12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ÜST sağlam şəxslərin maska taxmasını məsləhət bilmir – Professorun şərhi

19 Aprel 2021, 13:03
Sosial
A A
ÜST sağlam şəxslərin maska taxmasını məsləhət bilmir – Professorun şərhi
“Ümumdünya Səhiyyə Təşkilatının (UST) “Covid-19-dan fərdi qorunma vasitələrindən rasional istifadə” haqqında 5 iyun 2020-ci il tarixli “Müvəqqəti tövsiyə” sənədində maskadan kovidli xəstələrlə işləyən tibb personalı və fərdi şəxslərin istifadəsi məsləhət görülür. Profilaktik məqsədlə sağlam şəxslər tərəfindın istifadəsi, məlum riskləri baxımından məsləhət görülmür”. 
Qaynarinfo xəbər verir ki, bu sözləri professor Musa Qəniyev tibbi maskalarla bağlı növbəti şərhində deyib.
Onun sözlərinə görə, Covid-19-la mübarizə tədbirlərinin gücləndirilməsi haqqında ÜST-ün 1 dekabr 2020-ci il tarixli “Müvəqqəti tövsiyə” sənədində, yuxarıdakılara əlavə olaraq, maskadan istifadənin, həmçinin qapalı məkanlarda, tədris müəssisələrində, eləcə də 1 metrlik sosial məsafənin saxlanılması mümkün olmayan, əhalinin kütləvi toplaşdığı açıq məkanlarda da (kütləvi tədbir, mitinq və s.) lazım olduğu qeyd olunur:
Təbii ki, ÜST-ün qəbul etdiyi istənilən sənəd, üzv ölkələr üçün yalnız tövsiyə xarakteri daşıyır. Bu tövsiyələri təhlil edərək, hər bir ölkə öz vətəndaşlarının qorunması üçün fərdi qərarlar qəbul edir.
Bu səbəbdəndir ki, Avropanın bir çox ölkələri, cənubi-şərqi Asiya ölkələri, ümumiyyətlə, hazırda “Covid”in yayıldığı 219 ölkənin içərisində sivil sayılanların xeylisində maska taxmaq hazırda rəsmiləşdirilib.
Balanslı münasibət olsun deyə, mən maska taxılmasının həm müsbət, həm də mənfi cəhətləri haqqında məlumat verəcəyəm.
Az da olsa, müsbət cəhətləri haqqında (çünki mənfi cəhətləri daha çoxdur):
1. İlk növbədə maska taxan bəzi insanların keçirdiyi gərginlik, həyəcan və boğulma hissi  haqqında:
Bu, bəzi insanlar arasında müşahidə olunsa da, patoloji bir hal deyil. Həmin şəxslərdə orqanizmin mövcud şəraitə qarşı verdiyi normal, adekvat cavab reaksiyasıdır. Əsasında mimetik əzələlər və üz cizgilərilə verilən reaksiyanın bloklanması duran və ən çox həyat eşqi yüksək (həyatsevər), eləcə də aqressiv təsirlərə qarşı “sinirlərin qıcıq qapısı” qısa olan, yəni çox həssas insanlar, həmçinin fobik vəziyyətlərə meyilli şəxslərdə müşahidə olunan bu halın, heç bir qorxusu və ya ciddi narahatlığa əsası yoxdur.
2. Maska taxmaqla, özünüzü olmasa da, heç olmasa sevdiklərinizi yoluxmadan az da olsa qoruyursuz. Çünki Covid-19-a yoluxmuş və xəstəliyin aktiv fazasında olan şəxsin tək öskürmək və asqırması deyil, sadəcə sizinlə ünsiyyətdə olarkən, bərkdən danışması, oxuması, hətta ürəkdən ah çəkməsi belə kifayətdir ki, yoluxma baş versin.
3. Maska taxmaq bir də o halda lazımdır ki, hərgah siz virusun mövcudluğu nəinki şübhə doğuran, hətta ehtimal olunan bir mühütdəsizsə və müəyyən səbəblərdən sosial məsafə saxlaya bilmirsizsə.
