12-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

VAŞİNQTON ANKARANIN SƏBRİNİ TÜKƏDİB:PKK-YPG-yə görə ABŞ-Türkiyə müharibəsi ehtimalı yüksəkdir – Təhlil

05 Avqust 2019, 10:15
Manşet
A A
VAŞİNQTON ANKARANIN SƏBRİNİ TÜKƏDİB:PKK-YPG-yə  görə ABŞ-Türkiyə müharibəsi ehtimalı yüksəkdir – Təhlil

Fikrət Bila

T24 (Türkiyə), 04.08.2019

Türkiyə və ABŞ-ın Suriyada Türkiyə ilə sərhəddə təhlükəsizlik zonası yaratmaq haqda danışıqları hələlik nəticə verməyib.

Türkiyə tərəfi prezident Tayib Ərdoğanın, xarici işlər naziri Mövlud Çavuşoğlunun ağzıyla  olduqca qəti və sərtcəsinə bildirib ki, anlaşma olmayacaqsa, onda Türkiyə Silahlı Qüvvələri (SQ) Fəratdan şərqdə əməliyyat keçirəcək. Vurğulanıb ki, Türkiyənin “səbri qalmayıb”. Prezident Ərdoğan qeyd edib: “Biz terror dəhlizini alt-üst etməyə qəti köklənmişik”.

Bununla yanaşı, Amerika tərəfi son günlərdə sükuta dalıb və təhlükəsizlik zonası haqda heç nə demir. Vaşinqton bu zaman F-35 təyyarələrinin istismarını öyrənmək üçün ABŞ-da olan türk təyyarəçi və texniki mütəxəssislərini Türkiyəyə göndərməklə məşğuldur. Türkiyənin F-35 proqramından çıxdaş edildiyini bildirən ABŞ bu qərar çərşivəsində əməli fəaliyyətə keçib. Bu arada Ankara buna heç bir reaksiya verməyib. Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısının yekunları üzrə dərc edilmiş bəyanatda F-35 layihəsi xatırlanmır, Suriyanın şimalında təhlükəsizlik zonası haqda isə prezident Ərdoğan və XİN başçısı Çavuşoğlunun bəyanatları ilə müqayisədə daha yumşaq ifadə işlədilib. Qeyd olunur ki, Türkiyə “sülh dəhlizi” yaratmağa səylər göstərəcək.

Terror və sülh dəhlizi

Bu qayda ilə Milli Təhlükəsizlik Şurasının iclasında Suriyanın şimalındakı dəhlizə daha bir tərif verilib: “sülh dəhlizi”.Söhbət Suriya ərazisində Türkiyə sərhədindən o yana 30-40 km dərinlikdən gedir. Bu dəhlizin “dinc” olması üçün ora Türkiyə SQ nəzarət etməlidir.

O biri yandan, Ankara ABŞ-ın dəstəklədiyi və Türkiyə-Suriya sərhədi boyunca Aralıq dənizinə uzanan Kürdüstan Fəhlə Partiyası – Xalq Özünümüdafiə Dəstələrini (YPG) “terror dəhlizi” adlandırır. Bununla yanaşı, ABŞ-ın yaratmaq üçün təklif etdiyi beş-yeddi kilometr dərinliyində təhlükəsizlik zonası Türkiyə SQ-nin deyil, Böyük Britaniya, Fransa kimi Avropa dövlətlərinin və bəzi ərəb ölkələrinin nəzarət edəcəyi dəhlizi ifadə edir. Ankaranın tələblərilə yaxından, uzaqdan heç bir əlaqəsi olmayan bu dəhlizi Türkiyə SQ-dən həm də PKK-YPG qorumalıdır.

Milli Təhlükəsizlik Şurasının yumşaq bəyanatına əsasən, Ankara və hər şeydən qabaq hərbi qanad hələlik gözləyir ki, qızılı orta tapılacaq. Ankara Vaşinqtonu Türkiyə SQ-nin nəzarəti altında 30-40 km dərinlikdə sülh dəhlizi yaratmağa inandırsa və dilə tutsa, onda problem olmayacaq.

Amma ABŞ buna qarşı dirəşsə və Türkiyə SQ-nin nəzarət etmədiyi beş-yeddi kilometr dəhlizə israr etsə, onda Ankaranın buna razılaşmaq ehtimalı sıfıra bərabərdir. Bu halda Türkiyənin Fəratdan şərqdə əməliyyat keçirməkdən başqa variantı qalmayacaq – prezident Ərdoğan bu haqda tez-tez sərt şəkildə danışır.

Əlbəttə, Ankara belə bir əməliyyat keçirərkən Rusiya, İran və dolayısı ilə Dəməşqlə hökmən təmasda olacaq.

Belə bir hərbi əməliyyatın gedişində ən böyük risk Türkiyə və Amerika hərbçiləri arasında hərbi toqquşma ehtimalıdır. NATO üzrə iki müttəfiqin hərbçilərinin döyüşə girməyi isə problemi çox ciddi böhrana çevirə bilər.

ABŞ-ın planı

ABŞ-ın Suriyanın şimalındakı fəaliyyəti aydın göstərir ki, Vaşinqton “Şimali İraq”a oxşar “Şimali Suriya” yaratmağa çalışır. Bu qurum Dəməşqin suverenliyindən qıraqda qalacaq, praktik olaraq müstəqil hərəkət edə bilər və PKK-YPG-“Demokratik Birlik” Partiyası (PYD) tərəfindən idarə olunacaq.

Türkiyədən savayı ABŞ-ın bu planına qarşı çıxış edən daha iki ölkə var: İran və təbii, Suriya.

ABŞ Suriyanın şimalında öz planına israr edərsə, Türkiyənin yaxınlaşacağı iki ölkə bunlardır. Rusiyanın bu məsələdə birmənalı şəkildə Türkiyənin tərəfini tutacağına zəmanət yoxdur. Türkiyə Rusiyanın özünə qarşı qaldırmamaq üçün S-400-dən sonra Rusiyanın Su-35 qırıcılarını alarmı? Bu məsələ də gündəlikdə durur. Prezident Ərdoğan deyib: “F-35-i vermirsiniz? Onda biz başqa yerdə variantlar axtararıq”.

Suriya problemi Türkiyə-Amerika münasibətlərini onların tarixindəki ən əlverişsiz dövrlərdən birinə gətirib çıxardıb. Türkiyənin müttəfiqlik münasibətləri anlayışı dəyişilib. NATO-nu laxladacaq miqyaslar alıb. Türkiyənin sarsılmazlığını təhdid etməyə başlayan hadisələr fonunda Ankaranın milli birlik və ərazi bütövlüyünə əsaslanan siyasət yürütməyi zərurətə çevrilir. Və bu siyasət keyfiyyətcə elə olmalıdır ki, ölkə daxilində müxalifət də onu dəstəkləsin.

Tərcümə Strateq.az-ındır.

Əvvəlki yazı

Aeroport yolunda zəncirvari qəza

Sonrakı yazı

“Sədərək” yanğını: 15 DİN və FHN işçisi zəhərlənib

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36
Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

12 Avqust 2025, 13:35
Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.