Koronavirusla bağlı vəziyyət bu dəfə daha ciddidir. Ehtiyatlı olaq.
Reportyor.info xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev qeyd edib.
Həkim bildirib ki, məqsədi qorxutmaq deyil:
“Amma ən yaxın qohumlarını və tanışlarını koronavirusdan itirmiş və bu virusla məşğul olan bir həkim kimi müşahidələrimi və eşitdiklərimi paylaşmağı borc bilirəm:
1. Daha sürətlə yayılır!
2. Bildiyimiz müalicələrə demək olar ki, tabe olmur!
3. Ağciyərləri daha çox zədələyir!
4. İldırımsürətli ağırlaşma verə bilir!
5. Ağırlaşma və ölüm hallarının ehtimalı daha çoxdur!”
Həkim koronavirusdan qorunmaq üçün tövsiyələrini də verib:
1. Ən yaxşısı yoluxmamaqdır!
2. Ona görə də fiziki məsafə saxlayaq! Açıq havada ən azı 1 metr, qapalı məkanlarda ən azı 1,5 metr!
3. Maskanı cərimə olunmamaq üçün yox, qorunmaq üçün geyinək! Burun və ağız nahiyəsini tam qapayaq! Yaxşı olar ki, filtrsiz N95 maskasından istifadə edək!
4. Əl ilə görüşməyək! Bu stereotiplərdən çıxaq! Bəziləri burnunu qurtdalayır, dişlərin qurtdalayır, müxtəlif əşyalara, səthlərə əlinini vurur, sonra insanlarla əl tutub görüşür! Belə olmaz! Ən yaxşısı əl ilə görüşməmək, qucaqlaşmamaq, öpüşməməkdir!
5. Əllərimizi tez-tez sabunlayıb yuyaq, ən azı 70%-li etil spirti əsaslı məhlullarla dezinfeksiya edək!
6. Sıx toplaşmayaq və insanların sıx toplaşdığı məkanlardan uzaq duraq, digərlərini də buna təşviq edək!
7. Dövlət tərəfindən ictimai nəqliyyatın sayı artırılsa, yaxşı olar. İctimai nəqliyyatda dəhşət çox sıxlıq olur, insanlar bir-birinin ağzına girir!
8. Bəzən yas sahibləri insanlardan inciyir ki, yasıma gəlmədi. Belə olmaz! Hətta koronavirusdan dünyasını dəyişən insanların yasına toplaşırlar! Bəs toplaşanlar yoluxub həyatını itirsə, necə olacaq? Belə hallar artıq olub! Nəticə çıxaraq!
9. Peyvənd edilənlər, arxayın olmayın! Peyvənd edilənlər arasında da yeni ştama yoluxub ağır keçirənlər var!
10. Yoluxma sayı günbə-gün artır! Mən sərt karantinin əleyhinəyəm! Amma yoluxma sayı bir az da artsa, sərt karantin qaçılmaz olacaq! Sərt karantin istəmiriksə, qorunmalıyıq!
11. Yoluxma sayı azalana qədər qonaqlıqlardan, ad günlərində və digər tədbirlərdə toplaşmaqdan çəkinək!”