06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vətən müharibəsindən sonra Azərbaycan iqtisadiyyatı – Gələcəyin təminatı olan yeni hədəflər

07 İyun 2021, 11:37
Cəmiyyət
A A
Vətən müharibəsindən sonra Azərbaycan iqtisadiyyatı – Gələcəyin təminatı olan yeni hədəflər

Vətən Müharibəsində çox qısa zaman kəsiyində, yəni cəmi 44 gündə qalib gəlməyimizin başlıca səbəblərindən biri də Azərbaycanın güclü iqtisadiyyatının olmasıdır. Hər kəsə bəllidir ki, müharibə aparmaq üçün yüksək səviyyəli hərbi təminatla yanaşı, həm də dayanıqlı və hadisələrə, dünyada baş verən proseslərə çevik reaksiya verən iqtisadiyyata malik olmalısan. Çünki bu, ümumi zəncirin bir-birinə sıx bağlı olan halqası rolu oynayır. Əks təqdirdə zəif olan halqalar qırılacaq və müharibədə istənilən nəticəni əldə etməkdə problemlər yaradardı. Azərbaycan o ölkələrdəndir ki, müharibə apardığı bir müddətdə onun infrastruktur layihələri dayandırılmadı. Yəni bir tərədfən cəbhəyə böyük vəsaitlər xərclənir, digər tərəfdən isə yol çəkilişi, binaların inşası və digər bu qəbildən olan sahələrdə iş davam etdirilirdi. O baxımdan hesab edirik ki, obyektiv yanaşma və dolğun məlumatlar iqtisadiyyat sahəsində əldə olunan nəticələrin adekvat qiymətləndirilməsinə xidmət edir. İqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti,valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklərə diqqət yetirilməlidir. Bu mənada Azərbaycan iqtisadiyyatının şəffaflığı və sahənin liberallaşması, eləcədə milli iqtisadiyyatın stratifikasiyası davamlı inkişafı təmin edir.
Vətən müharibəsində qalib çıxan Azərbaycanın iqtisaduiyyatında da yeni inkişaf meyilləri formalaşmışdır. İqtisadiyyatımız birbaşa vətəndaşın rifahına, onun sosial təminatının güclənməsinə, istehlakçının məmnunluğunun artırılmasına hesablanıb və bu istiqamətdə çox böyük naliyyətlər əldə olunub. Bu gün müştəri məmnuniyyəti dövlətin iqtisadiyyat sahəsindəki fəaliyyətinin əsas prioritetlərindən biridir. Hazırda ölkədə fəaliyyət göstərən banklar və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslara adaptasiya prosesi yekunlaşmaq üzrədir. Dövlətin çevik reaksiyası nəticəsində yaranan texniki çətinliklər öz həllini tapıb. Eyni zamanda, hazırda yenilənmiş pul nişanları ilə yanaşı, köhnə nümunəli 1, 5 və 50 manatlıq pul nişanları da paralel olaraq tədavül vasitəsidir və məhdudiyyətsiz istifadə edilir. Hazırda pul nişanlarının ödəniş terminallarında qəbulu ilə bağlı hər hansı çətinlik müşahidə olunmur. Yeri gəlmişkən qeyd edilməlidir ki, yeni pul əsginasları ilə bağlı yarana biləcək çətinliklərin aradan qaldırılması üçün Azərbaycan hökuməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülüb. Ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına adaptasiyası məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılıb, habelə müvafiq pul nişanları ilə təmin edilmiş və adaptasiya prosesinə başlanılıb. Hazırda müvafiq sistem və avadanlıqların yenilənən pul nişanlarına uyğunlaşdırılması kommersiya bankları və ödəniş xidmətləri provayderləri tərəfindən əsasən yekunlaşmış və bu sistemlər yenilənmiş pul nişanlarında ödənişləri qəbul edir. Bu da imkan verir ki, Azərbaycan insanı rahatlıqla, hər hansı bir problem yaşamadan istədiyi əməliyyatı icra edə bilsin. Hökümətin önləyici tədbirləri nəticəsində bu sahədə qaşılaşa bilinəcək bütün problemlər tam şəkildə aradan qaldırılıb.
Azərbaycan iqtisadiyyatının inkişafının surətləndirilməsi və şaxələndirilməsi istiqamətində Türkiyə ilə əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var. Bu baxımda rəsmi Bakı qardaş ölkə ilə iqtisadiu bağların bundan sonra da möhkəmləndirmək üçün prioritet istiqamətləri müəyyənləşdirib. Bir nüansı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Cari ilin 29 may tarixində Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirib. Artıq hər iki ölkənin təcrübəsinin bölüşdürülməsi və qarşılıqlı sərmayələrin yatırılması üçün yeni9 sahələr də müəyyənləşdirilib və bu istiqamətdə də əhəmiyyətli addımlar atılıb.

Hazırda Azərbaycanda yeni çağrışlara əsaslanan idarəetmə infrastrukturunun təkmilləşdirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsi prosesləri çox surətlə həyata keçirilir. Hüç şübhəsiz ki, bu da dövlətin inkişafından xəbər verən əsas göstəricilərindən biridir. İqtisadiyyat Nazirliyinin yeni binasının memarlıq üslubu, texniki təchizatı və ultra-müasir konsepti əslində ölkəmizin iqtisadiyyat sahəsindəki iddia və potensialından xəbər verir. Cari ilin 28 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş Nazirliyin yeni binasının açılışı dolayısilə Azərbaycanın regionun lider ölkəsi statusunun növbəti təsdiqidir. Azərbaycan iqtisadiyyatı gücləndikcə onun binalarının əzəməti də, iqtisadi fəallığı da böyüyür. Maliyyə sabitliyi, daynıqlı iqtisadi durum və iqtisadi istər-istəməz regionun aparıcı ölkəsi kimi əlavə imkanlar yadır. Bütün bu imkanlar da rəsmi Bakıya ölkəmizin milli maraqlarını ən üst səviyyədə həyata keçirməsi ilə nəticələnir.

Seymur Qasımbəyli

Əvvəlki yazı

Polis əməliyyat keçirdi: Saxlanılanlar var – Video

Sonrakı yazı

Türkiyəli müğənninin Bakı konsertində karantin qaydaları pozuldu (VİDEO)

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.