Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Manşet

VAŞİNQTON TÜRKİYƏNİ KÜNCƏ SIXIR:iki ölkənin münasibətləri partlayış həddinə çatıb – Təhlil

2019-04-29
in Manşet
0
VAŞİNQTON TÜRKİYƏNİ KÜNCƏ SIXIR:iki ölkənin münasibətləri partlayış həddinə çatıb – Təhlil
0
Paylaşılıb
12
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Stanislav Tarasov

Bənzər Yazılar

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəldi (FOTO)

Azərbaycanda bu şəxslər Prezident, deputat ola bilməyəcək

“Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir? – Rövşən Rzayevin tender oyunları

regnum.ru, 28.04.2019

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bildirib ki, amerikalı həmkarı Donald Trampla ən yaxın vaxtda görüş keçirə bilər. Harada, haçan və hansı formatda – bəlli deyil. Gözlənildiyi kimi, Ağ Evin başçısı 3-5 iyunda Böyük Britaniyaya səfərə yollanacaq, 6 iyunda isə müttəfiq qoşunların Normandiyaya çıxarılmasının 75 illiyi şərəfinə mərasimlərə qatılacağı Fransaya baş çəkəcək.

Yada salaq ki, Ərdoğan Trampın bu il  martın 31-də keçirilən bələdiyyə seçkilərindən sonra Türkiyəyə gəlmək niyyətindən artıq xəbər vermişdi. Türkiyə prezidenti qabaqlar, 2018-ci ilin dekabrında Amerika prezidentini Ankaraya dəvət etmişdi. Ərdoğan CNN telekanalına müsahibədə söyləmişdi ki, “Trampdan Amerikaya gəlmək dəvəti alıb”, amma deyib ki, “öncə onu Türkiyədə gözləyirəm”. ABŞ buna qeyri-müəyəyn reaksiya verərək bildirib ki, “ola bilsin, belə bir səfər baş tutar, amma yalnız 2019-ci il boyunca”, “bu, Amerika prezidentinin plan və proqramlarından asılı olacaq”. Bir sözlə, Tramp Ərdoğanla şəxsi təmasdan qaçır, amma sonuncu hamını əmin edir ki, amerikalı həmkarıyla “bir çox problemləri asanlıqla həl etmək” imkanı verən “çox yaxşı münasibətləri var”. Türkiyə prezidentinin kürəkəni, Türkiyənin maliyyə naziri Berat Albayrak Tramp və Ərdoğan arasında görüşü hazırlamaq üçün məxsusi ABŞ-a uçub. O, Trampın kürəkəni Cared Kuşnerlə danışıqlar apararaq, “Bloomberg”in iddia etdiyi kimi, “Türkiyə və ABŞ-ın qarşılıqlı münasibətlərində var olan problemlərin həllini prezidentlər səviyyəsinə” çıxardıb.

Vaşinqton və Ankara arasında bu yaxınlara qədər əsas maneə Türkiyənin Rusiyanın S-400 zenit raketi kompleksini alması haqda məsələ idi. Amerikalılar buna qarşı qəti çıxış edirlər, amma türklər Rusiya ilə sazişi “baş tutmuş fakt”elan edərək Vaşinqtonun “Patriot” zenit raketi kompleksini almaq üçün onlarla danışıqları sürdürmək niyyətindən imtina etmirlər. Bu arada Tramp administrasiyası sanksiyaların Damokl qılıncını Ankaranın başı üzərində asılı tutub, F-35 təyyarələrini satmaqdan imtina hədəsi gələrək bildirir ki, öz qırıcısının Moskvanın S-400 üzərindən əldə edə biləcəyi texnoloji üstünlüyünü itirməkdən ehtiyat edir. Düzdür, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib ki, Tramp bu günlərdəki telefon danışığında guya S-400 problemini tənzimləmək və F-35-lərin tədarüküylə bağlı məsələni həll etməyə söz verib. Lakin ABŞ vitse-prezidenti Mayk Pens Vaşinqtonda NATO sammitində Türkiyəyə ultimatum verərək Rusiya silahı və NATO-ya üzvlük arasında seçim təklif edib.

