01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vaqif Əsədovun sadəlikdən və təvazökarlıqdan uzaq“krutoy” bir nömrə seçim-99-YP-333!

09 Aprel 2018, 10:01
Cəmiyyət
A A
Vaqif Əsədovun sadəlikdən və təvazökarlıqdan uzaq“krutoy” bir nömrə seçim-99-YP-333!

Bir neçə gün əvvəl sosial şəbəkələrdə yol polisi əməkdaşının sürücünü döyməsini əks etdirən kadrlar yayınlandı. Təəssüf ki, belə kadrlar çoxdur. Videodan görünür ki, YPX inspektoru elə yolun ortasındaca Şahpələngov soyadlı sürücünün gözünün altına nə təhər babat bir yumruq qoyubsa, sürücüdə nə şahlıqdan, nə də pələnglikdən bir əsər-əlamət saxlamayıb. Sürücü isə bu qaydasız döyüş səhnəsində heyfini onun poqonunu cırmaqla çıxa bilib.

Əslində, burada kimin-kimə daha çox xəsarət yetirdiyi bir qədər mübahisə doğurur – gözün altındakı qaraltı 3-5 günə keçib gedəcək, ancaq yol polisinin poqonunu nə qədər yerinə tiksən də, poqona dəyən dəyib artıq. Yəqin buna görədir ki, kadrlardan da göründüyü kimi, yumruqla da hirsi soyumayan YPX əməkdaşı sürücüyə nalayiq söyüşlər söyür…

Üstündən bir neçə gün keçməsinə baxmayaraq, yol polisinin adına başucalığı gətirməyən bu hadisə ilə bağlı hər hansı açıqlama və izahata rast gəlmədik. Əvəzində, belə hadisələrə şərh verən və idarənin mövqeyini səsləndirən, hamımızın yaxşı tanıdığı və hörmət bəslədiyimiz Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev vəzifəsindən azad edilərək idarənin Yol-Patrul Xidməti şöbəsinə rəis təyin edildi. Doğrusu, bilmirik bu vəzifə ilə bağlı Kamran müəllimə təbrik düşür, yoxsa “keçmiş olsun”. Çünki anladığımız qədərilə o, əvvəlkisindən fərqli olaraq, yeni vəzifəsində yollarda xidmət aparan YPX əməkdaşlarına birbaşa rəhbərlik edəcək və onların çıxardığı hoqqalara görə cavabdehlərdən birinə çevriləcək. Onlarınsa ipinin üstünə odun yığılası deyil – bunların camaata yumruq-kəllə atanı var, ana-arvad söyüşü söyəni var, qanunu və yol işarələrini düz-əməlli tanımayanı, şər atanı, böyük-kiçik bilməyəni, kol dalında, bina tinində gizlənəni, restoran qabağı pusub, ağız iyləyəni var…

qezalar-kamran_2014061155

Hansı birini deyəsən və mədəni, ziyalı insan olan Kamran müəllim bunların hansına görə məsuliyyəti bölüşsün? İşi ağırdır kişinin…

Tez-tez radioda ekspertlərə yol polisinin özbaşınalıqları barədə şikayətlər edilir, suallar verilir. Elə qanunsuz və yekəbaş hərəkətlərə dair suallar verilir ki, yazıq Ərşad Hüseynov bilmir nə cavab versin, dili-boğazı quruyur.

Ümumiyyətlə, son zamanlar bu verilişlərə dəvət olunan ekspertlər Kamran Əliyevin və Bakı Şəhər BDYPi-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun işini xeyli yüngülləşdiriblər. Bir növ atəşi öz üzərlərinə çəkirlər. Atəş isə səngimək bilmir. Nə qədər yazılır, pozulur, şikayətlər edilir, məhkəmələrə, hökumətə, parlamantə və s. müraciətlər olunur – xeyri yoxdur! Azərbaycanda korrupsiyanın alınmaz qalasına çevrilən yol polisi sistemi islah olunmur ki, olunmur. Və inanın ki, heç vaxt da islah olunmayacaq. Elə kadrlarını izlədiyiniz son hadisə də buna sübutdur. YPX əməkdaşı “mənim poqonumu cıran oğlanın…” deyə ədəbsiz söyüşlər söyür – guya poqon qədri bilir. Özü poqonuna hörmət qoysaydı, kimsə o poqona toxunmağı ağlının ucundan keçirərdimi? Gör vətəndaş hansı həddə çatdırılıb ki, Azərbaycan kimi hüquq-mühafizə orqanlarının kifayət qədər ciddi və sərt metodlardan istifadə etdiyi bir ölkədə, bunun cəzasını göz önünə alaraq, yol polisinin poqonuna əl uzadır…

