Jurnalist Ülviyyə Alovlu ictimai fəal Bəxtiyar Hacıyevi məhkəməyə verib. Reportyor.info xəbər verir ki, Alovlu Hacıyev barəsində ittihamlar səsləndirib.
“Bu adam pişiyimi oğurladığı azmış kimi, pişiyimi mənə verməmək üçün sosial şəbəkələrdə şantaj edir, qəsdən böhtan və şər atır, ünvanıma əxlaqsız ifadələr işlədir və mütəmadi olaraq məni təqib etməkdən də çəkinmir. Onun şəxsi profilini bloklasam da, müxtəlif profillərdən, bağlı və açıq nömrələrdən, zəng vurur, yazır, əl çəkmir”- deyə Alovlu bildirib. Onun sözlərinə görə, iyulun 20-dən başlayan bu mənəvi terrordan təngə gələrək xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib: “Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası sentyabrın 20-si saat 12:00-da Gəncə şəhəri Nizami rayon məhkəməsində baş tutacaq.
Bundan başqa, Bəxtiyar Hacıyevin iyulun 20-si evimə etdiyi basqınla bağlı polisə müraciət etmişəm, amma hələ bir nəticə yoxdur. Verilən məlumata görə istintaq davam edir”.