Türkiyənin vitse-prezidneti Fuat Oktay Pensə cavab verib: “ABŞ da seçməlidir. Türkiyənin müttəfiqi kimi qalmaq istəyirmi, yoxsa NATO-nun müttəfiqinin düşmənlərdən qorunmasını sarsıdaraq gücünü terrorçularla birləşdirib bizimlə dostluğunu riskə qoymaq istəyir?” Problem təkcə S-400-də deyil. ABŞ və Türkiyənin fikir ayrılıqları son illərdə rəngarəng xarakter almağa başlayıb: Ankara Amerikanın Suriyada kürdlərə dəstəyinə qarşı çıxır, Amerikanın Kiprdə baza qurmaq planları və NATO gəmilərinin Qara dənizdəki iştirakı üzündən gərginlik, Aralıq dənizi bölgəsində Yunanıstan və İsrailə dəstəyi  ona xoş gəlmir. Bütün Yaxın Şərqdə amerikalılarla bağlı xeyli problem göstərilib, özəlliklə Türkiyə İrana basqıya qoşulmağa hazırlaşmır. Ankaranı on illər boyu Avropa Birliyinə qəbul etmir və bölgədə müstəqil geopolitik rol oynamasına mane olurlar.

İndi Tramp 2019-cu il mayın başlanğıcından Tehrandan neft alqısına görə başqa ölkələri Amerika sanksiyalarının təsirindən çıxarmamaq qərarı aldıqdan sonra Türkiyənin daha bir problemi meydana çıxıb: ona İran neftini almaqdan imtina təklif edirlər. Ərdoğan bildirib ki, ABŞ-a boyun əyməyəcək, axı indiki anda Türkiyədə istehlak edilən neftin 27%-i və qazın 17%-i İrandan gəlir. Vaşinqton Ankaranın təkcə siyasi deyil, həm də xalis iqtisadi təsəvvürlər üzündən İran neftindən imtina edə bilməyəcəyini anlayaraq cərimə tədbirlərinə əl ata bilər. Türkiyə onun ən böyük alıcısı olmasa da (bu, Çin və Hindistandır), ondan hamıdan daha güclü asılıdır. Yəni İran neftinin alqısını uzatmağa əlavə icazə almağa şansı olmadan Tramp administrasiyasının “maksimal basqı” kampnaniyasının təzyiqi altında qalır. Bununla yanaşı, türklərin həm S-400-ə, həm də İran neftinə münasibətdə hərəkəti Vaşinqton tərəfindən “meydan oxumaq” kimi dəyərləndirilir.

Vaşinqton bu durumda ümid edir ki, Tramp və Ərdoğan arasında görüş və danışıqlar zamanı ikinci, heç olmasa, yönlərdən birində – S-400, ya da İran nefti – “tərki-silah haqda akt” imzalamalı olacaq. Türkiyənin “Milliyet” qəzetinin dəyərləndirdiyinə görə, “Ankaranı təkcə Qərbin hərbi və iqitsadi dəstəyindən məhrum etməyəgüvənməklə deyil, həm də NATO-nun təhlükəsizliyinə ən ciddi təhdidləri önləməkdə önəmli rol oynamağı buraxmağına işarə edərək Rubikonu keçməyə vadar edirlər”. Nəşrin fikrincə, sonra “Türkiyəni birgə hərbi fəaliyyət proqramlarında məhdudlaşdıracaqlar, ABŞ zəruri halda isə Almaniyanın örnəyini izləyərək İncirlik aviabazasındakı kontingenti çıxarda bilər”.

Düzdür, 1998-2001-ci illərdə Belçikada NATO-nun keçmiş briqada generalı Naim Babüroğlunun dediyi kimi, “NATO nizamnaməsinin 14 maddəsinin heç birində hansısa ölkənin alyansdan çıxdaşı haqda yazılmayıb, amma alyansın istənilən üzvü öz istəyi ilə NATO-nun hərbi və siyasi qanadından ayrıla bilər”.

