12-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vətəndaş “Ege Hospital”da həkim səhlənkarlığının qurbanı olub – VİDEO

07 İyun 2023, 14:54
Cəmiyyət
A A
Vətəndaş “Ege Hospital”da həkim səhlənkarlığının qurbanı olub – VİDEO

Göyçay rayonu, Bığır kənd sakini Seyidov Famil Ağasəf oğlu tərəfindən şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2023-cü ildə “Ege Hospital”da əməliyyat olunan atası həkim səhlənkarlığı nəticəsində ölüm təhlükəsi ilə üzləşib:

“Mən, Seyidov Famil Agasəf oğlu, yazaraq bildirirəm ki, atam Seyidov Ağasəf Babaş oğlu “Ege Hospital”da həkim səhlənkarlığının qurbanı olmuşdur. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikasının Baş Prokurorluğuna yazılı formada ərizələr versəm də, səhlənkarlıq edən həkimlər barəsində cinayət işi açılmır.

Belə ki, 15 fevral 2023-cü il tarixində atamın vəziyyəti qəflətən pisləşdiyindən, təcili olaraq xəstəxanaya yerləşdirdik. Bir neçə gün sonra Bakı şəhərində yerləşən “Ege Hospital”da əməliyyat olundu. Əməliyyatdan iki-üç gün əvvəl hospitalda atamın əməliyyatı üçün məndən 10 min AZN pul aldılar. Mən bu pulu atamı əməliyyat edən Seymur həkim və Emin həkimin köməkçisi olan xanıma hospitalda vermişəm. Əməliyyatdan əvvəl mən hospitalın hesabına 4500 manat pul keçirmişəm. Eyni zamanda 500 manat da həkimlər məndən özlərinə pul alıblar.

Tək dərdim atamın bir anda tez sağalmağı idi. Bu səbəbdən də borc-xərc edib, istədiklərini verirdim. Atam əməliyyat olunduqdan sonra hospitaldan bizə bildirdilər ki, hesaba ödənilmiş 4500 AZN pul geri qaytarılacaq, çünki İcbari Tibbi Sığorta Agentliyi tərəfindən əməliyyat həmin vəsait ödənilib. Daha sonra xəstəxana tərəfindən qaytarılan pulu Emin həkim məndən istəyərək bildirdi ki, atanın sağalması üçün bağırsaq və damar və s. almalıyıq. Qısa müddət ərzində hospitalda həkimin dediyi şəxs mənə yaxınlaşaraq 4500 manat pulu alıb getdi.

Qeyd edim ki, “Ege Hospital”ın həkimləri atamın əməliyyat olduğu xəstəliyi tam fərqli göstərərək, onu sığortalı kimi yazıb dövləti də, bizi də aldadıblar. Atamın xəstəliyi kəskin “Aorta anevrizma” (damar partlaması) xəstəliyidir. Ürək xəstəxanası və “Ege Hospital”ın həkimləri əlbir olub, bizim başımıza bu oyunu açıblar. Dəfələrlə Azərbaycan Respublikasının Baş Prokurorluğuna bununla bağlı müraciətlər etsək də, heç bir tədbir görülməyib. Atamın da vəziyyəti günü-gündən pisləşir. Hər gün evimizə təcili yardım gəlir.

Bütün bu yazdıqlarımı sübut etmək üçün əlimdə video çəkilişlər var. Dəfələrlə prokurorluq işçilərinə bu subutları təqdim etmək istəmişəm. Polislər həkimlərin bu biabırçı əməllərinin nə səbəbə gizli qalmasını istəyirlər, bilmirik.

Deməli, bu həkimlər kimlərəsə arxayındır ki, MRT (maqnit-rezonans tomoqrafiyası və ya nüvə-maqnit-rezonansı tomoqrafiyasının) aparat həkimini də öz saxtakarlıqlarına tabe edib, sənədləri dəyişiblər. Hər bir sübutlar məndə var. Necə rüşvət almaları ilə bağlı video çəkilişi və sənədlər barəsində olan subutları sizə təqdim edəcəm. Məni məcburi olaraq bu həddə çatdırıblar. Köhnə sənədləri onlara verən zaman geri qaytarmadılar.

Çünki həmin sənəddə diaqnoz tamamilə başqa xəstəlik idi. Atam dövlətin sığortası ilə əməliyyat olunubsa, niyə məndən 15 min manat pul alıblar?

Bütün bu qanunsuzluqları Seymur və Emin həkim edib. Əlimizdə səs yazıları da var.Onlar həm pulumuzu, həm də atamın sağlamlığını alıb, heç olmasa onu müalicə etsinlər. Seymur həkim mənə telefonda söyüş söyüb, təhqir edərək cavab verir ki, “keşkə atanı stolda öldürərdim, çox səhv etmişəm”.

Bu özbaşınalığa son qoyulsun. Kasıb ailəyik, atamın sağalmağını istəyirik. Sağaltmırlar, heç olmasa verdiyimiz pulları geri qaytarsınlar, başqa yerdə müalicə etdirək.

Məsələ ilə bağlı Prezident Administrasiyasında qəbulda olmuşuq. Fuad Ələsgərovun tapşırığından sonra işi Nərimanov rayon Prokurorluğuna verdilər. Məni çağırıb izahat aldılar. Nərimanov rayon Prokurorluğundan deyirlər ki, bu mülki işdir, biz heç nə edə bilmərik, məhkəməyə müraciət etməlisiniz.

Onu da qeyd edim ki, mənim oxumaq və yazmaq savadım yoxdur. Məhkəmə pulsuz iş görmür, dövlət rüsumlarını necə ödəyim?

Hörmətli redaksiya! Sizdən xahiş edirəm, mənim səsimin prezidentə və lazımi orqanlara çatması üçün köməklik göstərəsiniz”.

 

Əvvəlki yazı

İsveçdən bir ilk! PKK terrorçusunun Türkiyəyə ekstradisiyasına razılıq verilib

Sonrakı yazı

Böyük Britaniya arıqlama inyeksiyasını təsdiqləməyə hazırlaşır

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.