09-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Vilayət Eyvazov Ramil Usubovun iş üslubuna,bələd olan bir insandır”

21 İyun 2019, 19:39
Seçmə, Banner
A A
“Vilayət Eyvazov Ramil Usubovun iş üslubuna,bələd olan bir insandır”

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamına əsasən Vilayət Eyvazov Daxili işlər naziri təyin olundu. Reportyor.info xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə yeni təyinatla bağlı “Yeni Sabah”a münasibətini bildirib. O qeyd edib ki, bu təyinat məqsədəuyğundur: “Əvvəla qeyd edim ki, Vilayət Eyvazov uzun illərdir daxili işlər orqanlarında çalışır. Tamamilə Ramil Usubovun yetirməsidir. O, Ramil müəllimin iş üslubuna, keyfiyyətinə, təşkilatçılığına bələd olan bir insandır. Hesab edirəm ki, onun Daxili işlər naziri təyin olunması olduqca məqsədəuyğun idi.

Çünki o, polis strukturunu və əməkdaşlarını yaxından tanıyan biridir. Kənar adamın ora təyin olunması müəyyən çətinliklər yaradardı. Çünki ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasının ağır yükü həmişə polisin çiynində olub. Təbii ki, hüquq-mühafizə orqanlarının, təhlükəsizlik xidmətinin də, amma ictimai asayişdən söhbət gedirsə, həmişə polisin çiynində olub. Ona görə, bu qurumlar içində yaxından tanış olan və müəyyən idarəçiliyə və nüfuza malik olan şəxsin təyin olunması və təyinatın Vilayət müəllimin şəxsində olması məqsədəuyğundur.

Hesab edirəm ki, cənab Prezident ölkədə yeni islahatların başlanğıcı siqnalını verib. Bununla bağlı fərman və sərəncamlar verir. Aprel ayının 3-də məhkəmə hüquq sahəsində islahatların daha da dərinləşdirilməsi ilə bağlı fərmanla bağlı, həm də kadr islahatlarının aparılması vacibdir. O cümlədən, yeni kadr islahatı həm Dövlət Təhlükəsizlik Xidmətinə Əli Nağıyevin təyin olunması, həm Daxili işlər naziri kimi Vilayət müəllimin, həm də Mədət müəllimin başqa sahəyə təyini bu islahatların tərkib hissəsidir.

Məncə, Vilayət Eyvazov daxili işlər orqanlarında yeni islahatın aparılması mərhələsinin başlanğıcını qoyacaq. O mənada demirəm ki, bu orqanlarda hansısa qüsurlar var idi. Ancaq günün tələblərinə uyğun, Ramil Usubovun apardığı islahatların davamçısı olaraq bu sahədə sözünü deyəcək”.

Deputat bu sahədə hansı dəyişikliklərə ehtiyac olduğundan da danışıb: “Birincisi, arzu edərdim ki, daxili işlər orqanlarında yeni təyin olunmuş rəhbər şəxslərdən sonra həmin idarə və şöbələrdə digər əməkdaşların yerdəyişmələrinə və təyin olunan rəisin öz adamlarının o yerə, rəhbərlik etdiyi quruma gətirilməsinə son qoyulsun. Yəni rəis təyin olunduqdan dərhal sonra tutaq ki, rayon polis idarəsinin  rəisi müəyyən adamları şöbə rəisi və müavinləri, digər vəzifəli şəxslərin yerlərinin dəyişdirilməsinə çalışır. Belə hesab edirəm ki, bu lazım deyil. Çox istəyərdim ki, Vilayət müəllim bu sahədə olan müəyyən məqamları artıq dayandırsın. Hansısa rəhbər şəxs işindəki nöqsanlara görə vəzifəsindən kənarlaşdırılmayıbsa, yeri dəyişdirilibsə, onda onun tabeçiliyində olanların yeni təyinatla yerlərinin dəyişdirilməsi, sərəncama göndərilməsi praktikasına son qoyulmalıdır. Bu, polis əməkdaşları arasında müəyyən narazılıqlara səbəb olan məqamlardan biri idi.

Vaxtilə Vilayət Eyvazovla görüşlərimin birində bu məsələni qabartmışdım. Ümumilikdə, Azərbaycan polisi Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması ilə bərabər, həm də ictimai asayişin qorunmasında həmişə olduğu kimi öndə olmalıdır və olacaqlar. Həm də keçmiş Daxili işlər naziri Ramil Usubov kimi müəyyən insanlar üçün əlçatan olmalıdır. Millət vəkilləri olaraq həmişə Ramil müəllimlə əlaqədə ola bilirdik. Digər qurumların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, redaktorlar üçün də Ramil müəllim əlçatan idi. Bu praktikanın davamlı olmasını arzu edərdim.

Ümumilikdə, cənab Prezidentin qarşıya qoyduğu müəyyən tələbləri hələ bilmirik, praktikada görəcəyik. Hesab edirəm ki bu tələblərin yerinə yetirilməsində Vilayət müəllim öz peşəkarlığı, savadı, nüfuzu və  şəxsi keyfiyyəti ilə öndə olan nazirlərdən biri olacaq. Ona uğurlar arzu edirəm”.

DYP ilə bağlı narazılıqlara gəldikdə Ç.Qənizadə qeyd edib ki, Dövlət Yol Polisinin əməkdaşlarının son illərdəki davranışı, insanlarla münasibəti və əsassız yerə insanların saxlanması ilə bağlı hər hansı xoşagəlməz halların azalması və sıfıra enməsinə görə, DYP ilə bağlı neqativ fikirlər söyləmək düzgün deyil: “Çünki onlar da gecə-gündüz iş başındadırlar. Şəhərdə, yollarda bizim müəyyən təhlükəsizliyimizi qoruyurlar. Daxili işlər orqanları böyük bir qurumdur. Say etibari ilə insanlarla işləyən, həm də kəmiyyət və keyfiyyətcə insanlarla daha çox təmasda olurlar. Müəyyən narazılıqlar ola bilər, amma bu narazılıqlar əsaslı deyilsə, dərhal buna reaksiya verib, tənqidi mövqedən çıxış etmək düzgün olmazdı.

Mayın 30-da parlamentdə çıxışımda da yol polisinə Avro Liqanın final oyunundan əvvəl və sonrakı günlərdə ictimai asayişi yüksək keyfiyyətdə qoruduqlarına görə təşəkkür etdim. Eyni zamanda  qeyd etdim ki, Azərbaycan polisi ölkədə sabitliyin qorunmasında həmişə olduğu kimi profesional şəkildə bir daha bu işin öhdəsidən gəlməyə qadir olduqlarını sübut etdilər. Bir vətəndaş kimi arzu edirəm ki, ölkəmizdə  ictimai-siyasi sabitlik olsun”.

Əvvəlki yazı

PREZİDENT “DÖYÜŞ KOMANDASI”NI SƏDAQƏTLİ PEŞƏKARLARDAN FORMALAŞDIRIR –Əliyev yenə gözlənilənləri gözlənilməzə çevirdi – TƏHLİL

Sonrakı yazı

Famil Mustafayev Ali Attestasiya Komissiyasının sədri təyin edilib

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

09 Sentyabr 2025, 13:20
Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

09 Sentyabr 2025, 13:18
Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.