27-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ümid Partiyası həftəlik fəaliyyəti ilə bağlı məlumat yaydı

20 Noyabr 2022, 02:48
Cəmiyyət
A A
Ümid Partiyası həftəlik fəaliyyəti ilə bağlı məlumat yaydı

 

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (14 – 18 noyabr) fəaliyyəti ilə bağlı məlumat yayıb.

 

Ümid Partiyasının Rəyasət Heyətinin toplantısında Azərbaycanın daxili və xarici siyasəti müzakirə edilib.

“Reportyor.info” xəbər verir ki,toplantıda qardaş Türkiyənin İstanbul şəhərinin Taksim caddəsinin İstiqlal küçəsində törədilmiş terror hadisəsi hiddətlə qarşılanıb, Rəyasət heyəti bu teraktı pisləyib, terrorizmdən əziyyət çəkən dövlət kimi terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayaraq, qardaş, doğma Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayıblar. Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət heyəti bu terror aktının qurbanı olmuş şəxslərə rəhmət, onların ailələrinə, yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib və yaralıların tezliklə şəfa tapmasını diləyiblər.

Toplantıda İran casus şəbəkəsinin ifşası alqışlanıb, ümumiyyətlə xarici dövlətlərin Azərbaycanın daxilində təxribat törədən şəbəkələrinin əl-ayağının tamamilə kəsilməsi üçün hakimiyyətə təkliflər irəli sürüblər.

Rəyasət Heyətinin iclasında qeyd olunub ki, İranla Azərbaycan arasındakı gərginliyin səbəbi İranın özüdür. Çünki Azərbaycan illərdir diplomatik münasibətlərin korlanmaması üçün İranın Ermənistana müsbət münasibətini gözardı edib, çalışıb ki, ölkələr arasında gərginlik olmasın. İran isə bütün hədləri aşaraq, Ermənistan-Azərbaycan münasibətləri çərçivəsində özünü qatı erməni və Ermənistan tərəfdarı kimi göstərir və Ermənistanı özünün qırmızı xətti elan edib. Xüsusilə, 9-dan 10-a keçən gecə bağlanan müqaviləyə əsasən, İran adlanan rasist fars rejimi bu məsələdə ən qatı mövqe qoyub və hətta bunu sərhədlərin dəyişdirilməsi kimi qiymətləndirib və bugünədək də əlinə düşən bütün fürsətlərdə Azərbaycanın üzərinə gedir, o cümlədən də Azərbaycanın daxilində ideoloji nöqteyi-nəzərdən dini amildən istifadə edərək, daxildə təxribatlar törətməyə və yaxud da özünə sərfəli qruplar saxlamağa cəhd edir. Bu da təbii ki, Azərbaycanın zaman-zaman mövqe bildirdiyi məsələdir.

İclasda bildirilib ki, indi İran Azərbaycana nota veribsə, Azərbaycan nə etməlidir? Azərbaycanın edəcəyi və kimsənin qarışa bilməyəcəyi bir məsələ var. Azərbaycan İranın burdakı təxribatçı qruplarının stər ideoloji, istərsə də etnik-separatçı nəzərdən cəhd etdiyi addımlarda ayaqlar kəsilməlidir. Bundan əlavə də nota verdiyi təqdirdə də Azərbaycan o nota ilə artıq nə mövqeyini, nə də siyasətin dəyişən deyil.

Müavinliyin iclasında qeyd olunub ki, əslində İran Azərbaycandan qorxmalıdır və bütün dünya bilir ki, İran adlanan ərazidə 40 milyon soydaşlarımız var və o soydaşlarımız 44 günlük savaşda təkcə Ümid Partiyasının sədri İqbal Ağazadənin çağırışı ilə Ermənistana humanitar adıyla içində hərbi sursatlarla dolu yardım gedən tırların qarşısını aldılar, Ərdəbil-Təbriz yolunda onlarla tır yandırdılar.

İran ona görə qorxmalıdır ki, Azərbaycandan dövlət səviyyəsində bir çağırış olsa, görün, İranın parçalanmasında azərbaycanlı soydaşlarımızın hansı səviyyədə rolu olar. Ona görə də İran Azərbaycanı təhdid etməyə qalxmamalıdır.

