Azərbaycan Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib.
Reportyor.info-nun məlumatına görə, jurnalist İsmayıl Nəsibli Kollegiyanın mətbuat katibi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, İ.Nəsibli uzun müddət media sahəsində çalışıb. Buna qədər o “Report” İnformasiya Agentliyində redaktor vəzifəsində işləyirdi.