11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

VERGİDƏN YAYINDIRILAN MİLYONLAR VƏ… – “Sərraf Məmmədzadənin özü boğaza qədər zibilin içindədir”

21 May 2019, 14:43
Banner
A A
VERGİDƏN YAYINDIRILAN MİLYONLAR VƏ… – “Sərraf Məmmədzadənin özü boğaza qədər zibilin içindədir”

 

“Keçmiş şəriki, iş adamı Arzuman Əliyevin cinayət təqibi təhlükəsi qarşısında ölkədən didərgin düşməsinin səbəbkarı olan Sərraf Məmmədzadənin özü boğaza qədər zibilin içindədir”.

“AzPolitika.info”-ya müraciət edən və müəyyən səbəblərdən adının çəkilməməsini xahiş edən mənbə belə deyib.
Xatırladaq ki, bu yaxınlarda saytlara müraciət edən iş adamı Arzuman İsa oğlu ƏliyevAzərbaycan Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə axtarışda olduğunu bildirərək, əslində günahsız olduğunu bəyan edib. “Ən başda onu bildirim ki, mən özümü günahkar hesab etmirəm. Belə ki, 2006-2007-ci illərdə mən, mənim uzaq qohumum Sərraf Məmmədzadə və bir neçə il çox yaxın olduğum bir dostum – üçümüz Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) bəzi malları satmaq üçün ortaq işə başladıq. Eyni zamanda, 2006-ci ildə mən öz əmlakımı banklarda girov qoyaraq cəlb etdiyim kredit vəsaitlərinin hesabına bir yaşayış binası tikintisinə başlamağı qərara aldıq. Belə bir razılığa gəldik: mən Sərraf Məmmədzadəni 47% bina tikintisi şirkətinə şərik edirəm, o da məni 50% ARDNŞ ilə işlərə şərik edir. Mən inşaat işini aparıram, o da ARDNŞ-ə boru və digər malların satışlarını təşkil edir” – deyən A.Əliyev qeyd edib ki, elə ARDNŞ-ə mal satışında şəriki Sərraf Məmmədzadənin bəzi öhdəlikləri yerinə yetirməməsi nəticəsində cinayət işi açılıb və onun çox ciddi problemləri yaranıb. Bu səbəbdən ölkədən didərgin düşüb.

Keçmiş şəriklər arasındakı bu çəkişmələrdən məlumatlı olan mənbə bildirib ki, S.Məmmədzadənin özü ciddi maliyyə maxinasiyaları ilə məşğul olub, bu yolla külli miqdarda qazanc əldə etmiş bir adamdır. “Məsələn, faktiki Sərraf Məmmədzadənin mülkiyyəti olan, amma cinayət tərkibindən bir qədər məsafədə durmaq məqsədi ilə kiralıq kasıb-küsubun adına qeyd olunmuş bir tikintidəki vergidən yayınmanın ağlasığmaz miqyasını görmək üçün bəzi rəqəmlərə baxmağımız kifayətdir:
Sahibkarlıq subyekti: “MİDİYA-999” MMC
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi 2527-ci məhəllə, 32A
Tikinti obyektinin göstəriciləri: Mənzillərin ümumi sahəsi – 1 1278kv.m. (layihə üzrə olmalıdır 1 1691 kv.m)
Qeyri yaşayış sahələrinin ümumi sahəsi: 1 575,7 kv.m. (İlkin layihədə olmayıb, vergiyə cəlb olunmayıb)
Qarajların ümumi sahəsi: 876 kv.m. (İlkin layihədə olmayıb, vergiyə cəlb olunmayıb)
Cəmi vergitutmadan yayınmaq məqsədilə gizlədilmiş tikinti sahəsi: 2 038,7kv.m
Vergidən yayınmanın zamanı: 2017-ci ildən bu günə qədər davam edir”.

“Ölkəmizin büdcəsi onun təkcə bu fəaliyyətindən bir neçə yüz min manat zərərə uğradı. Bu pulu biriləri Avropanın “Louis Vuitton”, “Tiffany”, “Buccellati” mağazalarında özündən 30 yaş gənc sevgilisinə hədiyyələrə xərclədi. Dövləti aldadanlar cəzasız qaldı…”

 

Mənbə deyir ki, S.Məmmədzadənin ARDNŞ-lə ticarətində də maliyyə maxinasiyalarının ciddi izləri var. “Diqqət edin, “Petroleim tools and machinery limited” deyilən bir şirkət ARDNŞ-in “Kompleks qazma işləri” trestini məhkəməyə verib, 2018-ci ilin oktyabr ayında bir məhkəmə qərarı əldə edir. Bu qərara görə “Kompleks qazma işləri” tresti “Petroleim tools and machinery limited” şirkətinə 156 000 ABŞ dolları ödəməlidir. Cavabdeh məhkəmə qərarından şikayət vermir və bu pulu dərhal ödəyir. Maraqlı burasıdır ki, bu “Petroleim tools and machinery limited” şirkəti 0% vergili offşor şirkətidir, gözdən pərdə asmaq üçün əlbir olduğu adamların və hətta ARDNŞ-in nə olduğunu bilməyən qadınların adı bu şirkətin direktoru kimi keçsə də, onun əsl sahibi Sərraf Məmmədzadədir”.

