ABŞ-ın Ukraynaya hərbi yardımı davam edir. Ağ Ev Ukraynaya hava hücumundan müdafiə sistemləri, döyüş sursatları və digər müdafiə vasitələrinin daxil olduğu əlavə 300 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb.
Sözügedən yardım paketinin ABŞ Müdafiə Nazirliyinin inventarından qarşılanacağı açıqlanıb və bu, inventardan qarşılanan 39-cu yardım paketidir.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, yardım paketinə “Patriot” hava hücumundan müdafiə sistemləri, “Stinger” zenit sistemləri, tank sursatları və digər avadanlıqlar daxil olacaq.
ABŞ Rusiyanın hücumu başlayandan bəri Ukraynaya təxminən 38 milyard dollarlıq yardım öhdəliyi götürüb.