Aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində dava düşüb.
Axşam.az-ın məlumatına görə, qardaşını axtarmaq üçün proqrama gələn meyxanaçı Samirə Yusifqızı ilə digər qonaq arasında gərgin anlar yaşanıb.
Qızını axtarmağa gələn Arzu adlı xanımın sözlərinə müdaxilə edən sənətçi sərt cavab alıb. O, Samirəyə “Sənin də itkin var. Qardaşını, mən də balamı axtarıram. Mənə qarşı qərəzli davranırsan” deyərək onu susdurmağa çalışıb.
Samirə isə “Burada mənim danışmağa ixtiyarım var, ekspertəm” cavabını vedrib.
Həmin kadrların yer aldığı videonu təqdim edirik: