20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Vəziyyət gərgindir” – Gülər Əhmədova

20 Avqust 2020, 13:22
Cəmiyyət
A A
“Vəziyyət gərgindir” – Gülər Əhmədova

Pandemiya dövründə  ailə quranların sayı kəskin şəkildə azalıb. Ədliyyə Nazirliyinin məlumatına görə, cari ilin ötən dövrü ərzində qeydiyyat orqanları tərəfindən ümumilikdə 21 min 487 nikah qeydiyyata alınıb. 

Martın 31-dən avqustun 10-dək qeydiyyata alınan nikahların sayı isə  9 177 olub. Əksəriyyət nikahlardakı bu azalmanı ailələrin təzyiqi ilə əlaqələndirirlər. Belə bir rəy formalaşıb ki, bir çox valideyn  xərclədiyi pullar batmasın deyə, övladına sadə toy etmək istəmir.

Maraqlıdır, nikahların azalma səbəbi nədir?

Psixologiya elmləri namizədi, sabiq deputat Gülər Əhmədova Yenisabah.az-a açıqlamasında bildirib ki, Azərbaycanda toylar təəssüf ki, “sən mənə, mən sənə” sistemi üzərində qurulub:

“Doğrudan da belə bir tendensiya var. Bir çox gənc istədikləri halda, məhz bu səbəblə pandemiya dövründə ailə həyatı qura bilmədi. Ancaq  göründüyü kimi, bəziləri  “mentalitet”i aşıb keçə bildilər. Evlənənlər elə bu şəxslərdir.

Biz pandemiyanı karantin dövrünə girməmişdən əvvəl də müzakirə etmişik və artıq bilirik ki, pandemiya müəyyən mənada müharibə dövrüdür. Ona görə  də yadımıza salmalıyıq ki, müxtəlif müharibələr dövründə insanlar evlənirdilər, hətta müharibənin ən çətin günlərin belə ailə qurmağın qarşısını kəsən bir səbəb olmurdu. Artıq XXI əsrdir və toyda məhz 500 nəfər olmalıdır kimi fikirlər köhnəlib. Bu artıq yeni dünya düzənidir. Qeyd olunub ki, artıq dünyada heç nə əvvəlki kimi olmayacaq. Bu səbəbdən mütləq şəkildə müəyyən dəyişikliklərə getməliyik”.

Gülər Əhmədova hesab edir ki, bu gün gənclər də valideynlərinin qarşısında sadə nikahla bağlı məsələni qoymalıdırlar:

“Ümumiyyətlə, ailə qurmanın qarşısını kəsən maddi və müəyyən mənada alçaldıcı olan şərtlər aradan götürülməlidir. Yəni mən kimsə mənim pulumu qaytarsın deyə ailə qurmamalıyam. Yaxşı olardı ki, artıq gənclər bu tip məsələlərin  qarşısını alsınlar. Sovet dövründə “komsomol toyu” olurdu.  Bir çox tanınmış, hamımızın bildiyi  insanlar olub ki, onların toyu ev şəraitində, az sayda insanın iştirakı ilə baş tutub. Çünki insanların sayının çoxluğu heç də qurulan ailənin müsbət nəticələnəcəyinə bir zəmanət vermir”.

Sabiq deputat deyir ki, Azərbaycanda səssiz toy edərkən cəmiyyət tərəfindən onun altında başqa mənaların axtarılması məsələsinə gəldikdə, həmsöhbətimiz vurğulayıb ki, pandemiya dövründə sözügedən yanaşmanın olmayacaq:

“Bu məsələ pandemiyadan öncəki dövrə təsadüf etsə, onunla 100 faiz razılaşmaq olardı. Amma indi hətta dünyadan köçən insanlar üçün belə yas mərasimi keçirilmir. Ən tanınmış insanlar həyatını itirir, amma mərasim olmur. Bu, artıq psixoloji bariyer olaraq aradan götürülüb. İnsanlar çox gözəl başa düşürlər ki, vəziyyət gərgindir. Bu səbəblə bəzi şərtiliklər nəzərə alınmır. Qeyd etdiyim kimi, pandemiyanın yeni dünya düzəni olduğu nəzərdə tutulmalıdır. Belə olduqda “Toyu, görəsən, niyə tələsik etdilər?” kimi, fikirlər aktual olmayacaq”.

Əvvəlki yazı

Tovuzda bu sahələrdə yaşanan problemlərlə bağlı müraciətlər edildi

Sonrakı yazı

BNA sədri koronavirusa yoluxub

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.