11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vəzifədə 10 ildən çox qalan məmurlar (SİYAHI)

04 Sentyabr 2023, 15:54
Siyasət, Manşet
A A
Vəzifədə 10 ildən çox qalan məmurlar (SİYAHI)

Sentyabrın 1-də AZAL-ın prezidenti vəzifəsindən çıxarılan Cahangir Əsgərov 27 il AZAL-a rəhbərlik edib. Belə ki, o, 1996-cı ildən AZAL-ın direktoru, 2008-ci ildən isə QSC-nin prezidenti vəzifəsini tutub. Beləliklə, Cahangir Əsgərov 12 il direktor, 15 il də prezident vəzifəsini tutub.

Ümumiyyətlə Azərbaycanda vəzifəyə gətirilən məmurların fəaliyyəti əsasən uzun ömürlü olur. Onlardan bəziləri daha sonra müxtəlif vəzifələrə təyin olunsalar da, bu təyinatları qısa müddətli oldu. Lakin aralarında hələ də təyin olunduqları vəzifələrdə çalışanlar da var.

Valyuta.az həmin məmurlardan bir neçəsinin siyahısını təqdim edir:

Ramiz Mehdiyev – 24 il Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri işləmiş Ramiz Mehdiyev bu vəzifəyə 23 oktyabr 2019-cu ildə gətirilib, 14 fevral 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı azad edilib. Həmin vəzifə 2009-cu ildə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş dəyişikliklərlə əlaqədar qəbul edilmiş Referendum Aktına qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri adlanırdı. Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən sonra Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü təyin edilib. Ramiz Mehdiyev 23 oktyabr 2019 – 14 fevral 2022-ci ilə qədər isə Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olub.

Vasif Talıbov – Bir zamanlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Vasif Talıbov bu vəzifəyə 16 dekabr 1995-ci ildə təyin olunub. Naxçıvan Muxtar Respublikasına 27 il rəhbərlik edən Vasif Talıbov 21 dekabr 2022-ci ildə vəzifəsindən çıxarılıb.

Elman Rüstəmov – Ölkənin baş bankiri olan Elman Rüstəmov 13 yanvar 1995-ci ildə Mərkəzi Bankın rəhbəri təyin olunub. O, da Vaisf Talıbov kimi 27 il vəzifədə qalıb və müddətdə ölkənin əsas bankına rəhbərlik edib. 12 aprel 2022-ci ildə bu vəzifədən azad edilib. Daha sonra baş nazirin müşaviri təyin olunub.

Hacıbala Abutalıbov – Hər zaman insanların yaddaşında maraqlı çıxışları ilə qalan Hacıbala Abutalıbov 17 il bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik edib. Keçmiş Bakı meri 30 yanvar 2001-ci ildən 21 aprel 2018-ci ilə qədər bu postda əyləşib. 1995-2000-ci illərdə Suraxanı rayonuna rəhbərlik edən Hacıbala Abutalıbov Bakı meri vəzifəsindən azad olunduqdan sonra – 21 aprel 2018-ci ildə Baş nazirin müavini təyin edilib və 21 okryabr 2019-cu ilə qədər bu vəzifəni tutub.

Artur Rasizadə – Azərbaycan Respublikasının 6-cı baş naziri Artur Rasizadə 15 il Nazirlər Kabinetinə 22 il rəhbərlik edib. O, ilk dəfə 26 noyabr 1996-cı ildə bu vəzifəyə təyin edilib və 4 avqust 2003-cü ildə postundan ayrılıb. Həmin ilin 31 oktyabrında yenidən baş nazir təyin olunub və fəaliyyətinə 21 aprel 2018-ci ilə qədər davam edib.

Tağı Əhmədov – Vəzifədə işlədiyi dövrdə ölkənin ən qalmaqallı məmurlarından biri kimi adı hallanan Tağı Əhmədov düz 16 il – 1998-2014-cü illər ərzində Bakı Metropoliteninə rəhbərlik edib.

Misir Mərdanov – 15 il təhsil naziri olan Misir Mərdanov bu vəzifəyə 25 mart 1998-ci ildə təyin edilib. Misir Mərdanov nazir postunda 19 aprel 2013-cü ilə qədər işləyib. 19 aprel 2013-cü ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru təyin olunub. Hələ də vəzifədədir.

Əbülfəz Qarayev – İki nazirlikdə 26 il vəzifədə olan Əbülfəz Qarayev ilk dəfə 26 iyul 1994-cü ildə nazir postuna gətirilib. 18 aprel 2001-ci ilə qədər gənclər və i̇dman naziri, 18 aprel 2001 – 30 yanvar 2006-cı illərdə gənclər, i̇dman və turizm naziri, 30 yanvar 2006 – 20 aprel 2018-ci illərdə mədəniyyət və turizm naziri, 23 aprel 2018-ci ildən 21 may 2020-ci ilə, yəni vəzifədən çıxarılana qədər mədəniyyət naziri olub.

Kəmaləddin Heydərov – Hazırda fövqəladə nallar naziri olan Kəmaləddin Heydərov 17 yanvar 1995 – 6 fevral 2006-cı illərdə Gömrük Komitəsinin rəhbəri olub. O, bu vəzifədə 11 il işləyib. 2006-ci ilin 6 fevralından bu günə qədər Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edir.

Polad Bülbüloğlu – Hazırda Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri olan Polad Bülbüloğlu 5 fevral 1991-ci ildən 30 yanvar 2006-cı ilə qədər mədəniyyət naziri olub. O, bu vəzifədə 15 il işləyib.

Əvvəlki yazı

“Space”dən ayrılan Rövşanənin yeni iş yeri bəlli oldu

Sonrakı yazı

Nazir generalın yerinə təyinat etdi (FOTO)

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.