10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vüsal Novruzovun “brilyant əl” dosyesi: Eldar Mahmudov və FHN məmuru ilə qızıl biznesi generalı bitirir…

07 Noyabr 2018, 10:04
Gündəm, Araşdırma
A A
Vüsal Novruzovun “brilyant əl” dosyesi: Eldar Mahmudov və FHN məmuru ilə qızıl biznesi generalı bitirir…

..Nə sirri xudadırsa, ardıcıl olaraq brilyant alverçiləri bir-bir yaxalanırlar. Ötən gün Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları külli miqdarda brilyant qaşların gömrük nəzarətindən gizli şəkildə ölkəyə gətirilməsinin qarşısı alıb.
Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı İsmayılov Aqil Əsfəndiyar oğluna məxsus əl yükü gömrükçülərin diqqətindən yayınmayıb.
Noyabrın 3-də isə İstanbul-Bakı aviareysinin sərnişini, Türkiyə Respublikası vətəndaşı Ecer Bilaldan gömrük nəzarətindən gizlədilmiş, qablaşdırma ilə birlikdə ümumi çəkisi 95 qram olan 2638 ədəd brilyant qaşlar aşkar olunub.
 
Aeroportda iki əməliyyatın sirri
 
Anaxeber.İnfo-nun Araşdırma Qrupu yazır ki, bütün bunlar Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana qızıl-brilyant zinət əşyaları gətirib satan dörd qadının Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük generalı Vüsal Novruzovun sürücüsü tərəfindən iri məbləğdə aldadılması xəbəri ilə eyni vaxta təsadüf edir.
Bu hadisələr arasında bağlılıq olmaya bilər. Lakin qadınların mətbuata şikayət etməsinin ardınca aeroportda iki əməliyyat keçirilib və gizli yolla daş-qaş gətirənlər saxlanılıbsa, müəyyən şübhələrə yol açır.
Qadınların şikayətinə əsasən generalın ailə üzvlərinin sürücüsü Nəcəf Nəsirli öz rəisinin adından onlardan 615 min dollarlıq zinət əşyaları alıb və pulunu verməyib.
İstisna deyil ki, yaxalanan şəxlərin də sabiq gömrük rəisi ilə hansısa brilyant bazarlığı olacağı barədə gömrük orqanlarına səhih məlumatlar daxil olub.
Vüsal Novruzov isə məsələylə bağlı açıqlama verərək bu qalmaqala aidiyyatının olmadığını bəyan edib. Şübhəsiz ki, buna uşaq da inanmaz.
Ona görə ki, V.Novruzovun sürücüsünün daş-qaş nəyinə lazımdır, onun bu imkanları hardan ola bilər. Ən əsası – qadınlar niyə yalan danışsınlar ki?!
Vüsal Novruzovla Eldar Mahmudov və Rəfail Mirzəyevin qızıl biznesi…
Digər tərəfdən, Anaxeber.info ötən il V.Novruzovla bağlı olduqca qalmaqallı bir faktı xatıradaraq, brilyant alverçisi olan həmin qadınların ittihamının nə dərəcədə inandırıcı olub-olmadığı ehtimalını gücləndirməyə çalışıb.
Söhbət iş adamı Tural Bayraməliyevin ölkə prezidenti İlham Əliyevə müraciətindən gedir. Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Şadiyə Salehli ölkə mətbuatına bildirmişdi ki, T.Bayraməliyev şərikli biznes qurmaq adı ilə onu aldadıb və 405 min ABŞ dollar məbləğində pulunu alıb.
Ş.Salehli sabiq komitə sədri Aydın Əliyevin baldızıdır və onunla əri ilə V.Novruzov arasında biznes ortaqlığı olub. Novruzov Bayraməliyəvi təhdid etmişdi. Yəni, V.Novruzovun adının pul skandalında hallanması ilk hal deyil.
Vüsal Novruzovun qızıl-brilyant alveri ilə məşğul olması haqda bir müddət əvvəl mediada yazılıb. Onun bu işdə sabiq MTN rəhbəri Eldar Mahmudovla şərikli fəaliyyəti haqda da məlumatlar yayılıb.
Onun fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyevlə şərikliyi var. Onlar birlikdə qızıl-brilyant alverilə məşğul olurlar. Rəfail Mirzəyevin Bakıda qızıl mağazaları var, ailə üzvləri tərəfindən idarə olunur.
Vüsal Novruzov isə təbii olaraq bu məsələdə gömrük proseslərinə nəzarət edir. Yəni, generalın “mənim qızıl-brilyant biznesim yoxdur” deməsi doğrudur, çünki birbaşa özünün deyil, şəriklidir. Ümumiyyətlə isə V.Novruzovla R.Mirzəyevin bir çox sahələrdə şərikli işləri var.
Generalın sürücüsü tərəfindən aldadılanlar Gülarə Əliyeva, Bağda Hacıyeva, Naibə Nəcəfova və Aytən İbrahimovadır. Qadınlar deyirlər ki, Nəcəf Nəsirli ilə onların arasında qızıl-brillyant alış-verişi 2013-cü ildən başlamışdı.
Sürücü qadınlardan öz şefi üçün vaxtaşırı olaraq hərəsinin qiyməti on minlərlə dollar olan bir neçə zinət əşyası-qolbaqlar, boyunbağılar, üzüklər, sırğalar və s. alaraq aparıb. Rəisin bəyəndiklərinin pulunu gətirib, bəyənmədiklərini isə geri qaytarırmış.
Belə aydın olur ki, Novruzov bu daş-qaşı təkcə ailə üzvlərinə hədiyyə almayıb, həm də Mirzəyevlə olan şərikli qızıl dükanlarına transfer edərək orada satıb. Amma qadınların pulları batıb.
Günlərin birində Aytən İbrahimova istirahət üçün Bodrumda olanda təsadüfən V.Novruzovun ailə üzvləri ilə “Rixos” oteldə rastlaşıb. Deyir ki, generalın ailə üzvlərinə N.Nəsirli sürücü kimi xidmət etdiyi üçün onlarla müəyyən tanışlıqları var idi.
Bu qarşılaşma zamanı məlum olub ki, sürücünün qadınlardan aldığı və pulunu vermədiyi qızıl-zinət əşyalarından bəziləri generalın ailə üzvlərinin üzərindədir. İndi gömrük generalının nə işlərlə məşğul olduğu tam aydınlaşır.
Qadınların şikayətinin ardınca deputatın ittihamı
 