Amma iş buna kimi gedib çatarmı? Hələlik güman etmirəm, amma ABŞ Türkiyə üçün problemlər yaradaraq təkcə Türkiyənin müxalif güclərini möhkəmləndirmək deyil, həm də hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) daxilində problemlər yaratmağa çalışır. Amerikanın “The Atlantic” nəşri bunu açıq yazaraq iddia edir ki, “Qərblə münasibətlər korlandıqca Ərdoğan siyasi və sosial dayaqdan məhrum olur, liberalların, həm də prezidenti qeyri-ardıcıllıqda qınayan islamçıların çoxu ƏİP-i tərk edib”. Amma “Sabah” qəzetinin yazdığı kimi, “Türkiyədə türklərin geri çəkilməli olmadıqlarını hesab edən güclər var” və “bu yoldan çıxılsa, bunun təkcə iqtisadi deyil, həm də strateji itkiləri olacaq ki, bunun da ölkə üçün çarəsiz nəticələri olacaq”.

ABŞ da dərindən düşünür. “Foreign Policу” Trampı Ərdoğana münasibətdə “güc diplomatiyası deyil, ağıllı diplomatiya sərgiləməyə və onu Qərb düşərgəsinin düzgün yoluna döndərməyə”, onu ya-ya da seçimi durumuna qovmağa deyil, “taktiki manevr imkanları” qoymağa, Suriyada kürdlərin “Xalq Özünümüdafiə Dəstələri”nə (YPG) dəstəkdən əl çəkməyə çağırır.

Ola bilsin, Ərdoğana indiyə kimi elə gəlir ki, Tramp bütün problemləri tənzimləməkdən yana özünün prezident səlahiyyətlərindən yararlanacaq, çünki türklərin təsəvvüründə ABŞ-ın Türkiyəyə münasibətdə uzunmüddətli sanksiyalar hərəkətinin bütün NATO üçün uzunmüddətli strateji nəticələri olacaq. Lakin belə bir “qarışılıqlı bağışlama” haqda ideya hələlik Ağ Ev üçün mümkünsüz görünür: tərəflərin tələblər arşını çox böyükdür. İki ölkənin münasibətlərində yaranmış “partlayş qatışığı” ikitərəfli münasibətlərin olduqca ciddi qəlizliyinə apara bilər, təkcə Türkiyə deyil, həm də bütün Yaxın Şərq üçün mürəkkəb nəticələri olacaq. Ərdoğan başqa ölkələrin liderlərilə bərabər dialoq aparmağa üstünlük verən iradəli və qətiyyətli siyasətçidir. Bəs Tramp?

Tərcümə Strateq.az-ındır.

 

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

“AZƏRALÜMİNİUM”DA “QARA DƏLİK” – Dövlətin 100 milyonlarını kimlər, necə yoxa çıxarır?

Sonrakı yazı

“ATƏT Dağlıq Qarabağ münaqişəsinə göz yummamalıdır” –Lukaşenko

Sonrakı yazı
“ATƏT Dağlıq Qarabağ münaqişəsinə göz yummamalıdır” –Lukaşenko

“ATƏT Dağlıq Qarabağ münaqişəsinə göz yummamalıdır” –Lukaşenko

Prezident İlham Əliyev “Nə? Harada? Nə zaman?” komandasının üzvlərini medalla təltif edib- Sərəncam

Prezident İlham Əliyev “Nə? Harada? Nə zaman?” komandasının üzvlərini medalla təltif edib- Sərəncam

Dini Komitə orta və ali məktəblərdə dinin tədrisi məsələsinə aydınlıq gətirib

Dini Komitə orta və ali məktəblərdə dinin tədrisi məsələsinə aydınlıq gətirib

Discussion about this post

Bizə Qoşulun

  • 21.2k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Cəbrayılda daha 2 erməni hərbçinin cəsədi tapıldı

Cəbrayılda daha 2 erməni hərbçinin cəsədi tapıldı

2021-04-13
Türkiyədə karantin rejimi sərtləşdirilir

Türkiyədə karantin rejimi sərtləşdirilir

2021-04-13
Arıqlamaq üçün niyə su içməliyik

Arıqlamaq üçün niyə su içməliyik

2021-04-13
Kütləvi dini mərasimlərlə bağlı yeni qaydalar müəyyənləşir

Kütləvi dini mərasimlərlə bağlı yeni qaydalar müəyyənləşir

2021-04-13
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəldi (FOTO)

