Qarabağdakı separatçı rejimin qondarma “dövlət naziri” Qurgen Nersisyan Xankəndi şəhərində “Qarabağın rus icması şurası”nın üzvləri ilə görüşüb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Nersisyan “Qarabağda yaşayan slavyanların və pravoslavların kimliyinin qorunub saxlanılmasına”, eləcə də Rusiya-Ermənistan münasibətlərinin hərtərəfli inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə töhfə verəcəyindən danışıb.
Məlumata görə, “Qarabağın rus icması” üçün Xankəndidəki rus dram teatrına əlavə olaraq, təhsil mərkəzi, muzey və pravoslav kilsəsinin yerləşəcəyi rus mədəniyyət evinin yaradılması müzakirə olunub.
Görüşdə “Rusiya Federasiyası ilə sosial, təhsil, mədəni və mənəvi əlaqələrin inkişafı üzrə koordinator” Vladimir Qriqoryanın da iştirak etdiyi qeyd olunub.
Xatırladaq ki, Nersisyan ötən ay “vəzifəsini” itirən Ruben Vardanyanı əvəzləyib.