Ümid Partiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna maddi yardım edib. Bu barədə Reportyor.info-ya partiyanın sədri İqbal Ağazadə məlumat verib.
O, bildirib ki, partiya dəstək fonduna 1000 manat yardım keçirib: “Ümid Partiyası Koronovirusla Mübarizəyə Dəstək Fonduna maddi yardım etməklə bağlı qərar qəbul edib. Əlimizdən gələni edəcəyik ki, xalqımız bu böhrandan itkisiz çıxsın”.