ABŞ-ın “Washington Post” qəzeti Rusiyanın muzdlu “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojinin Ukraynaya təklif etdiyini iddia edib. “Washington Post”un xəbərinə görə, Priqojinin Ukraynanın Baxmut bölgəsindən qoşunlarını çıxarması müqabilində yanvar ayında Rusiya qüvvələrinin mövqelərinin məlumatlarını satmağı təklif etdiyi və bu təklifin Ukrayna Kəşfiyyat Xidməti ilə əlaqələri vasitəsilə edildiyi bildirilir. Xəbərdə Ukraynanın bu təklifi rədd etdiyi barədə məlumatlar yer alıb.
Rusiya prezidenti Vladimir Putinlə yaxınlığı ilə tanınan Priqojin Baxmut bölgəsindəki Vaqner əsgərlərinin lazımi sursatları almadan bölgədən çəkiləcəyi ilə hədələyib. Vaqner lideri ötən həftə yaydığı səsli mesajda bildirib ki, o və əsgərləri bölgəni tərk etsələr, satqın sayılacaqlar.