Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Cəmiyyət

Uşaqların I sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılır

2018-05-24
in Cəmiyyət
0
Uşaqların I sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılır
0
Paylaşılıb
20
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Azərbaycanda 6 yaşı təqvim ili ərzində (uşağın məktəbə getməli olduğu il) tamam olmayan uşaqların I sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılır.

Bənzər Yazılar

Yoluxma kəskin artdı: 352 nəfər…

Virus mövsümi hal alacaq – İnfeksionist

Əfqan Nağıyevin qardaşı haqda yenidən cinayət işi başlandı

Mlli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Trend-ə bildirilib ki, ilin hansı ayında anadan olmasından asılı olmayaraq, təqvim ili ərzində 6 yaşı tamam olan bütün uşaqlar həmin ildə I sinfə qəbul olunacaqlar. Bununla bağlı “Təhsil haqqında” qanuna yeni əlavələr edilir.

İ.Həbibbəyli qeyd edib ki, 6 yaşı təqvim ilinin sentyabr ayının 15-dək tamam olmayan uşaqların I sinfə qəbulu zamanı müəyyən bürokratik əngəllər olurdu:

“Bəzən deyirdilər ki, uşağın I sinfə qəbulu üçün 5-6 ay çatmır, gərək uşağın 6 yaşı tamam olsun. Bu da narazılığa yol açırdı”.

İ.Həbibbəyli bildirib ki, əvvəllər ölkədə məktəbəhazırlıq qruplarının sayı kifayət qədər olmadığından 6 yaşı tamam olmamış uşaqların I sinfə vaxtından əvvəl qəbulu üçün valideynlər xüsusi qaydada müraciət edirdilər. Bu müraciət əsasında uşaqlar xüsusi komissiyaların razılığı əsasında I sinfə cəlb edilirdilər.

Komitə sədri qeyd edib ki, qanuna edilən yeni dəyişiklik 5 yaşlıların hamısının məktəbəhazırlıq qruplarına cəlbinə imkan yaratmaqla yanaşı, 6 yaşı təqvim ilinin sonuna qədər tamam olan bütün uşaqların I sinfə qəbuluna imkan yaradacaq:

“Belə olan halda, vaxtından əvvəl I sinfə qəbul üçün 6 yaşı tamam olmayan uşaqların istedadlarının xüsusi komissiyalar tərəfindən yoxlanılmasına lüzum qalmayacaq. Çünki bütün hallarda 5-6 yaşlıların hamısı maneəsiz təhsilə cəlb oluna biliəcəklər”.

Azərbaycanda 5 yaşlıların məktəbəhazırlıq təhsilinə cəlbi imkanlarının artdığını və ölkədəki orta məktəblərdə də artıq məktəbəhazırlıq qruplarının yaradıldığını nəzərə çatdıran İ.Həbibbəyli əlavə edib ki, ötən ildən ölkə üzrə üzrə bütün 5 yaşlı uşaqlar məktəbəhazırlıq qruplarına cəlb edilrlər:

“Bu, “Məktəbəqədər təhsil haqqında” qanunda da təsbit edilib. Bu qanuna əsasən, istedadlı olub-olmamasından asılı olmayaraq, ölkədəki bütün 5 yaşlı uşaqlar məktəbəhazırlıq qruplarına cəlb olunurlar. Bu təcrübə dünyanın qabaqcıl ölkələrində də var. Azərbaycanda məktəbəhazırlıq yaşında olan uşaqların demək olar ki, 90 faizi məktəbəqədər təhsilə cəlb olunub. “Məktəbəqədər təhsil haqqında” qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri olduğundan xüsusi istedadlı uşaqların ayrı-ayrılıqda, fərdi qaydada məktəbə cəlb edilməsinə xüsusi ehtiyac qalmır”.

Qeyd edək ki, Azərbaycanda ümumtəhsil müəssisələrinin I sinfinə fiziki və əqli cəhətdən normal inkişaf etmiş, həmin ilin sentyabr ayının 15-nə kimi 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. 6 yaşı 16 sentyabr-31 dekabr müddətində tamam olan uşaqların I sinfə qəbulu isə “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən aparılır. Bu qaydalara əsasən, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (qanuni nümayəndələrinin) I sinfə qəbulu qəbulu məsələsinə bilavasitə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında baxılır.

Ümumtəhsil müəssisəsinin məktəbəhazırlıq qrupunda məşğul olmuş xüsusi istedadlı uşaqlar ümumtəhsil müəssisəsinin rəhbərinin təqdimatı əsasında həmin müəssisənin I sinfinə müsahibəsiz qəbul olunurlar.

Uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müsahibə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) nəzdində yaradılan və 5 nəfərdən az olmayaraq yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən ibarət (ibtidai sinif müəllimi, həkim, psixoloq, metodist və s.) komissiya tərəfindən uşağın tədris alacağı dildə aparılır. Hər bir uşaqla müsahibə bir qayda olaraq 15-20 dəqiqə aparılır. Müsahibə zamanı uşağa zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün nəzərdə tutulmuş 4 sual verilir. Hər bir suala cavab 5 ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur.

Komissiya müəyyən edilmiş zehni keyfiyyətlərlə yanaşı, uşağın psixoloji dayanıqlılığını, fiziki durumunu və səhhətinin vəziyyətini də qiymətləndirib yekun rəy hazırlayır. Komissiyanın rəyi müsahibə aparıldığı gün açıqlanır.

