13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vergi cərimələrinin hesablanması dayandırılır?

23 Aprel 2020, 20:58
Cəmiyyət
A A
Vergi cərimələrinin hesablanması dayandırılır?
Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəşti və tətillərinin verilməsi nəzərdə tutulur. Bununla əlaqədar pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, o cümlədən kiçik və orta sahibkarlığa vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi hazırlanıb.
“Report”un məlumatına görə, mövzunu iqtisadçı ekspert Radil Fətullayev şərh edərək bildirib ki, koronavirus pandemiyasının təsir etdiyi sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri üçün əmlak, torpaq, ödəmə mənbəyində tutulan vergi, eləcə də mənfəət və sadələşdirilmiş vergilərin məbləğlərində əhəmiyyətli azalma, eləcə də vergi ödənişlərində gecikmələrə görə hesablanan faizlərin aradan qaldırılması gözlənilir.
O bildirib ki, koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlər də verilə bilər. Bu güzəştlər vergi ödəyicilərinin vergi və inzibati yükünün azaldılmasını nəzərdə tutur. Həmin güzəştlərdən biri də daşınmaz əmlakların icarəsi ilə bağlıdır. Koronavirus pandemiyası ilə bağlı vergi güzəştlərinin tətbiqi mexanizmləri ilə bağlı artıq təkliflər paketi İqtisadiyyat Nazirliyi və Dövlət Vergi Xidməti tərəfindən açıqlanıb. Vergi ödəyiciləri üçün maraq doğuran vacib məsələlərdən biri onların icarəyə götürdüyü obyektlə bağlı idi.
Obyektləri icarəyə götürən iş adamları pandemiya dövründə öz fəaliyyətlərini ya qismən, ya da tam dayandırmışdı. Bəziləri, məsələn, tibb sektoruna aid olan müəssisələr, marketlər isə hazırda fəaliyyət göstərirlər. Qüvvədə olan qanunvericiliyə əsasən, əmlakların icarəsinə görə vergi ödəyiciləri ödəmə mənbəyində 14 faiz məbləğində vergi ödəməlidirlər. Təkliflər paketində yer alan əsas məqamlardan biri məhz daşınmaz əmlakın icarəsi ilə bağlı ödəmə mənbəyində tutulan verginin 50% azaldılaraq 7%-ə endirilməsidir. Məsələn, 1 000 manat icarə haqqına görə 140 manat vergi ödənilirdisə, artıq bu məbləğin 70 manata endirilməsi təklif olunub.
“Bu güzəştlər vergi ödəyicilərinin vergi və inzibati yükünün azaldılması məqsədi daşıyır və siyahıda mənfəət və gəlir vergisi ödəyiciləri də var. Güzəştlərdən biri mikro sahibkarlıq subyektləri ilə bağlıdır. Vergi Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq, gəlir və mənfəət vergisi ödəyiciləri cari mənfəət vergisi ödənişlərini ildə 4 dəfə hər rübdə həyata keçirirlər. Vergi Məcəlləsinin 151.1-ci maddəsinə görə, onlar hər rüb ötən ilin mənfəət vergisinin 25%-ni ödəməli idilər. 151.2-ci maddədə isə göstərilir ki, dövr ərzində əldə edilən gəlirlərə nisbətdə cari vergi ödəmələri həyata keçirilir. Yeni təkliflərə əsasən, cari vergi ödəmələri ilə bağlı 1 il müddətində güzəştlər tətbiq olunacaq.
Yəni 2019-cu ildən vergi borcu qalan şəxslər üçün həmin borcun ödənilməsi müddəti 2020-ci il sentyabrın 1-dək uzadılacaq. Bildiyimiz kimi, həmin borclar martın 31-dək hesabat veriləndən sonra ödənilməlidir. Əks halda, maliyyə sanksiyası tətbiq olunur. Yeni təkliflərlə həmin sanksiyalar dayandırılacaq və borcların ödənilmə müddəti uzadılacaq. Mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddətinin də 2020-ci ilin 1 sentyabr tarixinədək uzadılması gözlənilir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, 2020-ci ilin birinci rübündə pandemiyanın yayılması ilə əlaqədar bəzi sahibkarlıq subyektlərinin fəaliyyətini dayandırması onların vergi və məcburi dövlət sosial sığorta ödənişlərinə görə borcları yaranıb. Həmin borclara görə onlara qanunvericiliyə uyğun olaraq gündəlik cərimə hesablanmalıdır və təkliflər paketində bu məsələ də nəzərə alınıb. Ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması təklif olunub.
İctimai iaşə sektorunda çalışan sahibkarlar da güzəştlərdən yararlana biləcəklər. Onların, təxminən 90 faizi 8% dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyiciləridirlər və yeni layihədə həmin vergi ödəyicilərinin yükünün 50% azaldılması nəzərdə tutulub. Hazırlanan təkliflər qəbul edilərsə, ictimai iaşə sektorunda tətbiq edilən sadələşdirilmiş verginin məbləği 4 faizə endiriləcək. ƏDV qeydiyyatında olan və ictimai iaşə sahəsində fəaliyyət göstərən şəxslərin 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququ üçün qüvvədə olan müddətin 20 aprel tarixindən 1 sentyabr tarixinədək uzadılması gözlənilir. Bu müddətdə həmin şəxslər sadələşdirilmiş vergi rejiminə keçməkdə sərbəst olacaqlar.
Əvvəlki yazı

Vilayət Eyvazov rəisi işdən çıxardı

Sonrakı yazı

Dünyada 2 544 792 nəfər koronavirusa yoluxdu

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.