Müğənni Mina Hüseyn yeni eşqə yelkən açıb.
O, “MTV Maqazin” proqramına Ümrə ziyarətində tanış olduğu sevgilisi ilə bağlı açıqlama verib.
“Bəli, Allaha şükür, hər şey yaxşıdır. Xoşbəxtəm. Cəmi bir aydır tanışıq. Ona görə də hələ ağız dolusu danışa bilmirəm. Hələ ki bir-birimizi tanıyırıq. İnşallah yaxşı olar”.
İfaçı bildirib ki, bu münasibətini rəsmiləşdirmək barədə hələ düşünmür:
“Hələ tezdir. Biz hələ bir-birimizi tanıyırıq. Ona görə də toy haqqında danışmaq tezdir. Ümumiyyətlə, onun haqqında çox danışmaq istəmirəm. Qısaca demək istəyirəm ki, çox xoşbəxtəm. Hər şey qaydasındadır, gözəldir. Xanımlara tövsiyə edirəm ki, harada qayğı, hörmət, kübarlıq var, hər zaman orada olsunlar. Mən də özümü çox qayğılı hiss edirəm. Çox yaxşı insandır, yəni mənə qarşı çox hörmətlə yanaşır. Əsas odur. Xoşbəxtəm”.
O bildirib ki, sevdiyi şəxs onun sənətini də sevir və bu işdə qadağa yox, əksinə dəstəyini nümayiş etdirir:
“Heç bir qadağası yoxdur. Çox gəşəng, sağlam, gözəl düşüncələri olan insandır. Əsas odur ki, məni çox sevir, çox diqqət edir. Ən əsası hörmət edir. Amma belə qadağalar yoxdur. O bilir ki, mən müğənniyəm və hər yerdə də olmalıyam. Təbii ki, onun nəzarəti altında hər şey olur.
Ailədə hər zamankı kimi mənə çox dəstək olurlar və deyirlər ki, bir-birinizi tanıyın. İnşalah qismətdir, zamanla hər şey yaxşı olacaq. Əgər qismətimdə varsa, Allah sənə bunu yazıbsa növbəti evliliyin də normal olacaq. Olmasa da, yenə yoluna davam et, sən güclü qadınsan“.
O, sevdiyi adamla Ümrə ziyarətində tanış olduğunu dilə gətirib:
“Biz onunla Ümrə ziyarətində tanış olmuşuq və bu, Allahın qismətidir. Çünki biz o boyda yerdə tanış olmuşuq. Ona görə də ilk güvəndiyim təbii ki, Allahdır. Ondan sonra da zaman göstərəcək. Biz sadəcə olaraq tanışma mərhələsindəyiq və istəmirik ki, bizim münasibətimiz çox müzakirələrə səbəb olsun, çox danışılsın, dedi-qodulara düşsün. Həm də bu, şəxsi həyatdır, ona görə istəmirəm çox müzakirələrə səbəb olsun. Göz, nəzər dəyər, ona görə istəmirik. Gərək şəxsi həyatla bağlı göz-nəzərdən qaçasan, yəni məxfi qalsın, çox açıqlamalar etməyəsən. Çünki şəxsi həyatımla çox gündəmdə oldum.
İnsanlar oldu-olmadı o qədər sözlər deyirlər ki, mənim haqqımda. Bu, təbii ki, mənə bir xanım kimi xoş deyil. Ona görə də növbəti bir həyatımda da istəmirəm, belə bir şeylər olsun. Həyatda heç kimi qınamasınlar. Çünki qınadığın şey hər zaman sənin başına gəlir. Hər kəsə xoşbəxtlik arzulayıram. Onlardan da istəyim budur ki, mənə xoşbəxtlik arzulasınlar. Başqa heç bir şey istəmirəm”.
https://www.youtube.com/watch?v=H2GSYahv_UA&embeds_euri=https%3A%2F%2Fbig.az%2F&source_ve_path=MjM4NTE&feature=emb_title