13-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vergilər Nazirliyinin məmurları “OMAKS-3″ MTK rəhbərliyini necə həbs etdirdi?

28 Dekabr 2022, 11:31
Cəmiyyət
A A
Vergilər Nazirliyinin məmurları “OMAKS-3″ MTK rəhbərliyini necə həbs etdirdi?

Namazov Tapdıq Namaz oğlu 26 avqust 2019 tarixində Cinayət Məcəlləsinin 178.3.2 , 179 3.2 , 308.2 və 313 -cü maddələr əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il müddətinə Azadlıqdan məhrum edilib. Təqsirləndirlilən şəxs qərardan Apellyasiya məhkəməsinə şikayət versə də, məhkəmə qərarı qüvvədə saxlamayıb, verilən cəzaya daha 6 ay əlavə edərək 10 il 6 ay müddətinə həbs cəzası verib.

“Azərbaycan Reallığı” xəbər verir ki, 27 dekabrda təqsirləndirlilən şəxsin rəsmi nümayəndəsi Nəsibov Mübariz Məsim oğlu eləcə də təqsirləndirlilən şəxsin bacıları Qəmbərova Zemfira Bəhmən qızı, Hüseynova Adilə Bəhmən qızı və oğlu Namazov Polad Tapdıq oğlu mətbuat konfransı keçirərək Namazov Tapdıq Namaz oğlunun məhkəmə prosesinə düzgün baxılmadığını və prosesə naməlum şəxslər tərəfindən müdaxilə edildiyini açıqlayıblar.

Mətbuat konfransında giriş sözü alan təqsirləndirlilən şəxsin rəsmi nümayəndəsi Nəsibov Mübariz bildirib ki, istər Bakı Ağır Cinayətlər məhkəməsində, istərsə də Apellyasiya məhkəməsində işə obyektiv baxılmayıb: 

“Apellyasiya məhkəməsindən sonra iş Azərbaycan Respublikası Ali məhkəməsinin mülki kollegiyasında baxılmış, mülki kollegiya Apellyasiya məhkəməsinin qərarını ləvğ edərək işə yenidən baxılması üçün işi yenidən Apelyasiya məhkəməsinə qaytarmışdır. 29 Dekabrda Bakı Apellyasiya məhkəməsində bu iş üzrə yekun qərarın çıxarılacağı gözlənilir. İşin faktiki halları bundan ibarətdir ki, guya T. Namazov 19 nəfərdən külli miqdarda pul alaraq  inşa etdiyi binada təyinatı üzrə xərcləməyərək onları aldadıb. Əslində məsələ bundan ibarətdir ki,T. Namazov hələ 2004-cü ildən həbsdə olub. 2013-cü ildə həbsdən buraxılıb. Onun böyük oğlu Emin Namazov 2008-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçməklə “OMaKS-3 MKT”şirkətini yaradaraq daşınmaz əmlak tikintisnə başlamışdır.

Bu işin isə T. Namazova aidiyyatı olmadığı halda guya bağlanmış müqavilələrin onun imzası ilə bağlandığı bildirilərək böhtana məruz qalıb. Əslində məsələ burasındadır ki, Vergilər Nazirliyində şöbə müdiri işləyən iki şəxs Natiq Əliyev və  Mahir Xudiyev binanı ələ keçirmək üçün öz adamları vasitəsilə məhkəməyə şikayət ediblər. Belə ki, şikayət edən 19 nəfərin 14-ü bu iki şəxsin adamı olub. Onlar öz adamlarının adına binadan ev götürüb evləri kvadratmetri 450 manatdan 26 evi öz adlarına rəsmiləşdirməyə nail olublar. Evlərin bu adamlara ucuz verilməsinin səbəbi isə həmin 2 şəxsin  binanın tikinməsində maddi vəsaiti kömək olaraq veriblər. 2015-ci ildə binanın tikintisinə maddi vəsait çatmadığı üçün tikinti yarımçıq dayandırıldığından onlar binanı ələ keçirmək məqsədi ilə Baş Prokurorluğun yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət ediblər. Orda o vaxtkı korrupsiya ilə mübarizə idarəsinin birinci müavini İlqar müəllim vasitəsilə qondarma ittihamlarla N.Tapdığın həbsinə nail olublar. Guya ki, vətəndaşlar tərəfindən T. Namazov tərəfindən alınan 2 milyona yaxın vəsaitin 450 minə yaxın manatın xərclənilməsi haqqında qərar çıxarılmasına nail olublar.

Təqsirləndirlilən şəxsin nümayəndəsi həmçinin bildirib ki, binanın tikintisinə təxminən 6 milyondan yuxarı vəsait xərcləndiyi üçün hər hansı dələduzluqdan söhbət gedə bilməz: 

“Məhkəmədə məlum olub ki, binanın tikintisinə təxminən 4 milyondan yuxarı vəsait xərclənilib. Nəzərə alsaq ki, yerin alınması, bəzi yuxarı dairələrə müəyyən vəsaitin ödənilməsi eləcə də o vaxtkı mer Hacıbala Abutalıbova yerin götürülməsi üçün ödənilən yüksək miqdarda pulları da nəzərə alsaq 6 milyondan çox vəsait xərclənilib. Təqsirləndirlilən şəxsin ailəsi, bacıları və oğlu baş prokurorluğa, ölkə prezidentinə və xanımına müraciət ünvanlayaraq işə yenidən baxılmasını xaiş edir, Vergilər Nazirliyində indiyə qədər çalışan Natiq Əliyev və Mahir Xudiyevin əməllərinə görə ölçü götürülməsini xaiş edir. Belə ki, T. Namazov bir qrup şəxsin məhkəməyə müdaxiləsi nəticəsində hələ də həbsdədir.

Bundan başqa onu deyə bilərəm ki, bu prosesdə 178-ci maddədən söhbət belə gedə bilməz. Çünki həmin maddə bundan ibarətdir ki,bir qrup şəxslə qabaqcadan əlbir olaraq başqasının əmlakını ələ keçirməyə səy göstərmisən. İşin mahiyyətinə baxdığımızda məlum olur ki, burda bina demək olar ki, tikilib və heç kəsin əmlakını ələ keçirməkdən söhbət gedə bilməz. Əgər bu adamın elə bir məqsədi olsaydı bu boyda binanı inşa etməzdi.”

M. Nəsibov ölkə ictimaiyyətini bu məsələnin diqqətdə saxlanılmasını xaiş edərək növbəti məhkəmə prosesində işə obyektiv baxılmasını xaiş edərək bildirib ki, hakimdən obyektiv qərar çıxarılacağına ümid edir. T. Namazovun ailəsi də məhkəmə heyətindən işə ciddi yanaşılmasını və heç bir dələduzluq faktının aşkar olmadığı bu prosesdə obyektiv qərar çıxarılmasını tələb ediblər.

 

 

 

Əvvəlki yazı

GƏNCƏ REGİONAL KOLLECİNDƏ VASİF TALIBOV REJİMİ: DİREKTOR AİLƏ ŞİRKƏTİ AÇIB, SURƏT HÜSEYNOVUN ADAMININ BACISI PUL YIĞIR – ŞOK DOSYE

Sonrakı yazı

Prezident yeni DOST Mərkəzinin açılışı

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.