03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vaqif Qarayev: “14 günlük sərt karantin effekt verməyəcək”

01 İyul 2020, 09:43
Cəmiyyət
A A
Vaqif Qarayev: “14 günlük sərt karantin effekt verməyəcək”

14 günlük tətbiq olunan sərt karantin rejimi bu həftənin sonu başa çatmalıdır. Əgər uzadılmasa, iyulun 5-dən xüsusi karantin rejiminə keçid edəcəyik. Avqustun 1-dək isə ümumi karantin rejimidir.

Geridə qoyduğumuz bir həftənin statistikası və təhlilləri göstərir ki, karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayanıb və gündəlik orta rəqəm 520-550  arasında  müəyyənləşib. Bu, yeganə müsbət haldır.

Yəni əvvəlki təcrübəyə əsasən demək olar ki, karantinin ilkin təsiri onu tətbiq edəndən bir müddət sonra daha aydın görünməyə başlayır. Bu mənada, qarşıdan gələn günlərdə yoluxma hallarının sayında enmənin müşahidə olunması ehtimalı çox böyükdür. Azərbaycanda situasiyanı nəzarətdə saxlamaq olardı, hətta karantin rejimi bütünlüklə aradan qalxar, həyat əksər məqamlar baxımından normal axarına qayıdardı.

Ancaq sosial izolyasiya qaydalarına və müvafiq dövlət qurumlarının tövsiyələrinə əməl etməyənlərin sayının azalmaması nəticəsində koronavirus pandemiyası ilə bağlı durum ağırlaşdı.

Sadəcə, məsələ təkcə bununla yekunlaşmır. İctimai nəqliyyatdan istifadə etməyən, maska taxmaq çağırışı edən dövlət qulluqçuları arasında yoluxanlar var. Necə olur ki, Prezident Administrasiyasının, müxtəlif nazirliklərin əməkdaşları koronavirus infeksiyasına yoluxurlar?

Deməli, sosial təcrid effektiv olduğu qədər epidemiyanın gücü də kifayət qədər qüvvətlidir və şəxsi avtomobili olanları, maska taxanları belə tuta bilir. Hazırda tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhər üzrə mobilliyin və ictimai nəqliyyatdən istifadənin nisbətən aşağı düşməsi müşahidə edilir.

Bu tədbirlər nəticəsində növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunması gözlənilir. Belə olan halda 5 iyuldan sonra sərt karantin uzadılmalıdırmı?

Tanınmış həkim Vaqif Qarayev “Yeni Müsavat”a bildirdi ki, əvvəla mətbuatda həkimlərin sözlərinə qısqanclıq var: “Deyirlər ki, niyə Adil Qeybulla, Vasif İsmayıl virusla bağlı danışır?  Yaxşı, jurnalist araşdırsın və öyrənsin ki, ölkədə virusoloq var, ya yox.

Axı dünyanın həkimləri nə deyirsə, Adil Qeybulla da onlardan fərqli tövsiyə vermir. Adil doktor haqlı olaraq bildirir ki, 14 günlük sərt karantin rejimi effekt verməyəcək, yoluxma artacaq. Mən də o fikirdəyəm.

Axı kafe-restoranları, alış-veriş mərkəzlərini, metronu açmaq lazım deyildi. Amma həkimin işi bunlar deyil, virusdan necə qorunmaq yollarını əhaliyə göstərməkdir. Biz həkimlər də çağırış edirik ki, kütləvi toplaşma yerlərində yoluxma artacaq, avtobuslar virus yuvasıdır. Bir nəzarət mexanizmi olmalıdır”.

V.Qarayevin sözlərinə görə, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan kimi ölkələrdə də insanlar eyni düşüncədədir:

“Hamı hökumətdən narazıdır, şikayətlənirlər ki, niyə bizi evə qapadırlar, azadlığımızı əlimizdən alırlar, pul vermirlər və s. Hətta yoluxmanın ən az olduğu Gürcüstanda da xalq hökuməti tənqid edir.

Onların bir baş infeksionisti var, nə fikir bildirirsə, söyürlər. Amma pandemiyanı neytrallaşdıra biliblər. Ona görə də hökuməti, səhiyyəni, həkimləri, Operativ Qərargahı istədiyiniz qədər tənqid edin, amma özünüzü də qoruyun”.

Doktor maska taxmamağa görə cərimələrin artırılmasını gecikmiş addım hesab edir: “Çoxdan olmalıydı. Kasıb Gürcüstanda cərimə 1000 dollar idi. Bizdə marketlərdə sıxlığa nəzarət edən yoxdur. Gürcüsanda marketin girişində qızdırma ölçürlər, maska tələb edirlər. Əgər yoxdursa, cərimələnir, içəri maskasız keçibsə, market sahibi cərimələnir. Yəni bu mexanizm bizdə təşkil olunmalıdır. Çünki bütün dünyanın həkimləri eyni tövsiyəni verir – sosial məsafə, maska, dezinfeksiya…Yəni başqa üsul yoxdur. Bizdə isə bu tövsiyələri verən həkimlərə hücuma keçirlər. Yaxşı, onda sənin ictimai rəyə təsirin varsa, nüfuzlu adamsansa özün əhaliyə çağırış elə”.

V.Qarayev insanları qorxutmaq niyyətində olmadığını, lakin bu gedişlə yoluxmanın artacağını istisna etmədiyini söylədi:

“Tibbi personal çatışmır, xəstəxanalar aşıb-daşır. Yeri gəlmişkən, yüngül xəstələrin evdə müalicəsi qərarını düzgün sayıram. Mən bir daha çağırış edirəm ki, Operativ Qərargahı da, hökuməti də, biz həkimləri də tənqid edin, amma özünüzü qoruyun, əməl edin”.

Əvvəlki yazı

Buraxılış imtahanında yüksək nəticə göstərən məktəblər açıqlandı

Sonrakı yazı

Bəhram Bağırzadə ECMO cihazından ayrıldı

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.