22-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

VİDADİ ZEYNALOV və DOSTLARI NİYƏ HƏBSDƏN BURAXILMADI? – Sensasiyalı səbəb

21 Oktyabr 2018, 10:41
Gündəm
A A
VİDADİ ZEYNALOV və DOSTLARI NİYƏ HƏBSDƏN BURAXILMADI? – Sensasiyalı səbəb

Oktyabrın 19-da Ali Məhkəmədə o vaxt Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanan (RYTN) qurumun Aparat rəhbəri olmuş Vidadi Zeynalov və digərlərinin barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilməli idi. Amma “report”un xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən proses baş tutmayıb.

Prosesin noyabrın 28-dək təxirə salındığı deyilir. “Yeni Müsavat”ın özəl mənbələrdən əldə etdiyi bilgiyə görə, Ali Məhkəmədə prosesin təxirə salınmasına səbəb bu işə cəmiyyətin xüsusi diqqətidir. Məlumdur ki, hazırda MTN işi üzrə tutulanların da apelyasiya şikayətinə baxılmasına başlanıb. Saytlarda “MTN generalları, Eldar Mahmudovun quldurları azadlığa buraxılır” kimi xəbərlər yayılır.

“Rabitə işi”də MTN-dəki həbslərlə bağlı olduğu üçün Ali Məhkəmədəki prosesə də diqqət böyükdür. Yada salaq ki, Ali Məhkəmədə şikayətinə baxılanlar sırasında E.Mahmudovun yaxın adamı Beytulla Hüseynov da var, onun da azadlığa buraxılacağı ilə bağlı bir neçə gün əvvəldə müxtəlif xəbərlər yayılıb. Mənbəmiz deyib ki, böyük ehtimalla bu səbəbdən “Rabitə işi”nin baxılması daha bir ay uzaldılıb ki, səs-küy azalsın.

Qeyd edək ki, V.Zeynalov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynovun hər biri 13 il müddətinə azadlıqdan məhrum edilib.

2017-ci ilin iyununda V.Zeynalovun vəkili müdafiə etdiyin şəxsin dövlətə vurduğu ziyanın 2 milyon 200 minini ödədiyini deyib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin ailəsi yaşadığı mənzili satılıb və dövlətə 2 milyon 200 min manat ödəniş edilib. V.Zeynalovun bundan sonra daha 4 milyon manat borcu qalıb. Elə həmin ay sabiq Aparat rəhbərinin yerdə qalan borcları da banka keçirdiyi barədə xəbər yayılıb. Bununla da o, ittihamda göstərilən təxminən 7 milyon manatadək borcu tam ödəmiş olub.

Bakı Apelyasiya Məhkəməsi ötən ilin noyabrında bu iş üzrə apelyasiya şikayətinə baxıb. Vidadi Zeynalov həmin prosesdə qısa çıxış edib. O bildirib ki, qanun qarşısında heç bir günahı yoxdur. Qərara görə, Vidadi Zeynalovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 4 ilə endirilib.

rabite

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.

“Optik Qurğular” İdarəsinin sabiq rəisi Namazalı Məmmədova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Digər həbsdə olan təqsirləndirilənlər – Birliyin sabiq baş mühasibi Anar Mustafayev və Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədova da şərti cəza verilib, onlar da məhkəmə zalından azadlığa buraxılıb.

“Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevin də apelyasiya şikayəti təmin edilib və onun barəsində şərti cəza təyin edilib. O, azadlığa buraxılıb.

Qeyd edək ki, mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən V.Zeynalovun ümumilikdə 67 əmlakına həbs qoyulub. Ümumi dəyəri 43 milyon manatdan çox olan 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının, həyat yoldaşının, bacısının və digər yaxınlarının adına olub.

V.Zeynalovun 13 il həbs cəzası aldığı məhkəmədə də dediyi son sözlər maraq doğurmuşdu. O, məhkəmə ittihamını deyil, səhvini qəbul etdiyini etiraf edib: “Mən səhvimə görə cəza çəkirəm. Allah məni bağışlasın. İttihamları qəbul edə bilmərəm. Cəzamı çəkməyə hazıram. Son sözümü atalar sözü ilə bitirmək istəyirəm: ”Elə adamın yükünü daşı ki, bir gün yıxılsan, yükünü daşısın”.

V.Zeynalov onu da demişdi ki, həmişə dövlətə sadiq olub: “Sədaqətim hamıya məlumdur. Bundan sonra da belə olacaq. Həbsxana həyatı mənim üçün bioloji ölümdür”. V.Zeynalovun sonda ölkə prezidenti İlham Əliyevdən əfv istədiyi bildirmişdi.

Əvvəlki yazı

ETSN:”Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib”

Sonrakı yazı

“Bu hökuməti Qarabağ maraqlandırmır…”

Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.