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

“Son dövrlərdə ailələrdə qadınlar kişilərdən daha çox irəli gedir” – Hicran Hüseynova

Sonrakı yazı

DİN Sabunçuda əməliyyat keçirdi- Silah və narkotik vasitə aşkarlandı

Sonrakı yazı
DİN Sabunçuda əməliyyat keçirdi- Silah və narkotik vasitə aşkarlandı

DİN Sabunçuda əməliyyat keçirdi- Silah və narkotik vasitə aşkarlandı

PREZİDENT 634 NƏFƏRİ ƏFV ETDİ – 12 siyasi məhbus da əfv olunub + TAM SİYAHI

PREZİDENT 634 NƏFƏRİ ƏFV ETDİ – 12 siyasi məhbus da əfv olunub + TAM SİYAHI

“WhatsApp”da xəta: Bloka atılanlara icazə verildi

“WhatsApp”da xəta: Bloka atılanlara icazə verildi

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Nazir özünə yeni müşavir təyin etdi (FOTO)

Nazir özünə yeni müşavir təyin etdi (FOTO)

2021-03-02
İnternet yox, telekanallar tutmur…Laçından maraqlı – Reportaj/Foto

İnternet yox, telekanallar tutmur…Laçından maraqlı – Reportaj/Foto

2021-03-02
Etibar Əliyevdən Fərəc Quliyevin oğluna ittiham – Qalmaqal

Etibar Əliyevdən Fərəc Quliyevin oğluna ittiham – Qalmaqal

2021-03-02
Sevda əri ilə istirahətdə – Foto

Sevda əri ilə istirahətdə – Foto

2021-03-02
Yoluxma kəskin artdı: 352 nəfər…

Yoluxma kəskin artdı: 352 nəfər…

2021-03-02
General Səid Məhəmməd İranda prezidentliyə hazırlaşır?

General Səid Məhəmməd İranda prezidentliyə hazırlaşır?

2021-03-02
Ordu rəhbərliyi Paşinyana görə ikiyə bölünüb

Ordu rəhbərliyi Paşinyana görə ikiyə bölünüb

2021-03-02
Azərbaycanda 22 498 nəfər peyvənd olunub

Azərbaycanda 22 498 nəfər peyvənd olunub

2021-03-02
Virus mövsümi hal alacaq – İnfeksionist

Virus mövsümi hal alacaq – İnfeksionist

2021-03-02
Martın 3-dən məktəblər bağlanır? – Nazirlik açıqladı

Martın 3-dən məktəblər bağlanır? – Nazirlik açıqladı

2021-03-02
Rektor partiyadan gedir

Rektor partiyadan gedir

2021-03-02
Hafiz Hacıyev: “YAP-çılar Mehdiyevin diktəsi ilə oturub-dururlar”

Hafiz Hacıyev: “YAP-çılar Mehdiyevin diktəsi ilə oturub-dururlar”

2021-03-02
DYP Bakıda dəhşətli tıxacların səbəbini açıqladı

DYP Bakıda dəhşətli tıxacların səbəbini açıqladı

2021-03-02
“Kapitalbank” 3 milyonu necə çıxarıb? – Yaşat Fondu bəhanəsi…

“Kapitalbank” 3 milyonu necə çıxarıb? – Yaşat Fondu bəhanəsi…

2021-03-02
Anar: “Qurultay pandemiyadan sonra keçiriləcək”

Anar: “Qurultay pandemiyadan sonra keçiriləcək”

2021-03-02
Məktəbdə 8 Mart üçün pul yığılarsa… – Nazirlik

Məktəbdə 8 Mart üçün pul yığılarsa… – Nazirlik

2021-03-02
YAP-da növbədənkənar qurultay: “yarpaq tökümü” gözlənir

YAP-da növbədənkənar qurultay: “yarpaq tökümü” gözlənir

2021-03-02
Deputat Operativ Qərargaha üsyan etdi – Bu mifik qurumda…

Deputat Operativ Qərargaha üsyan etdi – Bu mifik qurumda…

2021-03-02
Bərdə xəstəxanasında biabırçı olay – Üzrü günahından betər… (SƏS YAZISI)

“Biri ayağı dabanlı, biri dabansız geyinərsən” – Bərdə xəstəxanasında rəzalət

2021-03-02
Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video

Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video

2021-03-02

Seçmə

  • Bütün
  • SEÇMƏ
Nazir özünə yeni müşavir təyin etdi (FOTO)
SEÇMƏ

Nazir özünə yeni müşavir təyin etdi (FOTO)

2021-03-02
İnternet yox, telekanallar tutmur…Laçından maraqlı – Reportaj/Foto
Araşdırma

İnternet yox, telekanallar tutmur…Laçından maraqlı – Reportaj/Foto

2021-03-02
Anar: “Qurultay pandemiyadan sonra keçiriləcək”
SEÇMƏ

Anar: “Qurultay pandemiyadan sonra keçiriləcək”

2021-03-02
Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video
SEÇMƏ

Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video

2021-03-02
“Türkiyən xüsusi qüvvələrinin İrəvanda yerləşdirilməsi…” 
SEÇMƏ

“Türkiyən xüsusi qüvvələrinin İrəvanda yerləşdirilməsi…” 

2021-03-02
Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ
SEÇMƏ

Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

2021-03-01
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Nazir özünə yeni müşavir təyin etdi (FOTO)

Nazir özünə yeni müşavir təyin etdi (FOTO)

2021-03-02
İnternet yox, telekanallar tutmur…Laçından maraqlı – Reportaj/Foto

İnternet yox, telekanallar tutmur…Laçından maraqlı – Reportaj/Foto

2021-03-02
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.