10-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vardanyanın milyardlıq mülkləri…

02 Oktyabr 2023, 10:15
Dünya
A A
Vardanyanın milyardlıq mülkləri…

Milyarder Qarabağa getdikdən sonra Rusiyadakı bütün biznesini arvadının idarə etdiyi “Q Capital” şirkətinin idarəçiliyinə verib

“Laçın” postunda saxlanılan qondarma separatçı rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Səbayel Rayon Məhkəməsi dörd aylıq həbs qətimkan tədbiri seçib.

1968-ci il təvəllüdlü R.Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürüb. Hazırda Dövlət Təhlükəsizlik Xidmətində onun istintaqı davam edir.

Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, Rusiya mediası onun bu ölkədəki biznes və əmlakları haqda yazıb.

Məlumdur ki, Ruben Vardanyan Rusiyada “Troyka Dialoq” investisiya şirkətinin təsisçisi kimi məşhurlaşıb. Qərb jurnalistlərinin araşdırmasına görə, bu şirkət vasitəsilə Rusiyadan xaricə təxminən 4,6 milyard dollar çıxarılıb. O, “Skolkovo” məktəbinin ilk prezidenti və “Rosqosstrax”ın idarə heyətinin üzvü kimi tanınıb.

Məlumata görə, milyarder Qarabağa getdikdən sonra Rusiyadakı bütün biznesini “Q Capital” şirkətinin idarəçiliyinə verib. Onun nizamnamə kapitalı 4,5 milyard rubl, keçənilki gəliri 800 milyon rubl təşkil edib. “Q Capital”ın sahibləri isə “TD Advisors” offşor şırkəti və Vardanyanın həyat yoldaşı Veronika Zonabenddir.

Ümumilikdə, Ruben Vardanyan “Q Capital”ın nəzarəti altında olan bir neçə şirkətinin səhmlərini dövr edib. Söhbətin hansı şirkətlərin səhmlərindən getdiyinə baxaq. “Avtoinvest”in 20 faizi. 2021-ci ilin dekabrına olan məlumata görə, “Avtoinvest” “KamAZ” səhmlərinin 23,54%-nin sahibi olub. Maliyyə hesabatlarına görə, 2022-ci ildə “Avtoinvest” in xərcləri 3,5 milyard rubl təşkil edib, xalis aktivləri isə 16 milyarddan 13 milyard rubla qədər azalıb.

“Feelgood” Konstaltinq Bürosunda 60 faiz paya sahib olan Vardanyanın bu bürosu audit və risklərin qarşısının alınması da daxil olmaqla, Rusiyadakı xeyriyyəçi QHT-lərə hüquqi, maliyyə, piar və qrant dəstəyi xidmətləri göstərir. Ümumi “çirkli gəliri” ildə təxminən 150 milyon rubl təşkil edir, lakin rəsmi xalis gəliri cüzidir.

“Atlanta” və “Atlanta Şimal-Qərbi” adlanan qapalı biznes klubunda da biznesmenin 85 faiz payı var. Mövcud olduğu beş il ərzində gəlirlər yüz milyondan üç yüz milyona qədər artıb, keçən il də xalis mənfəət əldə edib.

“Vosxod”adlı qiymətli kağızlar dillerində 25 faiz payı olsa da, məlumatlara görə, ötən il təxminən 200 milyon rubl dəyərində aktivlərini itirib.

Həmçinin, Vardanyanın həyat yoldaşının nəzarət etdiyi “Q Capital”ın idarəetməsində faydalı qazıntıların çıxarılması üçün lisenziyası olan Belqorod sənaye parkında “Kombinat” şirkəti və Moskva yaxınlığında plastik istehsal edən zavod var.

Daşınmaz əmlaklarına gəlincə, Kremlin bir neçə addımlığındakı Arbat ərazisində yerləşən “Romanov Dvor” biznes mərkəzi Vardanyan ailəsinin mülkiyyəti olaraq qalır. Bu, Moskvadakı ən bahalı kommersiya məqsədli daşınmaz əmlaklarından biridir. Hazırkı qiymətlərlə hər il təxminən 3 milyard rubl gəlir əldə edə bilər.

Rusiya KİV-lərinin məlumatına görə, Vardanyanın qohumları, o cümlədən həyat yoldaşı Veronika Zonabend hazırda Rusiya paytaxtındadır. Çox güman ki, onlar “Romanov” dəbdəbəli yaşayış kompleksində (“Romanov Dvor” biznes mərkəzi ilə üzbəüz yerləşir) təxminən 400 milyon rubl dəyərində 230 kvadratmetr sahəsi olan bir mənzildə yaşayırlar. Bu bina SSRİ-də Xruşşov, Molotov, Voroşilov, Kosıgin, Budyonnı, Jukov və digər partiya rəhbərlərinin yaşadığı qraf Şeremetyevin keçmiş yaşayış binalarının məhəlləsinə aiddir. İndi modern şəkildə təmir olunub və əla görünüşə sahibdir. Qapı şir heykəlləri ilə “qorunur”. Qədim fənərlərlə işıqlandırılan həyətdə inqilabdan əvvəlki aristokratik ab-hava yaradır. Bütün mənzillər ağıllı ev sistemləri ilə təchiz olunub.

Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edənə qədər Moskvada “Petrovski həyəti”ndə 150 kvadratmetr ərazidəki mənzildə qeydiyyatda olub. Bura III Aleksandrın dövründə tikilmiş altı tarixi malikanə olan eksklüziv yaşayış kompleksidir. 7/24 mühafizə olunur, nəzarət-buraxılış məntəqəsi, ətrafda kameralar var. Vardanyanların bu daşınmaz əmlakının qiyməti də150 milyon rubl qiymətləndirilir.

Vardanyanlar ailəsinin Tverskaya küçəsindəki “Stalinka” binada da təxminən qiyməti 70 milyon rubl olan mənzili var. Bu, Qalina Vişnevskaya, Mstislav Rostropoviç, Georgi Sviridov və başqa musiqi elitasının yaşadığı Stalin dövründəki binadır.

Əvvəlki yazı

Elmar Məmmədyarov Qənirə Paşayeva ilə xatirələrindən danışdı

Sonrakı yazı

Yazgül Abdıyeva: “Əlvida dəyərli Qənirəmiz”

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

09 Sentyabr 2025, 13:20
Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

09 Sentyabr 2025, 13:18
Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.