Cenevrədə mətbuat konfransı keçirən ÜST-nin Baş Direktoru Tedros Adhanom Ghebreyesus, cəmiyyətin toxunulmazlığının həm ötürülmə, həm də peyvənd yolu ilə artdığını, bir ildən artıqdır ki, ölüm və xəstəxanaya yerləşdirilmələrdə azalma olduğunu qeyd edib. Əksər ölkələrdə həyatın COVİD-dən əvvəlki vəziyyətə qayıtdığına diqqət çəkən Ghebreyesus, “Bu səbəbdən böyük ümidlə bəyan edirəm ki, COVID-19 artıq qlobal sağlamlıq vəziyyəti deyil”. ÜST-nin 30 yanvar 2020-ci ildə fövqəladə vəziyyət elan etməsindən bəri dünyada təxminən 7 milyon insan COVID-dən dünyasını dəyişib.