ÜST rəsmisindən “vaksin pasportu” ilə bağlı
Dünya21:03Oxunma sayı: 1106
“Koronavirus vaksinasiyasının virusun yoluxmasına mane olub-olmaması məsələsindəki qeyri-müəyyənlik və dünyadakı peyvənd ədalətsizliyi səbəbindən indidən “vaksin pasportu”na müsbət yanaşmırıq”.
“Reportyor.info” xəbər verir ki, bunu BMT-nin Cenevrə Ofisində təşkil olunan mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqarit Harris deyib.
“Vaksin pasportları” ilə bağlı iki böyük problem var. İndi peyvənd olunmağın başqalarına virus yoluxmasın mane olub-olmadığını söyləmək üçün kifayət qədər məlumata malik deyilik.
www.bravosupermarket.az
Daha ətraflı
“Vaksin pasportu”nun tətbiqindəki ikinci problem isə koronavirus vaksininin ədalətsiz paylanmasıdır”, – M.Harris vurğulayıb.
Onun sözlərinə görə, bir çox ölkələrdə peyvəndə əlçatanlıqda problemlər var:
“Vaksində ədalət problem vacibdir. Vaksinlərin ədalətli paylaşımı olanda, “vaksin pasportu” çox vacib olacaq”.
Discussion about this post