Elə hörmətli Kamran müəllimin özü dəfələrlə YPX avtomobilləri və əməkdaşlarının sayının həddən artıq çox olmasına dair iradlara cavab olaraq deyib ki, hələ bu qədər nəzarət olmasına rəğmən, tez-tez ağır yol hadisələri baş verir, gör əməkdaşlar və nəzarət azaldılsa nə olar? Arqumentə baxın. Belə çıxır ki, ümumiyyətlə yol polisi adlı qurum ləğv edilən ölkələrdə bu dəqiqə yollarda qan su yerinə axır?!

Bəlkə ağır yol qəzalarının səbəbini başqa yerdə axtarmaq lazımdır – məsələn sürücülük vəsiqələrinin pulla satılmasında? Nə qədər ki, hər əlində 800-1000 manatı olan savadsız qaçıb rüşvət verərək, vəsiqə ala biləcək, bu ölkədə hər kilometrə 100 YPX BMV-si qoysanız da, xeyri olmayacaq!

Əksinə, addımbaşı sürücünün başının üstünü kəsdirən, yol hərəkəti iştirakçılarını gərginlikdə saxlayan, lazım oldu-olmadı özləri kobud şəkildə qayda pozan, qanunlardan və ədəb-ərkandan bixəbər, büdcəyə on milyonlara başa gələn BMV-lər və digər bahalı avadanlıqlarla təmin olunan və bunu haqqını məlum yollarla ödəyən bu qurumun bir çox əməkdaşı xidmətlə yox, camaata zillət verməklə məşğuldur. Bəzi inspektorlar özündən üstün və imkanlı, vəzifəli dayılar və xalaların qarşısında “çest verib”, kasıb-küsubun qarşısında isə əzrayıla dönməklə, bu strukturu ayrıseçkilik, ədabazlıq, yekəxanalıq mənbəyinə çeviriblər. Çox vaxt “Papaların gül balaları” bir-birinin qarşısındakı üstünlüklərini YPX əməkdaşlarının onlara olan münasibəti və görməmişliyin daha bir əlaməti olan maşınlarının nömrələrinin “krutoyluğu” ilə ölçürlər.

vaqif_asadov_1

Yeri gəlmişkən, jurnalistlərin binasından ev uman və ciddi mənzil problemi yaşayan (!) hörmətli Vaqif Əsədovun özünün xidməti avtomobilinin də nömrəsi “krutoy”dur – 99-YP-333! Heç nəyə eyham vurmuruq. Kimsə bunu hər zaman sürücülər və YPX əməkdaşları üçün nümunə göstərməli olan Vaqif müəllimin sadəlikdən və təvazökarlıqdan uzaq bir nömrə seçim etməsi kimi qiymətləndirə bilər, ancaq biz qətiyyən belə fikirlərə qoşulmuruq və əminik ki, bu nömrə təsadüfən onun avtomobilinin payına düşüb…

Sonda yenə bu kadrlara bir daha qayıdaraq, ancaq bir qənaətə gəlmək olur – qanunlara və həmvətənlərinə qarşı hörmətsizliyi adi hala gətirən bəzi yol polisi əməkdaşları özlərinə və vətəndaşlara qarşı münasibətlərini dəyişə bilmirlərsə, heç olmasa poqonlarının ipini daha bərk materiala dəyişsinlər…

Cəlal Məmmədov
AzPolitika.

https://www.youtube.com/watch?v=EL4kimTfMKs

Əvvəlki yazı

DÜNYANIN ƏN GÜCLÜ ORDULARININ SİYAHISI AÇIQLANDI – Azərbaycan və Türkiyə neçəncidir?

Sonrakı yazı

Neftçalada 63 yaşlı kişi intihar edib

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.