31-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Siyasət
A A
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədri olaraq, Rusiyada baş verən narahatedici hadisələrlə əlaqədar Azərbaycan xalqı ilə səmimi həmrəyliyimi bildirirəm.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında, Ukrayna Ali Radasının Azərbaycan Milli Məclisi ilə İşçi Qrupunun rəhbəri Volodimir Kreydenko deyib.

O qeyd edib ki, artıq uzun illərdir Rusiya təcavüzünə qarşı mübarizə aparan Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür.

“Rusiyada azərbaycanlılara qarşı zorakılığın, ayrı-seçkiliyin və hüquq pozuntularının hər hansı formasını qətiyyətlə pisləyirəm. Bu cür hərəkətlər sivil dünyada qəbuledilməzdir və beynəlxalq hüquq normalarına kobud şəkildə ziddir. Bu repressiyalar Rusiya və hüququn bir araya sığmadığının daha bir sübutudur. Kreml rejimi üçün başqa xalqların həyatı heç bir dəyər daşımır. Rusiya əzəldən başqalarının ləyaqətini alçaldaraq, insanları imperiya məqsədləri üçün resurs kimi istifadə edib. Belə bir vəziyyətdə xalqlarımız arasında dəstək əlaqələrini gücləndirmək xüsusilə vacibdir. Hər gün təkcə öz azadlığını deyil, həm də bütün demokratik dünyanın təhlükəsizliyini qoruyan Ukrayna, öz tərəfdaşlarının – o cümlədən, ədalətsizliyə və xarici təzyiqə qarşı mübarizədə acı təcrübəsi olan Azərbaycan xalqının həmrəyliyinə ümid edir”, – V.Kreydenko vurğulayıb.

Ali Radanın üzvü əlavə edib ki, bu gün Azərbaycan tərəfindən Ukraynaya humanitar dəstəyin gücləndirilməsi hər zamankından daha aktualdır:

“Söhbət zərər çəkmiş ailələrə yardım, zəruri malların, dərmanların, generatorların tədarükü, həmçinin həyati əhəmiyyətli infrastrukturun bərpasında iştirakdan gedir. Bu cür yardım təkcə ümumi qələbəyə praktik töhfə deyil, həm də ölkələrimiz arasında qardaşlıq və strateji tərəfdaşlığın səmimi təzahürü olacaq.

Totalitarizmə qarşı mübarizədə bizə birgə fəaliyyət və birlik lazımdır. İndi həmrəylik haqqında danışmaq vaxtı deyil – fəaliyyət göstərmək vaxtıdır. Biz hər bir dəstək jestini yüksək qiymətləndiririk və əminik ki, Azərbaycan həqiqət, ləyaqət və azadlıq tərəfində bizimlə birlikdədir.

Əminəm ki, Azərbaycan xalqı bu çağırışları ləyaqətlə keçəcək və dövlətlərimiz arasında əməkdaşlıq regionda və dünyada ümumi dəyərlərin müdafiəsində daha da güclənəcək”.

Əvvəlki yazı

Ərdoğan Azərbaycana gələcək

Sonrakı yazı

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.