Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifədən azad edilib.
Reportyor.info-nun Qafqazinfo-ya istinadən məlumatına görə, daxili işlər naziri, general polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədov vəzifədən azad edilib. O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Məlumatı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiq ediblər.




















