11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”

06 May 2023, 13:26
Cəmiyyət
A A
“Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”

 

Azərbaycan xalqının adət-ənənələri qədim köklərə söykənir. Dahi lider Heydər Əliyev hər zaman adət-ənənələrin misilsiz rolunu yüksək qiymətləndirmişdir.
Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə – istər 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra, istərsə də müstəqil Azərbaycan Respublikasının Prezidenti olandan sonra milli-mənəvi dəyərləri ön planda tutaraq siyasət yürütmüşdür. Heç şübhəsiz ki, onun müdriklik fəlsəfəsinin əsasında da məhz Azərbaycançılıq ideyaları dayanır. 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin iclasındakı çıxışında “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların vətəni olub, bundan sonra da vətəni olmalıdır” fikrini səsləndirən Ümummilli Lider Heydər Əliyev vətəni qorumağın yolunu sadiqlikdə görmüşdür: “Yaşayırıq ona görə ki, torpağımıza, dinimizə, milli ənənələrimizə sadiq olaq. Bu yolda hamımız bir olmalıyıq”. Ulu Öndər hər zaman azərbaycanlı olmağı ilə fəxr etmiş, bunu bir çox çıxışlarında fəxrlə səsləndirmişdir. Rəhbər vəzifəyə gəldiyi gündən Azərbaycanın rifahı üçün çalışan dahi lider Heydər Əliyev vəzifələrə təyin etdiyi şəxslərə də azərbaycanlı olduqlarını və bu ada layiq davranmaqlarını vurğulamışdır. Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşdə (13 avqust 1993-cü il) demişdir: “Biz hamımız azərbaycanlıyıq, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik”. Bu ideologiyaya naxələf çıxanların cəzasının ağır olacağını xatırladan Ümummilli lider Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa müraciətində (2 noyabr 1993-cü il): “Kim bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda yaşamaq hüququ yoxdur” – söyləmişdir.

Ümummilli liderin Azərbaycançılıq məfkurəsi fonunda qiymətləndirdiyi milli-mənəvi dəyərlərin özü də çoxstukturludur. Belə ki, uzaqgörən liderin çıxışlarında bu dəyərlərin sütunu üç yerə bölünür: dil, adət-ənənə və din. Hər çıxışında da bu üç məsələnin vəhdəti özünü göstərir: “Biz heç vaxt öz dinimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Onları yaşatmaq, onlardan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.

Ulu Öndər adət-ənənələri yaşatmağı, nəsildən-nəsilə ötürməyi vacib amil hesab etmişdir. “Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.

Azərbaycanın milli qəhrəmanları və şəhidlərin ailə üzvləri ilə görüşdə çıxışında (27 dekabr 1993-cü il) Ulu Öndər “vətəndaş” sözünün böyüklüyünü, müqəddəsliyini diqqətə çatdıraraq demişdir: “Hər bir vətəndaş öz vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır”.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının müsbət cəhətlərindən söz açarkən xalqın qəhrəmanlığını, döyüşkənliyini, eləcə də torpağa bağlılığını dəyərlər sırasında göstərmişdir. Ermənistan silahlı qüvvələrinin yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa müraciətində (2 noyabr 1993-cü il) demişdir: “Azərbaycan xalqının potensialı – həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür”. Xalqın soy-kökünə, etnopsixologiyasına dərindən bələd olan lider bizim milli kimliyimizdən fəxrlə söz açmışdır: “Bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir… Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik… Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq… Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir”.

Azərbaycanın zəngin beynəlmiləlçilik ənənələrini də yüksək qiymətləndirən Ümummilli Lider Azərbaycanda bir çox millətlərin nümayəndələrinin yaşadığını qeyd etmiş və bunu Azərbaycanın sərvəti hesab etmişdir: “Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq, onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır.

Torpaqlarımızın işğaldan azad olunmasının yolunu illər öncə bizə göstərən Dahi Lider vurğulamışdır: “Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər torpaqlarımızı tez geri qaytaracağıq, azad edəcəyik, ərazi bütövlüyümüzü təmin edəcəyik”.

44 günlük Vətən Müharibəsində Azərbaycan xalqının həmrəy olaraq zəfər çalması bu fikrin sübutudur.

Səhər Orucova
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru

Əvvəlki yazı

Kanadada 78 yerdə meşə yanğınları

Sonrakı yazı

Taylanddakı türk vətəndaşları səslərini verməyə başlayıblar

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.