Ukraynalı mütəxəssis Andrey Şevçenko İtaliya kubokunun yarımfinal mərhələsində “Milan” və “İnter” arasındakı ilk matç (0:0) zamanı “San-Siro” stadionundan yerli vətəndaşlara videomüraciət ünvanlayıb.
Qol.az 24happenings.com-a istinadən xəbər verir ki, 45 yaşlı məşqçi çıxışında italiyalılardan Ukraynaya dəstək olmalarını istəyib:
“Əziz italiyalı dostlar, “San-Siro”da sizdən xahiş edirəm ki, Ukraynada sülh olması üçün dəstəyinizi göstərəsiniz. Ukrayna xalı sülh istəyir. Çünki sülhün sərhədləri yoxdur. Gəlin bu müharibəni birlikdə dayandıraq. Hər kəsə təşəkkürlər”.
Qeyd edək ki, Şevçenko 1999-2006, 2008-2009-cu illərdə “Milan”da oynayıb. O karyerası ərzində “Dinamo” (Kiyev), “Çelsi” kimi komandalarda da çıxış edib. 1995-2012-ci illərdə Ukrayna millisinin formasını geyinən keçmiş hücumçu 2016-2021-ci illərdə bu yığmanı çalışdırıb.