“The Wall Street Journal” qəzetinin Moskva bürosunun müxbiri, ABŞ vətəndaşı Evan Qerşkoviçə görə ABŞ Rusiyaya reaksiya verib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi verdiyi açıqlamada Gerşkoviçin həbs müddətinin üç ay uzadılmasının məsuliyyətsiz və qəbuledilməz olduğunu bildirib.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən martın 30-da Yekaterinburqda ordunun Rusiyadakı sənaye kompleksi ilə bağlı məlumat topladığı səbəbilə saxlanılan Gerşkoviçin mayın 23-də çıxardığı məhkəmə qərarı ilə 30 avqusta qədər müddət uzadılıb.