4. Hərqah insan xəstəlikdən sağalmışsa və məlum karantin dövrün yaşayırsa. Mənim fikrimcə, bu müddət 14 gün yox, virusun mövcudluğunu ehtimal etməyə əsas verən klinik əlamətlərdən biri kimi, öskürəyin davam etdiyi müddət götürülməlidir. Unutmaq olmaz ki, belə şəxslər fərdi izolyasiyaya alınıbsa və ya özləri buna bilərəkdən gedirsə, tək olduqları müddətdə heç bir halda maska taxmamalıdır. Çünki sağalma dövründə, hətta  sporadik baş verən öskürək aktı, kompensator tənzim reaksiyası olub, orqanizmin virusdan tam təmizlənməsi və ya “mütləq sağalmanı” sürətləndirən və ona zəmanət verən əsas amillərdən biridir.
5. Yuxarıdakı bəndlər üzrə uğurlu nəticə, maskadan istifadə zamanı aşağıda söylədiyim bütün prosedurlara yalnız düzgün əməl edildiyi təqdirdə mümkündür:
a) maskanı taxmazdan əvvəl əllər yuyulmalı və gigienik olaraq təmizlənməlidir.
b) maskanı diqqətlə yoxlamaq lazımdır ki, zədələnmiş (cırılmış, deşilmiş və s.) olmasın. Əks halda həmin maskadan istıfadə yoluxma riskini yalnız artırır. Özü də tək Covid-19-a qarşı yox.
c) maskanı taxdıqdan sonra, heç bir halda ona əllə toxunmaq olmaz. Təsadüfən maskaya əllə toxunduqda, əllər anında dizenfeksiya edilməlidir.
d) maskada nəmlik hiss etdikdə, onu təcili olaraq yenisi, qurusu və təzəsi ilə əvəz etmək lazımdır.
e) mən bu punktları çox uzada bilərdim, lakin sizi yormamaq üçün etmirəm.
Bu söylədiklərimə bir kimsə tam olaraq əməl edirmi? Bunların bəzisinə hətta biz istəsək də belə, əməl etmək çox müşkül məsələdir. Məsələn, hər bir insan bir saat ərzində istəməsə belə, əllərini  4-5 dəfə ağzına, üzünə, burnuna və gözünə toxundurur. Bilmək lazımdır ki, bu “Reptil” sistemlə bağlı, yəni bizdən asılı olmayan qeyri-iradi bir hərəkətdir. Maska taxıldığı halda isə, məlum səbəbdən əllə maskaya toxunmaq söylədiyim rəqəmin on misli qədər artır.
Mənim fikrimə görə, Covid-19-dan qorunmaq üçün, bunların hamısından daha lazımlısı, daha vacibi və daha sadəsi, insanın yalnız şəxsi gigiena qaydalarına əməl etməsi, xüsusən yoluxmanın 90-95% nisbətində ilkin və əsas səbəbi olan “filematologiya” prosedurunu əbədi olaraq unutması, bu alınmadığı təqdirdə, pandemiyanın sonuna qədər ondan uzaq durmasıdır. Qəribə və dəhşətlisi odur ki, bu hal, hazırda pandemiyadan əvvəlki dövrdən də yüksəkdir. Əsasən də yeniyetmələr, gənclər və birinci yetkinlik yaş dövründə olan insanlar arasında. Odur ki, Covid-19 gəncləşib deyənlərə xatırladıram: o gəncləşməyib, onu zornan, özü istəməsə belə, məlum “abnormal” ünsiyyət formasına görə gəncləşdirirlər. Odur ki, bu adət yasaqlanmalıdır. Təbii ki, heç kimə, hətta düşmənə belə arzulamadığımız sünü oksigen aparatına bağlanmaq istəmirsizsə…”
Əvvəlki yazı

Xocavənd yolunda işlər yekunlaşır

Sonrakı yazı

Prezidentdən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası ilə bağlı sərəncam

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.