Anaxeber.info yazır ki, bu şikayətlər ictimailəşdiyi, mediada tirajlandığı ərəfədə deputat Vahid Əhmədov sensasion bir çıxış edir. Millət vəkili ötən dövr ərzində Gömrük Komitəsində 27 milyard manatın mənimsənildiyini açıqlayır və bu faktı hüquq-mühafizə orqanlarının araşdırmalı olduğunu söyləyir. Onun açıqlaması ciddi rezonans doğurur.
Doğrudur, bu vəsaitlərin 27 il ərzində yoxa çıxdığını bildirən deputat özü də yaxşı bilir ki, 1991-ci ildə, eləcə də keçid dövründə ölkənin o qədər böyük maliyyıə imkanları olmayıb. Deməli, gömrükdən oğurlanan pulların böyük məbləği son illərə təsadüf edir.
Bu halda 27 milyardın silinməsi keçmiş gömrük rəhbərliyinə diqqəti yönəldir. Millət vəkilinin sözlərindən də belə çıxır ki, prokurorluq sabiq gömrük rəisi Aydın Əliyev, Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi Vüsal Novruzovun fəaliyyətini araşdırmalıdır.
Sirr deyil ki, V.Novruzov A.Əliyevin patronajlığı altında gömrükdə inhisarçılıq yaratmışdı. Ölkəyə gətirilən avtomobillərin qeydiyyatı zamanı bir maşının qiyməti qədər rüşvət istənilir və ölkədə ikinci büdcə açılmışdı.
Tək avtomobil deyil, son illərdə brokerlər və gömrük generalları tərəfindən qazanılan kapital bir “katyol”a qoyulurdu və milyonlar müxtəlif istiqamətlərə daşınırdı.
Amma bu qanunsuzluqların və mənimsəmələrin əsas yükü V.Novruzovun üzərinə düşürdü. V.Əhmədovun bu açıqlaması keçmiş gömrük rəhbərliyinin fəaliyyətinin yoxlanılmasına başlanğıc üçün bir mesaj ola bilər.
Qadınların şikayətinin və deputatın açıqlamasının generalın barəsində cinayət işi başlanması üçün əsaslı bir zəmin hazırlandığını istisna etmək olmaz.
Halbuki V.Novruzov revanş hissi ilə alışıb-yanır və yaxın ətrafına tezliklə yüksək bir vəzifəyə təyinat alacağını bildirirmiş.
Generalın bu dezinformasiyaları yaydığı ərəfədə aldığı brilyantların pullarını verməməkdə və gömrükdə 27 milyardın mənimsənilməsində payının olmasında ittiham edilir.
Bəzi saytlarda V.Novruzovun enerji içki bazarının əsas monopolistlərindən olduğu, “Heel” içkisinin ölkə bazarındakı sahibi olması haqda məlumatlar dərc olunub. Belə görünür ki, qısa müddətdə əlindəki bu biznes də itiriləcək.
Onsuz da əsas himayəçilərindən olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qara günləri başlayıb…
Anaxeber.İnfo

Əvvəlki yazı

Şəhid ailələrinin 4-cü etirazı: ”Cənab prezident, cavab ver bizə!”

Sonrakı yazı

“TELEVİZİYALAR “ÜZDƏNİRAQ”ların DƏBDƏBƏLİ HƏYATINI TƏBLİĞ EDİR” – MTRŞ sədrinin müavinindən sərt ittihamlar + VİDEO

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.