Mənbə diqqəti ona yönəldir ki, “Kompleks qazma işləri” trestinin müdiri İsgəndər Şirəli (Bu yaxınlarda işdən çıxarılıb-red.) hətta məhkəmə qərarı rəsmən qüvvəyə minməmiş 155 000 dolları Sərraf Məmmədzadəyə ödəyib, bu isə müəyyən şübhələrə yol açmaya bilməz. ““Kompleks qazma işləri” trestinin illərdir borclu olduğu adamlar var, pullarını ala bilmirlər. Amma məhkəmə qərarı qüvvəyə minmədən Sərraf Məmmədzadənin pulu ödənilir. Bu operativliyin səbəbi nədir?…”

“Sərraf Məmmədzadənin onlarla saxta, onun-bunun adına sənədləşən şirkətlərindən biri də “Nordwind Corporation LLP” olmuşdur. Bu “Nordwind Corporation” şirkəti də 0% vergi rejimli offşor şirkətidir. 2015-ci ildə “Nordwind Corporation” “Kompleks qazma işləri” tresti ilə müqavilə bağlayıb, adı çəkilən trestə 399 000 ABŞ dolları dəyərində bir kran satmağı öhdəsinə götürür. Öhdəliklərə o cümlədən bu kranın quraşdırılıb işə salınması və rels yolunun çəkilməsi də daxil olur. “Nordwind Corporation” 2017-ci ildə bu kranı gətirib “Kompleks qazma işləri” trestinə təhvil verir. Lakin “Kompleks qazma işləri” tresti kran montaj olunmadan, rels yolu hazır olmadan 399 000 ABŞ dollarını Sərraf Məmmədzadənin Türkiyədə bina alıb icarəyə verməkdə ixtisaslaşmış “Matrix group enerji makina gayrımenkul pazarlama ve ticaret” şirkətinə ödəyir.Həmişəki kimi, bu başa çatmamış müqavilənin pulu Sərraf Məmmədzadəyə ödənəndə “Kompleks qazma işləri” trestinin qapısında illərdir qəpik-quruş pulunu gözləyən, Azərbaycanda vergi ödəyən namuslu şirkətlər var idi. Nəyə görə və kimə görə hər məclisdə özünü ARDNŞ-in səlahiyyətli əməkdaşı və ARDNŞ-in rəhbər işçilərinin iş ortağı kimi qələm verən Sərraf Məmmədzadəyə bu pulları bütün qanun və prosedurları pozaraq ödəyirlər – bunu Azərbaycan Respublikası Baş Prokurorluğu araşdırmalıdır” – mənbə əlavə edib.

Mənbə ümid etdiyini bildirib ki, Vergilər Nazirliyi bu sadalananlara biganə qalmayacaq. Belə ki, Azərbaycan mənbələrindən əldə edilmiş gəlirin offşor şirkətlərdə və offşor banklarda gizlədilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.14-1 və 128.1 maddələrinin ən kobud və qəbuledilməz şəkildə pozulması deməkdir. “Bununla yanaşı, təəssüf ki, vergi qaçaqçılığına ortak olmağı Lixtenşteyndə yerləşən Bendura Bank (SWİFT Code HYIBLI22XXX) bir fəliyyət istiqaməti kimi seçmişdir. Bendura Bankın bu vergi qaçaqçılığından əldə edilən pulları leqallaşdırma xidməti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)” prinsiplərinə və 28.01.2016 tarixli “Anti-Tax Avoidance Package EU” normativ sənədinə ziddir və “APCA UK Ltd” şirkətinə qarşı yekunlaşmış Böyük Britaniya məhkəməsinin qərarı və onun yaratdığı məhkəmə praktikası da təsdiq edir”. 

Qeyd edək ki, bu məqalədəki iddialarla bağlı Sərraf Məmmədzadənin mövqeyini öyrənmək cəhdimiz bizə təqdim olunan telefon nömrələri bağlı olduğundan baş tutmadı. Bununla belə, mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.

Əvvəlki yazı

Gəncədə çay evində dava – Polis xəstəxanalıq oldu

Sonrakı yazı

Prezident Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib – FOTOLAR

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.