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəldi (FOTO)

2021-04-13
Bu tibb işçiləri ilə bağlı mühüm qərar – Müddət uzadıldı

Bu tibb işçiləri ilə bağlı mühüm qərar – Müddət uzadıldı

2021-04-13
Azərbaycanda bu şəxslər Prezident, deputat ola bilməyəcək

Azərbaycanda bu şəxslər Prezident, deputat ola bilməyəcək

2021-04-13
İlham Əliyev: “İtaliya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcək”

İlham Əliyev: “İtaliya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcək”

2021-04-13
“Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir? – Rövşən Rzayevin tender oyunları

“Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir? – Rövşən Rzayevin tender oyunları

2021-04-13
Bu yolda hərəkətin təşkilində dəyişiklik edildi

Bu yolda hərəkətin təşkilində dəyişiklik edildi

2021-04-13
25 həkimimiz koronavirusdan ölüb – Adlar

Azərbaycanda yoluxanların və sağalanların sayı artdı

2021-04-13
Hərbi Qənimətlər Parkına giriş pulludur?

Hərbi Qənimətlər Parkına giriş pulludur?

2021-04-13
“Uşqapulunun verilməsi üçün yetərli qədər mənbə var” – Ekspert

“Uşqapulunun verilməsi üçün yetərli qədər mənbə var” – Ekspert

2021-04-13
Daha 11 müəllimdə koronavirus aşkarlandı, 6 məktəb bağlandı

Daha 11 müəllimdə koronavirus aşkarlandı, 6 məktəb bağlandı

2021-04-13
Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir

Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir

2021-04-13
Prezident İlham Əliyev çıxış edir (VİDEO)

İlham Əliyevdən yeni SƏRƏNCAM

2021-04-13
Hava proqnozları bəzi hallarda niyə səhv çıxır? – AÇIQLAMA

Hava proqnozları bəzi hallarda niyə səhv çıxır? – AÇIQLAMA

2021-04-13
“Toy qadağası ləğv edilməlidir, iqtisadiyyatımız məhv olur” – VİDEO

“Toy qadağası ləğv edilməlidir, iqtisadiyyatımız məhv olur” – VİDEO

2021-04-13
Sahil Babayevin yeni müşaviri kimdir? – DOSYE

Sahil Babayevin yeni müşaviri kimdir? – DOSYE

2021-04-13
Kremldən “İsgəndər-M”lə bağlı Əliyev-Putin müzakirəsinə reaksiya

Kremldən “İsgəndər-M”lə bağlı Əliyev-Putin müzakirəsinə reaksiya

2021-04-13

Seçmə

  • Bütün
  • SEÇMƏ
Kütləvi dini mərasimlərlə bağlı yeni qaydalar müəyyənləşir
SEÇMƏ

Kütləvi dini mərasimlərlə bağlı yeni qaydalar müəyyənləşir

2021-04-13
Hərbi Qənimətlər Parkı aprelin 14-dən ziyarətə açıq olacaq
SEÇMƏ

Hərbi Qənimətlər Parkı aprelin 14-dən ziyarətə açıq olacaq

2021-04-12
“Restoranların açılması o demək deyil ki, toy edə bilərsiniz” – DİN
SEÇMƏ

Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi

2021-04-12
DYP sürücülərə müraciət etdi
SEÇMƏ

DYP sürücülərə müraciət etdi

2021-04-10
Daha bir məktəb koronavirusa görə bağlandı
SEÇMƏ

Məktəblər hansı şərtlərlə açıla bilər? (VİDEO)

2021-04-10
İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi
SEÇMƏ

İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi

2021-04-09
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Cəbrayılda daha 2 erməni hərbçinin cəsədi tapıldı

Cəbrayılda daha 2 erməni hərbçinin cəsədi tapıldı

2021-04-13
Türkiyədə karantin rejimi sərtləşdirilir

Türkiyədə karantin rejimi sərtləşdirilir

2021-04-13
  • Reportyor.İnfo

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Rəsmi
  • Sosial
  • Araşdırma
  • Kriminal
  • Təhsil
  • Əyalət
Nəticə yoxdur
Bütün nəticələrə bax

© 2020 Reportyor.info.