Ukraynanın işğalında Rusiyanın fəal gücü olan “Vaqner”in patronu Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinə meydan oxuyub. Administrasiyaya üsyan bayrağını qaldırdığı videonu paylaşan Priqojin, mayın 10-dək istədiyi sursatın ona çatdırılmaması halında mühasirədə olduğu Ukraynanın Bəhmut şəhərindən geri çəkiləcəyini bəyan edib. Rusiyada ultra-millətçiləri təmsil edən Vaqnerin patronu Priqojin ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında gərginlik Ukrayna ordusunun ötən il Luqansk vilayətində əldə etdiyi uğurlarla üzə çıxıb.
PUTİNƏ ‘SEÇİMİNİ EDİN’ ÇIXIŞI
Bununla belə, Priqojinin son videosu indi daha çox Rusiya prezidenti Vladimir Putinə “Mən və Şoyqu arasında seçim et” mesajı ilə daha gərgin mesaj kimi qəbul edilib. Ötən gün axşam saatlarında açıq sahədə çəkdiyi videoda Priqojin 50-yə yaxın əsgərin cəsədi qarşısında səslənib. Çıxışının hər cümləsində ağır təhqirlərdən istifadə edən Priqojin “Yerdə ölü yatanlar bizim dostlarımızdır. Əsgərlərim burada ölü yatır, çünki bizə çatmalı olan sursat 70 faizlə məhdudlaşır. Bunlar bir günün itkiləridir. Müdafiə naziri və Baş Qərargah rəisi adlanan Şoyqu və Gerasimov, siz haradasınız? Bu, sizin qayğısız münasibətinizin nəticəsidir. İstədiyimiz sursat mayın 10-na kimi bizə çatdırılmasa, Bəhmut mühasirəsindən geri çəkiləcəyik.
KREMLİN: LAZIMLI TƏDBİRLƏR GÖRÜLƏCƏK
Putinin mətbuat katibi Dmitriy Peskov videodan xəbərdar olduqlarını bildirib və “Vəziyyəti yaxından izləyirik. Lazımi tədbirlər görüləcək”.