Həftə ərzində 15 noyabr tarixində Ümid Partiyası Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat verib. Bəyanatda qeyd olunub ki, Fransa Senatının 15 noyabr tarixli Azərbaycana qarşı sanksiyaların tətbiqi qətnaməsi Fransa-Azərbaycan əlaqələrinə çox böyük zərbədir və atılan bu addım gələcək münasibətlər sistemində mütləq özünü göstərəcək. Çünki qətnamədə qeyd olunanların heç biri reallığı əks etdirmir və Fransa Senatı birtərəfli qaydada Ermənistan mövqelərini müdafiə edən sənəd qəbul edib.

Ümid Partiyasının Rəyasət heyəti bildirib ki, çox təəssüflər olsun, Fransa Senatı unudur ki, Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi olmasına rəğmən Ermənistan bu qətnamələri görməzdən gələrək, Azərbaycan torpaqlarını 30 il işğal edərək, torpaqları vəhşicəsinə dağıdıb və Azərbaycanın həmin ərazilərində yaşayan bir milyon insanı öz ata-baba yurdundan didərgin salıb. Bununla yanaşı, həmin bir milyon insanın ev-eşiyi dağıdılıb, təbiəti – faunası, florası sıradan çıxarılıb, o cümlədən Azərbaycan bu torpaqları işğaldan azad edərkən məlum olub ki, orada yüz minlərlə mina basdırılıb. Bu da təkcə insanlar üçün deyil, bütün canlılar üçün gələcəkdə təhlükə törətməsi deməkdir. Bütün bu vandallıqlara susan Fransa təəssüf ki, indi birtərəfli qaydada Ermənistanın mənafeyini, mövqelərini müdafiə edir. Azərbaycan heç kimin ərazisinə daxil olmayıb.

Partiya xatırladıb ki, delimitasiya və demarkasiya haqqında tərəflər arasında danışıqlar gedir. Sərhədlər müəyyən olunduqdan sonra qoşunlar təbii ki, sərhədlərin müəyyən olduğu xətdə yerləşdiriləcəklər. Bu addımları – demarkasiya və delimitasiya məsələlərini dəstəkləmək əvəzinə Fransa höküməti münaqişənin yeni mərhələyə – müharibə mərhələsinə keçməsi üçün bütün imkanlardan istifadə edir, qızışdırıcı və təhrikedici mövqe ortaya qoyur. Azərbaycan xalqı bütövlükdə bu məsələdə Fransa Senatının qəbul etdiyi bu qətnaməyə qarşıdır və israrla tələb edir ki, bu cür qətnamələrin qəbul olunması beynəlxalq aləmdə, o cümlədən Avropa Birliyi və onlarla qonşu olan dövlətlərdə sülhün və əmin-amanlığın bərqərar olmasına çox böyük ziyan vuracaq. Azərbaycan Ümid Partiyası Fransa Senatının bu qətnaməsini pisləyib, bu qətnamənin nəticələrindən çıxan məsuliyyətin bir hissəsinin də Fransanın üzərinə düşdüyünü bəyan edib.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət heyəti 17 noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, Azərbaycanda demokratik və hər bir kəsin haqqı verilən, hüququ qorunan, sosial həyat şəraiti yüksək səviyyədə təmin olunan bir cəmiyyət qurulmasını arzulayaraq, müstəqilliyimizin qurulması, torpaqlarımızın işğaldan azad olunmasında canlarından keçən bütün Şəhidlərimizə rəhmət diləyib, qazilərimizə can sağlığı arzulayıblar.

Həftə ərzində partiya yetkililəri – Ümid Partiyası sədrinin təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova və partiyanın diaspor, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə sdər müavini Elman Abbasov İnternet Televiziyalarında (Xural Tv, Reaksiya Tv, Laf Tv, Toplum Tv, TBA Tv) yeddi canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, beş yüz minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində üç milyona beş yüz minə yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Əvvəlki yazı

Bakıda bədənində zorakılıq izləri olan azyaşlı qız tapıldı

Sonrakı yazı

“İdman Festivalı”ndan möhtəşəm görüntülər

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.