi Qənimətlər Parkına giriş pulludur?

Hərbi Qənimətlər Parkına giriş pulludur?

2021-04-13
“Uşqapulunun verilməsi üçün yetərli qədər mənbə var” – Ekspert

“Uşqapulunun verilməsi üçün yetərli qədər mənbə var” – Ekspert

2021-04-13
Daha 11 müəllimdə koronavirus aşkarlandı, 6 məktəb bağlandı

Daha 11 müəllimdə koronavirus aşkarlandı, 6 məktəb bağlandı

2021-04-13
Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir

Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir

2021-04-13
Prezident İlham Əliyev çıxış edir (VİDEO)

İlham Əliyevdən yeni SƏRƏNCAM

2021-04-13
Hava proqnozları bəzi hallarda niyə səhv çıxır? – AÇIQLAMA

Hava proqnozları bəzi hallarda niyə səhv çıxır? – AÇIQLAMA

2021-04-13
“Toy qadağası ləğv edilməlidir, iqtisadiyyatımız məhv olur” – VİDEO

“Toy qadağası ləğv edilməlidir, iqtisadiyyatımız məhv olur” – VİDEO

2021-04-13
Sahil Babayevin yeni müşaviri kimdir? – DOSYE

Sahil Babayevin yeni müşaviri kimdir? – DOSYE

2021-04-13
Kremldən “İsgəndər-M”lə bağlı Əliyev-Putin müzakirəsinə reaksiya

Kremldən “İsgəndər-M”lə bağlı Əliyev-Putin müzakirəsinə reaksiya

2021-04-13
Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir

Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir

2021-04-13
“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?” – Prezident

“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?” – Prezident

2021-04-13
“Biz Putinlə bu məsələni müzakirə etmişik” – Prezident

“Biz Putinlə bu məsələni müzakirə etmişik” – Prezident

2021-04-13
Ermənilər necə məğlub edildi? – Samvel Babayan açıqlayır

Ermənilər necə məğlub edildi? – Samvel Babayan açıqlayır

2021-04-13
Azərbaycanın ən gənc bölgələri hansıdır?

Azərbaycanın ən gənc bölgələri hansıdır?

2021-04-13
Sülhməramlı bölmələrin təlim məşqlərinin görüntüləri – Video

Sülhməramlı bölmələrin təlim məşqlərinin görüntüləri – Video

2021-04-13
Həftəlik hava proqnozu açıqlandı

Həftəlik hava proqnozu açıqlandı

2021-04-13

Seçmə

  • Bütün
  • SEÇMƏ
Hərbi Qənimətlər Parkı aprelin 14-dən ziyarətə açıq olacaq
SEÇMƏ

Hərbi Qənimətlər Parkı aprelin 14-dən ziyarətə açıq olacaq

2021-04-12
“Restoranların açılması o demək deyil ki, toy edə bilərsiniz” – DİN
SEÇMƏ

Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi

2021-04-12
DYP sürücülərə müraciət etdi
SEÇMƏ

DYP sürücülərə müraciət etdi

2021-04-10
Daha bir məktəb koronavirusa görə bağlandı
SEÇMƏ

Məktəblər hansı şərtlərlə açıla bilər? (VİDEO)

2021-04-10
İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi
SEÇMƏ

İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi

2021-04-09
İqtisadçı alim: “Uşaq pulu qayğı deyil, uşaqların haqqıdır”
SEÇMƏ

İqtisadçı alim: “Uşaq pulu qayğı deyil, uşaqların haqqıdır”

2021-04-06
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

İlham Əliyev: “İtaliya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcək”

İlham Əliyev: “İtaliya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcək”

2021-04-13
“Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir? – Rövşən Rzayevin tender oyunları

“Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir? – Rövşən Rzayevin tender oyunları

2021-04-13
  • Reportyor.İnfo

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Rəsmi
  • Sosial
  • Araşdırma
  • Kriminal
  • Təhsil
  • Əyalət
Nəticə yoxdur
Bütün nəticələrə bax

© 2020 Reportyor.info.