19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vəzifəsini itirən məmurlar niyə dərhal xəstələnir?

20 Noyabr 2018, 14:03
Uncategorized
A A
Vəzifəsini itirən məmurlar niyə dərhal xəstələnir?

Uzun müddətdir Türkiyədəki “Amerikan Hastahanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədov oktyabrın 16-da Azərbaycana qayıdıb. Modern.az-ın Gəncədəki mənbədən əldə etdiyi məlumata görə, F.Məmmədov Azərbaycana qayıdan kimi, oktyabrın 16-sı gecə ilə Gəncə Beynəlxalq Hospitalına yatırılıb.

Sabiq nazirin qış aylarında Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında olacağı bildirilir. Mənbə qeyd edir ki, Türkiyədəki həkimlər F.Məmmədovun ölümlə üzləşdiyi ağır xəstəlikdən sonra səhhətinin tam normallaşması üçün Azərbaycanda reabilitasiya keçməsini məsləhət görüblər.

Eks-nazir bu səbəbdən də mütəmadi olaraq səhhəti ilə bağlı müalicə aldığı şəxsi xəstəxanasına üz tutub. Əldə etdiyimiz daha bir məlumata görə, həkimlər yaşaması üçün F.Məmmədova spirtli içki yasağı qoyublar.

Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınmışdı. F.Məmmədov 2018-ci ilin iyununda Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O, “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı. Sabiq nazir Türkiyədə olarkən, səhhətinin nisbətən stabilləşdiyi dövrlərdə məşhur “Çırağan Palace”da da dincəlib.

Xatırlaqdak ki, bu, vəzifəsini itirən ilk nazirin xəstələnməsi xəbəri deyil. Daha öncə də yüksək vəzifəsini itirmiş nazirlərin, məmurların dərhal müalicə üçün xarici ölkələrə, ya da elə yerli xəstəxanalara – hərçənd ki, bu nümunə olduqca azdır – müraciət etməsi halları geniş yayılıb. Ya da türməyə düşən məmurların dərhal xəstələnməsi, müalicə üçün xəstəxanaya köçürülmə müraciətini də zaman-zaman izləmişik. İlkin rəylər belədir ki, bu, bir çox hallarda psixoloji gərginliyin nəticəsidir. Yəni tibbi rəylərə əsasən, gərginlik bir çox xəstəlik ocaqlarını tətikləyir və nəticədə uzun illər gərgin şəraitdə çalışan məmurun sağlamlığında daha öncə özünü göstərən problemlər birdən-birə partlayış kimi üzə çıxır.

Eks-nəqliyyat naziri Ziya Məmmədovun, sosial müdafiə naziri Səlim Müslümovun səhhətində də buna bənzər hallar yaşanıb. Həbsə düşən məmurların dərhal həkimə müraciəti isə sözügedən şəraitə adaptasiya ola bilməməsi ilə bağlıdır. Amma daha böyük fakt isə Azərbaycanda məmurların vəzifəsini itirməsi ilə həyatlarındakı bütün imtiyazları eyni zamanda itirməsidir. Çünki məmur bilir ki, kreslosu ilə vidalaşıbsa, yüksək həyat standartlarına da dərhal əlvida deyir.

Amma siyasi analitiklərə görə, sabiq məmurlar bəzən iz itirmək, diqqəti özündən yayındırmaq, başqalarının ona acıması üçün xəstəlik “arqumentindən” istifadə edir. Amma məsələnin psixoloji-sosial, yəni elmi izahı da var. Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, insanın vəzifəsini itirməsi ilə xəstələnməsi, əməliyyata ehtiyac duyması arasında bir əlaqə var. Müsahibimiz tanışları arasında vəzifəsini itirən kifayət qədər insanlar olduğunu xatırlatdı: “Onların vəzifəsini itirməyini belə izləmişəm. 1997-ci ildə mənim də kifayət qədər böyük vəzifəm vardı. Mən o vəzifəni itirdim. Amma vecimə də olmadı. O baxımdan durumu həm praktik, həm də nəzəri cəhətdən izah edə bilərəm. Bu, hər bir insanın üstünlük verdiyi dəyərlərdən asılıdır. Bəzi insanlar daha çox elə dəyərlərə üstünlük verir ki, o, maddiyyatla, şöhrətlə bağlıdır. Onun psixologiyasında cinayət tərkibli nəsə varsa, vəzifəsini itirəndə böyük gərginlik keçirirlər. Həyata maddi məqamlarla bağlı olan, əməllərində cinayət tərkibi olan insanlar vəzifələrini itirəndə qorxu və stress yaşayırlar. Onlar düşünürlər ki, bir azdan yoxlama ola və nələrsə üzə çıxa bilər. Ortada biabır olmaq və cəza almaq təhlükəsi olur. Bir çoxu da pul itirdiklərinə görə gərginlik keçirirlər. Çünki bəzi məmurlar işlərini itirməmək üçün öncədən çoxlarına pul verirlər. Ortada pul da itib batır. Bu, insanın fəaliyyətinin növündən, psixologiyasından, həyata baxışlarından asılıdır. Elə insan var ki, çox təbii qarşılayır”.

Müsahibimiz xatırlatdı ki, zamanında Milli Məclisdə böyük vəzifə sahibi idi. Ə.Qəşəmoğlu vəzifəsini itirdiyi zaman bundan sonra daha çox elmi, bədii fəaliyyətlə məşğul olacağının sevincini yaşadığını dedi: “Çünki həmin vəzifədə olanda nə elmi, nə də bədii fəaliyyətlə məşğul ola bilirdim. Vəzifədə olanda da deyirdim ki, görəsən, nə zaman bu işdən canım qurtulacaq. Bu məmurların çoxunun fəaliyyətində də cinayət tərkibli məqamlar çox olur. Ona görə də bu kimi hallar baş verir. Başqa ölkələrdə də insanlar işdən çıxırlar. Amma buna bizdəki kimi faciəvi yanaşılmır, sakit qarşılayırlar”

 

Əvvəlki yazı

İlham Əliyev Jurnalistlər İttifaqının sədrini qəbul edib

Sonrakı yazı

Kremldən işğal edilmiş torpaqlarla bağlı SENSASİON QƏRAR: Buna hazırlıq gedir

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.