10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vitse-spiker niyə adi bir məmura çevrildi?

09 İyul 2024, 10:46
Gündəm, Manşet
A A
Vitse-spiker niyə adi bir məmura çevrildi?

Azərbaycan hakimiyyətinin nadir qərarlarındandır ki, vitse-spiker şəhərin bir regionuna icra hakimi göndərilir. Yəni qanunverici orqandakı mühüm postdan icraedici orqana rəhbər getmək şübhəsiz ki, ciddi karyera enişi sayıla bilər. Parlamentin özünü buraxmasından sonra təyin edilən növbədənkənar seçkilərdə imza toplanmasına qədər Adil Əliyev vitse-spiker vəzifəsini tutur, iyulun 13-dək…

Amma iqtidar spontan bir qərar verdi və gözlənilmədən Adil Əliyev imzalanan sərəncamla seçkilərdə iştirak haqqından məhrum edildi, bir rayon rəhbəri təyin edildi. İndi o, siyasi bir post tutmur, vitse-spiker deyil, paytaxtın ən problemli yerlərindən biri olan Suraxanı rayonunda icra başçısı fəaliyyətinə başlayır. Bu qərarın verilməsini iki amillə əlaqələndirənlər var: onun spiker olmaq ambisiyası, ikincisi, gələcəkdə daha yüksək eşelonda təmsil olunmaq – nazir postlarından birinə təyinat almaq istəyi. Suraxanı İH başçısı təyin olunmaqla Adil Əliyevin hər iki iddiaları aradan qalxdı. Bundan sonra çətin ki, ona daha yüksək vəzifə versinlər. Harada görünüb ki, icra başçısı sonradan irəli çəkilərək nazir, komitə sədri kimi iri ranqlı vəzifələrə təyin olunsun?!

Üstəlik, indi icra başçılarının səlahiyyətlərinin, reputasiyasının, imicinin nədən ibarət olduğu bilirik. Hazırda İH-lər lazımsız idarəetmə orqanına çevrilib, bir sıra funksiyaları əllərindən alınıb, başçıların əksəriyyəti torpaq satmaq, obyekt tikməyə icazə vermək kimi işlərlə məşğuldur. Yəni heç də yaxşı imicə malik deyillər. Və Adil Əliyev kimi siyasi post tutan şəxsin belə bir çirkaba bulaşmış struktura gətirilməsi onun adi bir məmura çevrilməsi ilə nəticələndi.

 

Belə desək, Adil Əliyev karyera yüksəlişində bundan qabağa gedə bilməyəcək. O baxımdan bəzi müşahidəçilər sabiq vitse-spikerin mövqeyinin zəiflədildiyi qənaətindədirlər. Hər halda, Adil Əliyev də öz içində hesablaşır ki, daha yüksək vəzifələrə iddialı olduğu bir zamanda, onu Suraxanı kimi yerə başçı göndərirlərsə, deməli, belə istəyiblər…

Sözsüz ki, onun üçün icra başçısı kimi Suraxanıda geniş imkanlar olacaq, amma Adil Əliyevin varlanmağa nə ehtiyacı var?! Çünki özü səxavətli, əliaçıq adamdır. Onun üçün mühüm olan gördüyü işlər qarşılığında daha yüksək vəzifəyə layiq görülmək idi. İnsafən, Adil Əliyev həm deputat, həm aktiv bir ictimai şəxs, həm idmançılara hər zaman dəstək duran insan kimi təqdir oluna bilər. O, çoxlarından fərqli olaraq həmişə vətəndaşları dinləyib, seçicilərlə maraqlanıb, problemlərinin həllinə gücü çatan köməklik göstərib, şəhid ailələri və qazilərin həmişə yanında olub.

Eyni zamanda, demək lazımdır ki, mətbuata açıq, jurnalistlərə təmas quran, onların açıq suallarını cavablandıran deputatlardan olub. Ümumiyyətlə, təxminən 20 il deputat mandatı daşıyan Adil Əliyevin son illərdəki fəaliyyəti daha çox onun siyasi persona kimi formalaşmasını önə çəkirdi. O, iddialı adamdır. Bu mənada, icra strukturuna göndərilməsini onun karyerasında ciddi eniş nöqtəsi hesab edənlər var.

Əvvəlki yazı

Ceyhun Bayramov NATO sammitinə yollandı

Sonrakı yazı

“Veysəloğlu” alqı-satqı davalarında – Məhkəmə işi

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.