Bakıda həbsdə olan erməni milyarder Ruben Vardanyan aclıq aksiyası elan edib.
Reportyor.info xəbər verir ki, bu barədə onun ailəsi açıqlayıb.
Terrorçuluğu təbliğ edən Vardanyan özünün və Bakıda həbsdə olan digər separatçı rejimin liderlərinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.
Onun aclıq aksiyasına 2024-cü il aprel ayının 5-də başladığı deyilir.