“Bu, çox faciəli statistikadır”.
Reportyor.info xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında körpə ölümü ilə bağlı statistikaya aydınlıq gətirərkən deyib. O, bunu qadınların yaşayış səviyyəsinin ağır olması ilə əlaqələndirib:
“Statistikada bildirilir ki, ötən il çəkisi 1000 qramdan aşağı doğulan körpələrin sayı 268 olub ki, onlardan 105 körpə xilas edilib, 163-ü həyatını itirib. Bunun başlıca səbəblərinə yaşam şərtlərinin ağır olması ucbatından qıdalanmanın normadan aşağı olması, hamilə qadınlar üçün ödənişsiz tibbi sığortanın işləməməsindən müntəzəm müayinə və müalicə prosedurlarının göstərilməməsi, səhiyyənin və ekologiyanın acınacaqlı durumu, içməli suyun keyfiyyətsizliyi, cəmiyyətdə və ailədə psixoloji gərginliklərin artması daxildir. DSK-nın məlumatına görə, 2019-cu ildə 1 yaşadək ölən uşaqların sayı 1557 nəfər, 5 yaşadək ölən uşaqların sayı 1835 nəfər olub ki, bu da əvvəlki ildəkindən 10 nəfər çoxdur. Baxmayaraq ki, 2019-cu ildə doğulan uşaqların sayı 2018-ci ildən az olub”.
Qubad İbadoğlu təəssüf hiss ilə qeyd edib ki, uşaq ölümünün azaldılması Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün strategiyasının icrasından gözlənilən nəticələrə daxil edilməyib.
Discussion about this post